Icma.az
close
up
RU
“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İlqar TAĞIYEV

28 iyun, 1983-cü il, çərşənbə axşamı. Həmin yay günü Bakıda həyat sanki dayanmışdı. Səbəbsə, sadə idi, “Neftçi” Bakıda “Ararat”ı qəbul edirdi. Azarkeşləri də, futbola biganə qalanları da, bir sözlə, hamını bir sual maraqlandırırdı – oyun necə başa çatacaq? Komandamız erməniləri 3 cavabsız qolla məğlub etdi. Oyunun qəhrəmanlarından biri müdafiəçi Yaşar Vahabzadə idi. Hansı ki, bu gün təqaüd yaşını qeyd edir. 

Yaşar müəllimlə görüşüb həyatı, karyerası, futbolumuzun indiki durumu barədə danışdıq. Bəri başdan qeyd edim ki, adını sonuncu çəkdiyim mövzuya toxunub qanınızı qaraltmaq istəmirəm.  

Vahabzadə Yaşar Fikrət oğlu 1960-cı il aprelin 8-də Bakıda anadan olub. El dilində desək, Yasamal “uşağıdır”. İndiki 5-ci Yasamal adlandırılan ərazidə illərini “xərcləyib”, böyüyüb. Ailədə 6 uşaq olublar – 3 qardaş, 3 bacı. Yaşar müəllim ailənin 2-ci övladıdır. Anası Sonaxanım 1968-ci ildə vəfat edib. Atası Fikrət kişi sürücü olub. 6 övladının əlini çörəyə çatdıran Fikrət kişi 2009-cu ildə dünyasını dəyişib.

Uşaq vaxtlarından top oyunlarına, xüsusilə futbola böyük həvəsi olan balaca Yaşar boş vaxtlarını məhlələrində, oxuduğu 52 saylı orta məktəbin futbol meydanında top qovmaqla keçirirmiş. Adi günlərdən birində Yaşara orta yaşlı bir nəfər yaxınlaşıb və onu komandasına dəvət edib. Bu, “Neftçi”nin futbolçusu Asəf Namazovun böyük qardaşı Asif Namazov idi. Beləcə, Yaşar Vahabzadənin futbol həyatı başlayıb. 13 yaşında Asif müəllimin rəhbəri olduğu “Krasnıy vostok”da futbol məşğələlərinə qoşulan Yaşar Vahabzadə qısa zamanda istedadını göstərib. 

O vaxtlar Bakıda indiki saysız-hesabsız ödənişli futbol klublarını xatırladan “Krasnıy vostok” kimi komandalar çox idi və bu komandalar mütəmadi olaraq Respublika stadionunun yaxınlığındakı asfalt örtüklü meydanda təşkil olunan yarışlarda iştirak edirdilər. Məqsəd seçilənləri Bakı birinciliyində çıxış edən futbol məktəblərinə göndərmək idi. Yaşar elə ilk oyunundaca diqqəti özünə çəkə bilib və mərhum Vladimir Qalaktionovun məşqçisi olduğu “FŞM-1”ə dəvət alıb. İlk ilində özündən 1 yaş böyüklərin komandasında oynayan Yaşar az sonra rəhmətlik Ruslan Abdullayev tərəfindən 14 yaşlılardan ibarət milli komandaya çağırılıb. Komanda ilə ilk səfəri də yadındadır. Donetsk vilayətinin Artyomovsk şəhərində keçirilən spartakiadadan sonra həm də “Neftçi”nin hazırlıq qrupunun rəhbəri olan Ruslan müəllim onu komandasına dəvət edib. Amma gənc futbolçu “FŞM”də qalmağı üstün tutub. 

Yaşar Vahabzadənin usta futbolçu kimi “siftə”si 1977-ci ilə təsadüf edir. Həmin vaxt SSRİ dönəmində peşəkar futbolçu anlayışı yox idi. Ruslan Abdullayev artıq, “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi idi. Yığmaya isə onun yerinə Anatoli Qryazev gətirilmişdi. SSRİ-də çempionatlar payız-yaz sistemi ilə keçirildiyindən qış aylarında komandaların heyətlərini komplektləşdirməsi üçün xeyli vaxt olurdu. Məhz həmin dövrdə futbol məktəbləri turnir təşkil edirdilər. Ki, ustalardan ibarət komandaların məşqçiləri gəncləri izləsinlər və bəyəndikləri futbolçuları komandalarına götürsünlər. 1977-ci ilin qışında “Spartak” stadionunda keçirilən turnirdə 2-ci dəstənin 9-cu zonasında şıxış edən Bakının “Avtomobilçi” komandasının baş məşqçisi Əli Əbilzadə Yaşar Vahabzadənin oyununu bəyənib və beləcə, indiki dövrün dili ilə desək, onun peşəkar karyerası başlayıb.

“Avtomobilçi”dən söz düşmüşkən, ilk maaşı 110 manat olub. Fikrət kişi oğlunun futbolçu olmasını istəmirdi. Yaşar müəllim deyir ki, atası futbol azarkeşi idi, amma 1 dəfə də olsun övladının oyununu stadiondan izləməyib. Hətta oğlu ilk dəfə maaşını evə aparanda çox heyrətlənib. “A bala, mən neçə ildir ki, sürücü işləyirəm, 72 manat alıram, sən 1 aya 110 manatı necə qazandın?” – deyə, təəccübünü gizlətməyib.

1980-ci ildə “Avtomobilçi” bütün heyətlə Mingəçevirə göndərilib. Burada komandanın baş məşqçisi, mərhum Valentin Xlıstovun rəhbərliyi altında 2 il oynayıb. 1983-cü ildə isə Kazbek Tuayevin dəvəti ilə ikinci dəfə “Neftçi”yə çağırılıb. Bəs, birinci? Çayım soyuyur, burasını yubilyarın öz dilindən eşidək: “1980-ci ildə Respublika stadionunda 2-ci liqa komandalarının yığması ilə “Neftçi” arasında yoldaşlıq oyunu keçirildi. Biz 2:1 hesabı ilə qalib gəldik. Qolların birini mən, digərini isə “Avtomobilçi”dəki komanda yoldaşım, rəhmətlik Qəhrəman Əliyev vurdu. Oyundan sonra hər ikimizə bildirdilər ki, sabahdan “Neftçi”nin əvəzedici komandasına götürülürsünüz. İlk 2 oyunda əsas heyətdə 90 dəqiqə meydanda oldum. Növbəti oyun üçün  səfərə gedirdik. Siyahıda adımın olmaması mənə pis təsir elədi. Əşyalarımı yığıb Mingəçevirə qayıtdım”...

1982-ci ildə “Neftçi”yə baş məşqçi Kazbek Tuayev təyin olunub. Buna kimi Lənkəranın “Xəzər”ini çalışdıran Tuayev demə, Vahabzadəni çoxdan gözaltı edibmiş. Maraqlıdır ki, Yaşar müəllim “Neftçi”yə götürülməsini qəzetdə dərc olunmuş xəbərdən bilib. “İdman” qəzetinə müsahibə verən Tuayev bir neçə gənci, o cümlədən, Yaşar Vahabzadəni komandaya çağırdığını bildirib. 

Bəs, hərbi xidmət? Axı, SSRİ-də 18 yaşına çatmış oğlanlar 2 illik hərbi xidmət keçməli idilər. Demə, Yaşar müəllim SSRİ-yə “borcunu” cəmi 1 günə verib. Vahabzadə Mingəçevirin Mərkəzi Komitəsinin 1-ci katibinin komanda ilə görüşü zamanı problemini ona bildirib və katibin göstərişi ilə onun adı Mingəçevirdəki hərbi hissələrdən birinə yazılıb. Cəmi 1 gün söhbətinə gəlincə, əsgər geyimini ancaq andiçmədə geyinib, vəssalam.

Yeri gəlmişkən, 8-ci sinifə kimi əla qiymətlər alan, hətta “sinifkom” olan gənc millinin heyətində digər respublikalara səfərlər üzündən son 2 ildə təhsilə o qədər fikir verməyib. Ali məktəbə sənəd verdikdə, köməyə yenə futbol gəlib. 1977-ci ildə orta məktəbi bitirən məzun Vahabzadəyə millidə oynadığı üçün “endirim” edilib və Bətən Tərbiyəsi İnstitutuna daxil olub. 

“Neftçi”dəki dövrə qayıdaq. Müdafiənin bütün mövqelərində oynamağı bacaran Vahabzadə burada Şakir Qəribov, Rəşid Özbəyov, Əsgər Abdullayev, Ələddin Ələkbərov, Vladimir Mixaylevski və digər “as”larla rəqabət aparmalı olub. İlk oyununa 3-cü turda Minskdə yerli “Dinamo”ya qarşı çıxıb. Zədəli Şakir Qəribovu əvəzləyən Vahabzadə 90 dəqiqə meydanda olub. Ən çox güclü zərbələri ilə azarkeşlərin yaddaşında qalan futbolçu ilk qolunu növbəti mövsüm Bakıda “Paxtakor”la oyunda vurub. Ümumiyyətlə, “Neftçi”nin heyətində 200-ə yaxın oyunda forma geyinib, 8 dəfə rəqibləri məyus edib. 

Ən yaddaqalan oyunu yazının girişində bəhs etdiyim “Ararat”la Bakıdakı qarşılaşmadı. Stajlı futbol azarkeşləri “Ararat”la oyunları yaxşı xatırlayır. Ermənilərə məğlub olmaq, özü də Bakıda, intihara bərabər idi. İyunun 28-də Bakıdakı oyunda komandamız “Ararat”ı 3:0 hesabı ilə məğlub edir.

Oyunun qəhrəmanlarından biri də müdafiəçi Yaşar Vahabzadə olur.

Yeri gəlmişkən, həmin oyunun protokolunu tapa bildim: 

“Neftçi” (Bakı) – “Ararat” (Yerevan) 3:0 (1:0)

28.06.1983. Bakı, Respublika stadionu, 32.200 tamaşaçı

Hakim: Viktor Abqolts

Qollar: İqor Ponomaryov 2 (pen.), 47; Maşallah Əhmədov, 78.

Sarı vərəqələr: Gennadi Drozdov, Maşallah Əhmədov (“Neftçi”); Robert Qalustyan, Aleksandr Keropyan (“Ararat”)
“Neftçi”: Sergey Kramarenko, Asim Xudiyev, Şakir Qəribov, Yaşar Vahabzadə, Əsgər Abdullayev, Vladimir Mixaylevski, Gennadi Drozdov, Səməd Qurbanov, İqor Ponomaryov, İsgəndər Cavadov (Ruslan Həbibov, 79), Maşallah Əhmədov (Səmədağa Şıxlarov).

Baş məşqçi: Kazbek Tuayev

“Ararat”: Oleq Rafailov, Rafael Qalustyan, Albert Sarkisyan (Artak Karapetyan, 79), Aşot Xaçatryan, Robert Qalustyan, Xoren Oqanesyan, Nazar

Petrosyan (Hamlet Mxitaryan, 76), Poqos Qalstyan, Oqanes Kirakosyan, Aleksandr Keropyan, Samvel Kasaboqlyan.

Baş məşqçi: Arkadi Andreasyan

Yaşar müəllim deyir ki, “Neftçi”də oynadığı dövrdə o qədər maraqlı, yaddaqalan hadisələr olub ki. Birini yubilyarın öz dilindən eşidək: “Bizim dövrün demək olar ki, bütün məşhur hücumçularına qarşı oynamışam – Yuri Qavrilov, Fyodor Çerenkov, Oleq Bloxin, Ramaz Şengeliya... Heç birindən çəkinməmişəm, başabaş mübarizə gedib. Amma bir nəfər başıma elə oyun açıb ki, hələ də yadımdan çıxmayıb. Tiflis “Dinamo”sunda hücumçu var idi - Vladimir Qutsayev. Bir dəfə səfərdəki oyunda baş məşqçimiz Kazbek Tuayev Qutsayevi mənə tapşırdı. Adam məni o günə saldı ki, fasilədə əvəzlənməmi istədim. O qədər “podkat” eləmişdim ki, bütün bədənim yara idi. Düzdür, Kazbek Aliyeviç məni əvəzləmədi, mövqeyimi dəyişdi. Qutsayevi isə Rauf Əmirova tapşırdı. Həmin oyun heç-heçə başa çatdı – 1:1. Gürcülər qolu penaltidən vurdular. Hansı ki, Qutsayevi saxlamaq istəyəndə mən səbəb olmuşdum. Yaxşı yadımdadır, həmin epizoddan sonra Maşallah Əhmədov qışqıra-qışqıra üstümə gəldi ki, Qutsayevi niyə saxlaya bilmirsən? O vaxt “Dinamo”da oynayan və bizim də yaxşı tanıdığımız Zaur Svanadze Maşallaha qayıtdı ki, uşağın üstünə niyə qışqırırsan, bu adamı Manfred Kalts (70-80-ci illərdə Almaniyanın və dünyanın ən yaxşı müdafiəçilərindən biri – red.) saxlaya bilməyib, o da olsun sizin bu cavan oğlan. Maraqlıdır ki, 2-ci dövrədə Bakıdakı oyunda da eyni hal təkrarlandı. 2:2 hesabı ilə bitən oyunda rəqib hər 2 qolu mənim cinahımdan, Qutsayevin ötürməsindən sonra vurdu”.

7 il “flaqman”da oynayan Yaşar Vahabzadə “Neftçi”də ona qarşı münasibətin soyuduğunu hiss edərək öz istəyi ilə komandadan ayrılıb. Komanda yoldaşı və dostu Vaqif Sadıqovla birlikdə 2-ci dəstənin 9-cu zonasında çıxış edən Sumqayıtın “Xəzər” komandasına keçib. SSRİ dağıldıqdan sonra ilk milli çempionatımızda da “Xəzər”də olub, gümüş medalları qazanıb. Daha sonra Vaqif Sadıqovun məşqçisi olduğu “Nicat”a (Maştağa) keçib. 3-cü milli çempionatımızda yenidən doğma komandasına qayıdıb. 

1993-1997-ci illərdə “Neftçi” ilə 2 dəfə ölkə çempionu olan, 2 dəfə də kuboku qazanan Vahabzadə “Azərbaycansayağı künc zərbəsi”ndən qol vuran ilk futbolçudur. 1993-cü ildə “Kür-Nur”la səfər oyununda baş məşqçi Vaqif Sadıqovun “beyninin məhsulu”nu qola çevirən Yaşar Vahabzadə bununla bir ilkə imza atıb. Sonradan digər komandalarımız, millimiz bu sayaq neçə-neçə qol vurub. 1997-ci ildə “Neftçi”dən ayrılan Vahabzadə 2 il “Dinamo”da (Bakı) oynadıqdan sonra 2000-ci ildə, 40 yaşında Sumqayıtın “Kimyaçı” komandasında peşəkar futbolla vidalaşıb. 

Müstəqillik illərində Azərbaycan millisində 7 dəfə forma geyinib. Karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olub. Müxtəlif illərdə aşağı yaş millilərimizi çalışdıran “Pro” kateqoriyalı məşqçinin az da olsa, Premyer Liqa təcrübəsi var. Söhbət “Kəpəz”lə “yuxarı”da keçirdiyi 4 oyundan gedir. Hazırda AFFA-nın Məşqşilər Qrupunun üzvü olan Yaşar Vahabzadənin ən böyük uğuru isə 2017-ci ildə Bakıda keçirilən İslam Oyunlarında olub. Həmin vaxt turnirin qalibi olan 21 yaşlılardan ibarət komandamızın baş məşqçisi o idi. 

Futbol, “Neftçi” Yaşar Vahabzadəyə nə verib? Dediyinə görə, həyatda qazandığı bütün uğurlara görə futbola borcludur. Əsas da... 42 il əvvəlin söhbətidir. Deməli, o vaxt Azərbaycanda qadınlardan ibarət həndbol komandası “Avtomobilçi” Avropa Kubokunda çıxış edirmiş. “Neftçi” bütün heyətlə xanımları dəstəkləməyə gedib. Orada gənc Yaşar həndbolçumuz Esmira Əsgərova ilə tanış olub və bu tanışlıq 3 ildən sonra Esmira xanımın soyadını, hər ikisinin isə taleyini dəyişməsinə səbəb olub. Vahabzadə ailəsinin 2 övladı, 2 nəvəsi var. Böyük nəvəsi – balaca Yaşar Vahabzadə də babası kimi futbolla məşğuldur. Nə bilmək olar, bəlkə babasından da məşhur futbolçu oldu. Sağlıq olsun, bunu qəhrəmanımızın “70”də olmasa da, 80 illik yubileyində biləcəyik...
 

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

“Futbol mənə hər şey verib, əsas da...”

Şəkil sayı: 16

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Aprel 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see328

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see227

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see210

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see195

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see161

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see136

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see136

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see135

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see128

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see128

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see128

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see127

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see126

Almaniya Rusiya ilə hər an müharibə riski barədə xəbərdarlıq etdi

14 Oktyabr 2025 08:27see124

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see122

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri