Fuat Oktay: Azərbaycanla Ermənistan arasında sülhün təmini Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanla Ermənistan arasında sülhün təmini Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ilk müqaviləsini məhz Osmanlı dövləti ilə bağlayıb:
"Həmin dövrdə millətimizin atəşdən köynək geyindiyi dönəm idi. Lakin bir-birimizə dəstəyi azadlıq mübarizəmizdən kənarda tutmadıq".
F.Oktay bildirib ki, mərhum Prezident Heydər Əliyevin “Bir millət, iki dövlətik” sözləri Türkiyə Azərbaycan əlaqələrinin ən səlis ifadəsidir:
“Bütün sahələrdəki əlaqələrimiz iki dövlətin deyil, iki qardaşın arasındakı əlaqələr kimi güclü və sağlam irəliləyir. Bu birlik İkinci Qarabağ müharibəsində bir daha ən pik səviyyədə özünü göstərdi. Ermənistan və Azərbaycan arasında sülhün təmin olunacağına inanırıq. 44 günlük müharibədən sonra yaranan bu şans Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər”.

Fuat Oktay: Azərbaycanla Ermənistan arasında sülhün təmini Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər
07 Dekabr 2024 10:59
525ci qəzet Azərbaycanla Ermənistan arasında sülhün təmini Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər Fuat Oktay
07 Dekabr 2024 11:25
Fuat Oktay: Bu şans Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər”
07 Dekabr 2024 11:25
Azərbaycanla Ermənistan arasında sülhün təmini Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
07 Dekabr 2024 11:24

