Icma.az
close
up
RU
Füsunkar təbiətdən və elmdən güc alan alim ömrü

Füsunkar təbiətdən və elmdən güc alan alim ömrü

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər bir xalqın gələcəyi onun elm və təhsilinin inkişafı ilə bağlıdır. Elm - bəşəriyyəti zirvələrə aparan işıqlı bir yoldur. O, tərəqqini təmin edən, sivilizasiyaların inkişafına istiqamət verən ən güclü mənəvi dayaqdır. Zaman keçdikcə hər şey - texnologiyalar, cəmiyyətlər dəyişir. Lakin elmin missiyası dəyişmir – düşünən, obyektiv gerçəkliyə çatmağa can atan, dünyanı dərk etməyə çalışan və daim kamilləşən insan yetişdirmək. Təhsil bu böyük missiyanın həyata keçirilməsində əsas vasitədir - o, cəmiyyətin mənəvi sütunu, bilik və mədəniyyətin daşıyıcısıdır. Əsrlər boyu elm və təhsil birgə, bir-birini tamamlayaraq, bəşəriyyətin mənəvi simasını formalaşdırıb. Bu müqəddəs yolun davamçıları - alimlər və müəllimlər - bilikləri nəsildən-nəslə ötürməklə tarixi məsuliyyəti üzərlərinə götürmüş əsl fədailərdir. Bu şərəfli ənənəni ləyaqətlə və uğurla davam etdirən ziyalılardan biri də Maarif Cəfərovdur.

Maarif Əli oğlu Cəfərov 04 avqust 1960-cı ildə Azərbaycanın dilbər guşələrindən olan, füsunkar təbiəti ilə insanın qəlbini oxşayan Laçın rayonunun Minkənd kəndində anadan olub. Bu kənd təkcə səfalı təbiəti ilə deyil, həm də elə-obaya bağlı olan, böyüyün və kiçiyin yerini bilən, elmə və təhsilə böyük önəm verən mərd və saf insanları ilə də tanınır. Maarif Cəfərov məhz belə bir mühitdə, ziyalı bir ailədə - Laçın rayonunda böyük hörmət qazanmış, ömrünü gənc nəslin təlim və tərbiyəsinə həsr etmiş və bu gün də adı ehtiramla çəkilən Əli müəllimin ailəsində dünyaya göz açıb.

Uşaqlıqdan oxumağa, öyrənməyə böyük həvəs göstərən Maarif Cəfərov 1967–1977-ci illərdə Minkənd orta məktəbində təhsil alıb, məktəbi əla qiymətlərlə başa vurub. İntizamlılığı, çalışqanlığı və elmə olan marağı onun gələcək uğurlarının təməlini hələ bu illərdə qoyub. Ali təhsilini 1977-ci ildə daxil olduğu Bakı Dövlət Universitetinin Fizika fakültəsində alıb, 1982-ci ildə "Fizik, fizika müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub. Elmi axtarışlara olan sonsuz marağı onu bu sahədə daha da irəliləməyə həvəsləndirib.

1982-1986-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aspirantura təhsili alıb, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını qazanıb. Elmi fəaliyyətində ardıcıl və məqsədyönlü şəkildə irəliləyən alim 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Maarif Cəfərovun zəngin elmi və pedaqoji fəaliyyəti 2009-cu ildə ona dosent, 2010-cu ildə isə professor elmi adını qazandırıb. Bu titullar onun elmi cəmiyyət və akademik mühitdə qazandığı yüksək nüfuzun təzahürüdür.

 Maarif Cəfərov 1982-1991-ci illərdə Tətbiqi Fizika Elmi Tədqiqat İnstitutunda mühəndis, 1991-1993-cü illərdə AMEA-nın Fotoelektronika Elmi Tədqiqat İnstitutunda böyük elmi işçi, 1994-2005-ci illərdə BDU-nun Fizika fakültəsinin nəzdində Bərk cisimlər Elektronikası Elmi-Tədqiqat laboratoriyasının müdiri, 2005-2010-cü illərdə BDU-nun nəzdində Fizika Problemləri ETİ-də aparıcı elmi işçi, 2010-2023-cü illərdə BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasında professor vəzifələrində çalışıb. 2023-cü ildən Nanomaterialların kimyəvi fizikası kafedrasına rəhbərlik edir.

Maarif Cəfərovun elmi fəaliyyəti çoxşaxəli və dərin məzmunludur. Onun tədqiqatları müasir fizikanın ən aktual istiqamətlərini əhatə etməklə, elmin bir sıra mühüm sahələrində nəzəri və praktik nailiyyətlər əldə etməsinə səbəb olmuşdur. Alim uzun illər ərzində yarımkeçiricilər fizikası, bərk cisim elektronikası, mikro- və nanoelektronika kimi sahələrdə sistemli və məqsədyönlü elmi araşdırmalar aparmışdır.

Maarif Cəfərovun tədqiqat sahələrindən biri də nanotexnologiyadır – bu istiqamətdə o, xüsusilə nanostrukturların yaradılması və onların fiziki xassələrinin öyrənilməsi sahəsində mühüm elmi nəticələr əldə etmişdir. Alimin apardığı araşdırmalar həm fundamental, həm də tətbiqi xarakter daşıyır. O, yalnız nəzəri modellərlə kifayətlənməmiş, həm də bu modellərin təcrübədə tətbiqi yollarını da araşdırmışdır.

Bununla yanaşı, Maarif Cəfərov bərk məhlullar əsasında nazik təbəqələrin alınması texnologiyaları ilə də dərindən məşğul olmuşdur. Bu istiqamətdə onun araşdırmaları yüksək texnologiyaların, xüsusilə də mikro və nanoelektronikanın inkişafına töhfə vermişdir. O, müxtəlif kompozisiyalı materiallardan istifadə edərək yüksək keyfiyyətli və spesifik xüsusiyyətlərə malik nazik təbəqələrin sintezi sahəsində mühüm elmi nəticələr əldə etmişdir.

Maarif Cəfərovun elmi fəaliyyəti yalnız tədqiqatların aparılması ilə məhdudlaşmamış, o, eyni zamanda elmi biliklərin yayılması və gələcək alimlərin hazırlanması istiqamətində də fəal olmuşdur. Onun rəhbərliyi altında hazırlanmış dissertasiyalar, elmi məqalələr və monoqrafiyalar bu gün də elmi ictimaiyyət üçün dəyərli mənbə kimi istifadə olunur.

Uzun illərdir ki, Azərbaycan elminin inkişafına və beynəlxalq elmi aləmdə tanıdılmasına böyük töhfələr verən görkəmli alim təkcə elmi tədqiqatları ilə deyil, həm də ölkəmizi və Bakı Dövlət Universitetini beynəlxalq arenada yüksək səviyyədə təmsil etməsi ilə seçilir. Bir çox nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda iştirak edərək, Azərbaycan elmini layiqincə təqdim etmiş, dünya elmi ictimaiyyətində özünə möhkəm yer qazanmışdır.

Maarif Cəfərovun elmi yaradıcılığı zəngin və məhsuldardır. Respublika və xarici ölkələrin nüfuzlu elmi nəşrlərində çap olunmuş 300-dən artıq elmi məqaləsi, həmçinin müəllifi olduğu 4 müəlliflik şəhadətnaməsi, 2 patent və 5 kitab, onun çoxillik zəhmətinin, geniş elmi dünyagörüşünün və yaradıcılıq potensialının bariz nümunəsidir.  Əsərləri həm nəzəri, həm də tətbiqi baxımdan böyük əhəmiyyət daşıyır və bir çox gənc tədqiqatçılar üçün dəyərli elmi mənbə rolunu oynayır.

Maarif müəllim eyni zamanda pedaqoji fəaliyyətlə də fəal məşğul olmuş, elmin gənclər arasında inkişafına xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi altında 5 nəfər fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmiş, bu da onun elmi məktəb yaratmaq qabiliyyətinin sübutudur. Fizika fakültəsinin Elmi Şurasının üzvü kimi də fakültənin elmi həyatında yaxından iştirak edir, strateji qərarların qəbulunda fəal mövqe tutur.

Alimin zəhməti və elmi nailiyyətləri dəfələrlə yüksək qiymətləndirilib. 2019-cu ildə "BDU-nun 100 illiyi" və bir sıra yubiley medalları ilə təltif edilib. 2024-cü ildə isə onun elmi fəaliyyətinə beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricisi olaraq, Türkiyənin Ankara şəhərində yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və Akademiyanın ən yüksək təltiflərindən biri olan “Qızıl Ulduz” medalı ilə mükafatlandırılmışdır.

Alim ömrü – tamam başqa bir aləmdir, müəllim ömrü isə özünəməxsus müqəddəsliyi ilə seçilir. Ancaq həyatda yalnız Maarif müəllim kimi nadir insanlar tapılır ki, bu iki ömür yolunu birləşdirə bilsin. Belə bir vəhdət – həm biliklə zənginləşən, həm də öyrətmək eşqi ilə işıqlanan bir həyat tərzidir. Alim – həm sözün həqiqi mənasında, həm də mənəvi-ictimai anlamda müəllimdir. Ürəyində daima öyrətmək istəyi ilə alışıb-yanan, hər bir sözünü işığa çevirmək istəyən müəllim də əsl alimdir. Bu iki ali peşə arasında sərhəd çox incədir – onları birləşdirən isə zəka, fədakarlıq və kamil insanlıqdır. Doğrudan da, insanın şəxsiyyət kimi əsl dəyəri onun elmə, ziyalılığa və mənəvi kamilliyə bağlılığı ilə ölçülür. Bu çətin, məsuliyyətli, eyni zamanda son dərəcə şərəfli missiyanı öz ömrünün əsas məzmununa çevirən ziyalılar cəmiyyətin əxlaqi və intellektual sütunları kimi çıxış edirlər. Onlar yalnız bilik və təcrübə ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilir, bəşəri dəyərlərin yaşadılması və zənginləşdirilməsi naminə misilsiz xidmət göstərirlər. Bu keyfiyyətlər Maarif müəllimin də həyat mövqeyinin, mənəvi aləminin və fəaliyyət yolunun ayrılmaz tərkib hissəsidir.

Maarif müəllimi fərqləndirən təkcə dərin elmi bilikləri deyil, həm də çevrəsində yaratdığı inam və ehtiram mühitidir. O, insanlara qarşı münasibətində daim ədalətli, prinsipial və eyni zamanda səmimi olmuş, sadəliyi və təvazökarlığı ilə qəlblərdə yer qazanmışdır. Maarif müəllimə olan hörmət yalnız onun elmi uğurlarına deyil, həm də daxili mədəniyyətinə, mənəvi zənginliyinə, nümunəvi davranışına və əməllərinə bağlıdır. O, həyatını yalnız özünə deyil, bütöv bir cəmiyyətin mənəvi yüksəlişinə həsr etmiş əsl ziyalı və kamil bir insandır. Geniş elmi diapazona və zəngin pedaqoji təcrübəyə malik olan Maarif Cəfərov özünə və ətrafdakılarına qarşı tələbkarlığı, qayğıkeşliyi, sadəliyi və işgüzarlığı ilə elmi ictimaiyyətin dərin hörmət və nüfuzunu qazanıb.

Maarif Cəfərovun həyat yolu – elmə, zəhmətə, mənəviyyata və doğma yurda bağlılığın parlaq nümunəsidir. O, sadəcə bir alim deyil – elmə könül verən, təbiətdən ilham alan və biliyini gələcək nəsillərlə bölüşməyi özünə borc bilən əsl ziyalıdır.

Bəxtiyar Paşayev,

BDU-nun  Fizika fakültəsinin dekanı;

Məmməd Rəcəbov,

Nəzəri fizika kafedrasının müdiri.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri