Icma.az
close
up
RU
Pul qazanmaq həvəsi futbol oynamağa mane olanda...

Pul qazanmaq həvəsi futbol oynamağa mane olanda...

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Yayda Xorvatiyanın "Varajdin” klubuna transfer olunan Rüfət Abdullazadə çox keçmədi ki, Azərbaycana qayıtdı. Abdullazadə artıq "Zirə”nin futbolçusudur. Onun cəmi beş ay sonra əli ətəyindən uzun şəkildə geri qayıtması hamımızı məyus etdi. Amma bir məsələ də var ki, həmin o məsələ bizi acı reallıqla üz-üzə qoyur. Biz həmin o reallığı qəbul etməliyik.

Həmin məsələ də odur ki, azərbaycanlı futbolçuların səviyyəsi bizim düşündüyümüzdən də xeyli aşağıdır. Heç kim sözümdən inciməsin. İllərlə davam edən bu ciddi problem artıq özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. "Bakı”nın akademiyasından çıxmış, illərlə Qurban Qurbanov kimi məşqçinin əlinin altında "yonulmuş”, "Qarabağ”da yüksək səviyyəli futbolun dadını görmüş Mahir Emreli Almaniyanın ikinci bundesliqasında özünü göstərə bilmirsə, biz nədən danışırıq? Mahir Emreli Avropada boy göstərməyi bacarmırsa, onda Rüfət Abdullazadə neynəsin?

Məsələnin digər bir utandırıcı tərəfi də var. Rüfət Abdullazadənin meneceri Emil Əsədov "Futbol+”ə açıqlamasında bizi məyus edən daha bir açıqlama verib. Sitat: "Varajdin”in baş məşqçisi demişdi ki, Rüfətə şans verəcəyik, sadəcə, futbolçu Azərbaycana qayıdandan sonra yerli klublar da onunla maraqlanmağa başladı. Belədə "Varajdin”dən oyunçuya nə vaxt şans verəcəklərini soruşduq. Klubun idman direktoru və baş məşqçisi ilə danışıqlar apardıq. Rüfətlə Azərbaycan klublarıyla yanaşı, Avropanının aşağı səviyyəli komandaları da maraqlanırdı. Bu ərəfədə "Zirə”dən də təklif gəldi. "Varajdin” də razılıq verdi ki, bu komandayla danışıqlar olsun. O, "Zirə”də daha çox şans qazanacaq”. Necə deyərlər, sitatın sonu.

Şans elə şeydi ki, onu həm də almaq lazımdır. Özünü göstərməlisən ki, həmin şansı sənə versinlər. Xorvatiya klubu azərbaycanlı futbolçunu muzeyə qoymaq üçün yox, oynatmaq üçün alıbmış. Sadəcə, yaxından izləyəndə görüblər ki, səviyyəsi tələblərə cavab vermir. Belə yerdə daha çox məşq etmək, tələblərə cavab vermək lazımdır. Amma bizimkilər çətinliyə dözmək əvəzinə Azərbaycana dönmək haqqında fikirləşməyə başlayırlar və bir də gözümüzü açırıq ki, böyük ümidlərlə Avropaya yola saldığımız hansısa futbolçu artıq yerli klubların birindədir. Bizim çempionatda oynaya-oynaya inkişaf etmək isə demək olar ki, mümkünsüzdür. Bunu mən demirəm, illərlə gördüklərimiz deyir.

Dərd orasıdır ki, təkcə Rüfət Abdullazadə belə düşünmür. futbol oynamağı Azərbaycandan kənarda öyrənən azərbaycanlılar da eyni təfəkkürə qurban gedirlər. "Sumqayıt” bu günlərdə Azərbaycan millisinin üzvü Emil Mustafayevi transfer etdi. Son olaraq Ukraynada "Polesye” komandasında çıxış edən Emil bundan sonra "əməlli-başlı azərbaycanlı futbolçu” oldu. İndi o da digərləri kimi burda gününü keçirəcək, başını "Sumqayıt”da girələyəcək. Bəli, mən başa düşürəm ki, Ukraynada müharibə gedir, hazırda futbol arxa plana keçib. Bu halıyla belə Ukrayna çempionatında rəqabətin və səviyyənin Azərbaycandakından yüksək olduğuna şübhə etmirəm. Həm də ki, Ukrayna Avropanın qərbinə bizdən daha yaxındı axı, ordan qitənin ortabablarına transfer olunmaq daha asan idi. Deməli, rəqabət Ukraynadakı həmyerlimizi də qorxudub.

Bir sözlə, milli üzvü və ona namizəd sayılanların yaxın zamanda xaricdə oynayacağına, inkişaf edəcəyinə ümid etməyə dəyməz. Çünki az əziyyət çəkib, daha çox qazanmaq həvəsi azərbaycanlı futbolçulara mane olur. Çox təəssüf!

Amal Abuşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri