“Futbol dünyası çox xüsusi bir insanı itirdi”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
”Arsenal”, “Yuventus” və “Liverpul” kimi nəhəng klubların keçmiş qapıçısı Aleks Manninger 48 yaşında faciəvi şəkildə həyatını itirib.
Futbolpress.az Avstriya mətbuatına istinadən xəbər verir ki, hadisə Zalsburq yaxınlığındakı kənddə baş verib.
Manninger idarə etdiyi avtomobillə qorunmayan dəmiryolu keçidindən keçərkən qatarla toqquşub. Hadisə yerində göstərilən ilkin tibbi yardıma baxmayaraq, təcrübəli idmançının həyatını xilas etmək mümkün olmayıb. Qatardakı sərnişinlər isə xəsarət almayıblar.
Avstriya Futbol Federasiyası Manningerin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb:
“Aleks Manningerin ölüm xəbəri bizi şoka saldı. Futbol dünyası çox xüsusi bir insanı itirdi”.
Bu mövzuda digər xəbərlər:Futbol dünyası üçün acı xəbər
08 Aprel 2026 00:26
Futbol dünyası yeni bir Modriç fırtınasına hazırlaşır
07 Aprel 2026 13:43
Xüsusi mini futbol turniri start götürüb
22 Dekabr 2025 12:23
“Çox sevindirici haldır” Futbol mütəxəssisi DANIŞDI
21 May 2025 16:55
Qurbanov: “Azarkeşsiz futbol çox zəif görünür”
19 Aprel 2025 22:54
Baxış sayı:156
Bu xəbər 16 Aprel 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















