Icma.az
close
up
RU
Futbol hoqqabazlığı sevmir və bağışlamır!

Futbol hoqqabazlığı sevmir və bağışlamır!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kim nə deyir-desin, çox maraqlı dünya çempionatı izləməkdəyik.

Meydanda parlaq mübarizə gedir, təşkilatçılar oyunların yaddaqalan olması üçün əlindən gələni edir, bəzən komandalar da hədəfə çatmaq üçün hər cür hoqqabazlığa əl atır. Bu turnirdə hoqqabazlığını miqyası böyük, elementləri zəngindi. Amma hoqqabazlığın və hoqqabazların gec-tez cəzalandırıldığını da görürük.
Bilirsizmi, hardan başlayacam? 48 komandalı formatdan irəli gələn qüsurdan yararlanıb, 3-cü turun oyunlarını məzhəkəyə çevirən komandalardan. Qrup mərhələsinin son turunda 8 yığmanın hesabı razılaşdırmaq, yəni sövdələşmək imkanı var idi. Söhbət İsveçrə, Kanada, Yaponiya, İsveç, Paraqvay, Avstraliya, Əlcəzair və Avstriyadan gedir. İsveçrə ilə Kanada heç bir danışığa getmədi, halal oyunda avropalılar qələbə qazandı. Ardından 1/16 finalda İsveçrə Əlcəzairi, Kanada Cənubi Afrikanı məğlub etdi, yəni 1/8 finala çıxdı. Onların futbola sədaqətini İlahi Ədalət belə mükafatlandırdı. 1:1 hesablı heç-heçəyə razılaşan Yaponiya ilə İsveçin taleyi necə oldu? “Samuraylar”ı Braziliya cəzalandırdı, skandinaviyalıları da Fransa. Əlcəzair və Avstraliya yığmasının oyunçuları aktyorluq bacarığını ən usta şəkildə göstərdi, həmin oyunda hesab 1:1 yox, 3:3 oldu. Əlcəzair 1/16 finalda İsveçrəyə uduzmaqla evə yollanmağı haqq etdi, Avstriyanı da İspaniya darmadağın etdi. 3-cü turun 0:0 bitən Avstraliya – Paraqvay oyununun nəticəsi də əvvəldən razılaşdırılmışdı. Salahlı Misir Avstraliyanın cəzasını çəkdi. Sövdələşənlərdən yalnız Paraqvay 1/8 finala adladı ki, onu da həmin mərhələdə Fransa məğlub etdi. Kəsəsi, futbol ona xəyanət edənləri, hoqqabazlığı sevmir və bağışlamır! Onun da haqq-hesabı, bax, belə olur!
Hoqqabazlıq mövzusunu davam etdirəcəm. Meksikalı azarkeşlər həm Ekvadorla, həm İngiltərə ilə oyundan əvvəl rəqib komandaların futbolçularına cəhənnəm əzabı yaşatdı. Ekvadorlular hətta otelin yaxınlığında fasiləsiz səs-küy salan və oyunçularını təhdid edən meksikalılarla bağlı FİFA-ya şikayət etdi. Amma meksikalılar sakitləşmədi və İngiltərə ilə oyundan əvvəl də həmin hərəkəti təkrarladı. Onlar ingilislərin qaldığı otelin qarşısına toplaşaraq, gecə saatlarında baraban və trubalardan istifadə edib, mahnılar oxuyub, fişənglər atıblar. Təbii ki, məqsəd rəqib futbolçuların istirahətinə mane olmaq idi. İngiltərə Futbol Assosiasiyası komandanın yerləşdiyi məkanı gizli saxlamağa çalışsa da, azarkeşlər otelin yerini müəyyənləşdirib. Nəticə nə oldu? İngiltərə Meksikanı məğlub edərək mübarizədən kənarlaşdırdı.
Hoqqabazlıqdan söz düşmüşkən, Braziliya yığmasına da toxunmalıyam. Bu komandanın ölkəmizdə azarkeş ordusunun olduğunu bilirəm. Bəlkə də deyəcəklərim onların xətrinə dəyəcək. Amma Karlo Ançelottinin baş məşqçi postuna gəlişindən tutmuş Neymarın penaltini dəqiq yerinə yetirəndən sonra rəqib qapıçıya dil çıxarmasına, onunla sözləşməsinə qədər bu yığma ətrafındakı çox şey hoqqa idi. Nəticə qazanmaq üçün gətirilən praqmatik italiyalı mütəxəssis Braziliya futbolunu ilkin təbiətindən tam uzaqlaşdırdı, yığmanı Avropanın ortabab komandalarından birinin səviyyəsinə endirdi, mundial üçün heyət seçimi ilə ölkədə çoxlarının narazılığına səbəbkar oldu. Sonda nə gördük? Faktiki heç nə! Yaponiyanı böyük çətinlik bahasına turnirdən kənarlaşdıran pentakampeonlar özləri də 1/8 finalda dayandı. Bu artıq şəxsən mənim də könül verdiyim, 80-90-cı illərdə oyunu ilə göz oxşayan Braziliya yığması deyil. Ənənəvi kombinasiyalar, düşünülmüş hücumlar, driblinqlər ilə zəngin Braziliya futbolu yoxa çıxıb, əvəzinə avropalıların oynamağı xoşladığı “intellektual” futbol gəlib. Heç cür qəhrəman ola bilməyən Neymar haqda isə heç danışmağa dəyməz. Bir ulduz karyerasının qürub çağında necə fiasko yaşaya bilər, oyunu yox, meydandankənar hərəkətləri ilə necə gündəmin ulduzu ola bilər – bax, son illərin Neymarı dediyim kateqoriyaya tam uyğun gəlir. İndi onun göz yaşlarının saflığına, səmimiliyinə inanmaq da çətindi. Neymar ulduz oldu, amma peşəkar ola bilmədi!
Bu rubrika altında dərc olunan yazılarda FİFA-nın təşkilatçılıq yolunda böyük əziyyət çəkdiyini, turnir ətrafında bayram ab-havası yaratmaq üçün əlindən gələni etdiyini yazmışam. Amma qurumun ABŞ yığmasının hücumçusu Folarin Baloqunla bağlı son qərarı da mənə hoqqabazlığı xatırlatdı, ünumiyyətlə, bütün dünyada narazılıq doğurdu. Folarin Bosniya və Hersoqovina ilə 1/16 final oyununda birbaşa qırmızı vərəqə ilə qovularaq cəzalı duruma düşmüşdü. FİFA əvvəlcə onun Belçika ilə 1/8 final oyununu buraxacağını açıqlasa da, sonradan qərarını dəyişdi, “qırmızı”nı ləğv etdi, daha doğrusu, şərti cəzaya çevirdi. Deyilənə görə, ABŞ prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinodan Baloqunun cəzasının ləğvini xahiş edib, o da razılıq verib. Bu versiyada zərrəcə həqiqət payı varsa, onda çox böyük biabırçılıq yaşandığını deyə bilərik. Heç bir siyasi liderin iradəsi FİFA-nın qaydalarından və futbol qanunlarından yüksəkdə dayanmamalıdı. Çox təəssüf ki, Baloqun nümunəsi ilə zərərli bir tendensiyanın əsası qoyuldu. Bu qərar yalnız ABŞ yığmasına nəsə qazandıra bilər, dünya futboluna yox!
HUŞƏNG

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri