Icma.az
close
up
RU
Futbol oynamağa hardan yollanmalı?

Futbol oynamağa hardan yollanmalı?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hərdən yazılarıma şeirlə, hərdən də lətifə ilə başlamalı oluram. Bu da mövzuya yaxşı giriş etməyə, oxucularımızın da əhvalını yüksəltməyə kömək edir.

Ənənəmizə sadiq qalıb, Molla Nəsrəddindən bir lətifəni oxuyaq, ondan sonra mövzumuza davam edərik. Əminəm ki, buna görə məni qınamayacaqsız.
Deməli, bir gün kəndin cavanları Molla Nəsrəddinin ətrafına toplaşıb, onu sorğu-sual edirlər. Biri soruşur ki, ay Molla, cənazəni dəfnə apararkən tabutun önündə getmək yaxşıdı, yoxsa arxasında? Molla da heç düşünmədən cavanlara cavab verir. Cavab da belə olur: “İstəyirsiz öndə gedin, istəyirsiz arxada, əsas odu ki, tabutun içində olmayın”. Dinləyənlər də həm gülüşür, həm də çoxbilmiş mollanın hazırcavablığını alqışlayır. Hamı da eşitdiyi cavabdan məmnun olur.
Bu lətifəni xatılamağım, onu sizə nəql etməyim heç də səbəbsiz deyil. Bu yaxınlarda “Neftçi” ukraynalı Roman Qriqorçuku yola saldı, Samir Abasovu baş məşqçisi postuna gətirdi. Özü də böyük ümidlərlə. Həmin vaxt Samir bəy işsiz deyildi, “Sumqayıt”ı çalışdırırdı. Deyilənlərə inansaq, “Neftçi” “Sumqayıt” tərəfinə baş məşqçini buraxmasından ötrü 100 min manat da pul ödəyib. Baxmayaraq ki, “Neftçi”yə gələnə qədər Samir Abasov “Sumqayıt”ın baş məşqçisi kimi yeddi oyunda qələbəyə həsrət qalmışdı, “ağ-qaralar” ona xilaskar gözüylə baxdı, yeni baş məşqçiyə böyük ümidlər bəsləndi. Hər halda, ümid etmək, özünə xilaskar seçmək hər kəsin öz işidi. Biz də bu mənada “Neftçi” rəhbərliyinin işinə qarışa bilmərik. Uğur arzulayıb, hadisələrin axarını gözləyək.
Samir Abasov “Neftçi”yə yollanandan sonra “Sumqayıt”ın rəhbərliyi yeni baş məşqçini uzaqda axtarmadı. Əvəzedici komandanın baş məşqçisi Vaqif Cavadov “aşağıdan” “yuxarı” qaldırıldı. Yəni onu əsas komandanın baş məşqçisi təyin etdilər. Fikrimcə, düzgün qərar idi. Ən azı ona görə ki, Cavadov uzun müddətdi bu düşərgədədi, əvəzedicilərlə yanaşı, əsas komandaya da göz qoyub, problemlərdən də xəbərdardı. Digər yandan da “Sumqayıt” üçün qatar gedib. Ya Samir Abasovun günahındandı, ya da Riad Rəfiyevin. “Gənclik şəhəri”nin təmsilçisi yayda bir çox əsas heyət üzvünü əldən buraxdı, o üzdən də həm avrokuboklarda uğursuzluqla üzləşdi, həm də mövsümə pis başladı. Bu mövsüm üçün “Sumqayıt”ın qarşısında böyük hədəflər dayanmır, elə premyer-liqadakı yerini qoruya bilsə, kifayətdi. “Kəpəz”in uğursuz çıxışı, “Səbail”in “qara zolaq”dan çıxa bilməməsi də buna ümid işığı yandırır.
Vaqif Cavadovun elitada baş məşqçi kimi debütü də pis alınmayıb. Liderlər qrupunda yer alan “Turan Tovuz”la oyunda məğlubiyyətdən qaçmaq mümkün olmasa da, Bayıla səfərdən 3 xalla qayıtdılar. Bu qələbə sayəsində “Sumqayıt” dərindən nəfəs aldı, Samir Abasovla başlayan məğlubiyyətsiz oyunlar seriyasına da son qoyuldu. Ümid edək ki, bundan sonra da qələbələrin davamı gələcək, Azərbaycan futbolu Vaqif Cavadovun timsalında yeni bir gələcək vəd edən çalışdırıcı qazanacaq.
Qayıdıram lətifə məsələsinə. Bugünlərdə mətbuatda belə bir xəbər oxudum ki, Samir Abasov “Neftçi”də Roman Qriqorçukun qoyduğu qadağalardan birini ləğv edib. Belə ki, ukraynalı oyundan bir gün öncə futbolçuların evə getməsinə icazə vermirmiş, onları oteldə saxlayırmış. Futbolçular türkün sözü, kampa girirmiş, oyuna da hamı birlikdə oteldən yollanırmış. Samir bəy gəlib, “zülm bitib”. Artıq hamı oyundan bir gün öncəki gecəni evində keçirmək, oyuna da ordan gəlmək imkanı qazanıb. Ardınca “Sumqayıt”la bağlı yeni bir məlumat gözümə dəydi. “Neftçi”dəki prosesin əksi orda baş verib. Vaqif Cavadovun qərarına görə futbolçular oyundan bir gün əvvəl otelə yığışmalı, orda yatmalı, 90 dəqiqəlik gərgin “döyüşə” ordan yollanmalı olacaqlar.
Görünən odu ki, Samir Abasov “Sumqayıt”dakı qaydanı “Neftçi”yə aparıb, futbolçulara sərbəstlik verib. Vaqif Cavadov isə “qara zolağı” bitirmək üçün nizam-intizamı, nəzarəti gücləndirməyi qərara alıb. Hansı qərarın yaxşı olduğunu demək çətindi. Molla Nəsrəddin demişkən, kim oyuna hardan yollanır-yollansın, əsas odu ki, azarkeşləri sevindirməyi, qələbə qazanmağı bacarsınlar.
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see143

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see142

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see141

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see140

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see139

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see138

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see138

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see137

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see137

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see137

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see136

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see136

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see135

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see135

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see135

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see135

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see134

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see130

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri