Icma.az
close
up
RU
Futbol təsərrüfatında “YUYULAN” PULLAR

Futbol təsərrüfatında “YUYULAN” PULLAR

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Premyer Liqadakı legioner limitinin ləğvi son vaxtlar Azərbaycan futbolunda, eləcə də idman mediasında geniş müzakirə mövzusuna çevrilib. Limitin ləğvinin futbolumuza müsbət təsir edəcəyini söyləyənlər də var, bunun əksini iddia edənlər də. Bir qisim futbolsevər isə hesab edir ki, legioner limitinin ləğvi “Qarabağ”ın ölkə daxilindəki rəqiblərini birbaş üstələməsinin qarşısını almaq məqsədi daşıyır və bu, “atlılar”la bacara bilməyən klubların himayədarlarının təşəbbüsüdür.

Bu kontekstdə daha çox “Sabah” futbol klubunun, həmçinin AFFA İcraiyyə Komitəsində söz sahiblərindən olan Balakişi Qasımov və Maqsud Adıgözəlovun adları çəkilir. Bütün bu iddialar, səsləndirilən fikirlər, ümumən müzakirə mövzusu ilə bağlı Medianews.az tanınmış idman şərhçisi Natiq Muxtarlıdan müsahibə alıb.

– Natiq müəllim, legioner limiti Azərbaycan futboluna, onun inkişafına hansı formada təsir edir?

– Legioner limiti uzun illərdir ki, Azərbaycanda klub futbolunun inkişafının qarşısını alır. Avropada yerli futbolçularla uğur qazanmağın mümkünsüz olduğu sübut olunub.

– Əgər bu limit məsələsi inkişafın qarşısını alırsa, Avropada da bunun nümunəsi varsa, o zaman nə üçün AFFA uzun illər limiti saxlayıb?

– Bunun müxtəlif səbəbləri var. Əvvəla, AFFA-nın sabiq rəhbərləri – Rövnəq Abdullayev-Elxan Məmmədov limit amilindən istifadə edərək, futbol təsərrüfatında xeyli pul “yuyublar”. Gəlin Azərbaycan futboluna pul axınının ilk mərhələsini yada salaq. O zaman Azərbaycanda limit 6+5 idi. Yəni, meydana mütləq 5 yerli futbolçu çıxmalı idi. Həmin vaxt Elxan Məmmədova yaxın menecerlər vasitəsilə yerli futbolçuların qiyməti fantastik həddə qalxmışdı. Hətta yerli futbolçu vardı ki, ilə bir milyon manat tələb edirdi. Hətta karusel əməliyyatı qurulmuşdu. Bir dəstə futbolçu  bir il “Neftçi”də olurdu, sonra onları “Xəzər Lənkəran”a aparırdılar. Oradan “Bakı”ya, oradan da “İnter”ə gətirirdilər. Yaxşı pul qazanırdılar. Elxan Məmmədovun əlaltısı olan bir dəstə “mütəxəssis” də “limit lazımdır ki, yerli futbolçular inkişaf etsin, millinin səviyyəsi yüksəlsin” deyib haray-həşir salırdılar. Amma bircə yerli futbolçu da inkişaf etmədi, millinin səviyyəsi yüksəlmədi. Əksinə yerli futbolçuların səviyyəsi xeyli aşağı düşdü.

– Yəni hesab edirsiniz ki, limit məsələsi millimizin səviyyəsini yüksəltmək əvəzinə, daha da aşağı salıb?

– Əlbəttə! Bilirsiniz niyə? Çünki rəqabət olmadı. Yerli futbolçular üçün rəqabətsizlik mühiti formalaşdı. Onlar əmin idilər ki, hansı formada olmalarından asılı olmayaraq, meydana çıxacaqlar. Yaxşı pul qazandılar, özlərinə gün-güzəran qurdular, yedilər-içdilər, amma inkişaf etmədilər. Milli komandanın da səviyyəsi günü-gündən aşağı düşdü. İndi Azərbaycanın bütün yaş qrupları üzrə milliləri Avropada ən zəiflərdəndir. Güclü milli komanda Azərbaycan çempionatında oynayan futbolçulardan qurulmur. Güclü milli komandanın olması üçün futbolçular Avropada oynamalıdırlar. Amma Azərbaycanda futbolçulara böyük pullar verildiyi, rəqabət mühiti olmadığı üçün onlar ölkədən kənara çıxmağı heç ağıllarına belə gətirmədilər. Bir-iki istedadlı futbolçu da burada qalıb istedadını pula satdı. Vəssalam. Bu illər ərzində limitin Azərbaycan futboluna verdiyi “töhfə” budur. Ona görə də mən hesab edirəm ki, limit mütləq şəkildə ləğv edilməlidir.

– Limitin ləğv olunmasından bəzi klubların sui-istifadə edəcəyini dilə gətirən həmkarlarınız var. Onların fikrini bölüşürsünümü?

– Təbii ki, bundan yararlanmaq istəyən qüvvələr olacaq. Məsələn, Azərbaycanda klublar var ki, hər 6 aydan bir 5-10 legioneri gətirir, bir o qədərini də göndərir. O futbolçuların bir çoxu il ərzində 10-15 dəqiqə meydanda olurlar. Amma yaxşı pul alırlar. Özləri də qazanırlar, onları bura gətirənlərə də qazandırırlar. Mən konkret misal da çəkə bilərəm. Həmin şəxslər klublarda – “Neftçi”də, “Sabah”da, “Səbail”də olan rəhbər-menecerlərdir. Avropada ayda 5-6 min dollar məvacib alan futbolçuya Azərbaycanda ayda 30 min dollar vəd edirlər. Yarısını onlara verirlər, yarısı da özlərinə qalır. İl ərzində 10 legionerin hər birindən 150 min dollar götürəndə, 1,5 milyon dollar rahatca “yuyulur”. İndi bu klublar limitin ləğvindən inkişaf üçün yox, daha çox pul yumaq üçün yararlanacaqlar.

– Bəs “Qarabağ”la bağlı səsləndirilən fikirlərə münasibətiniz necədir? Limitin ləğvi digər klubları da “atlılar” səviyyəsinə çatdıra biləcəkmi?

– Ən yaxşı yerli futbolçuların “Qarabağ”da olması qanunauyğunluqdur. “Qarabağ” Avropada brenddirsə, uğurludursa, səviyyəli yerli futbolçu da bu kluba üz tutmalıdır. Ən yaxşı alman futbolçular “Bavariyada”dır. Ən yaxşı ispanlar “Real” və “Barselona”dadır. Ən yaxşı ingilislər “Mançester Siti”, “Liverpul”da olmalıdır. Ən yaxşı fransızlar PSJ-yə can atmalıdır. Məgər, yerli futbolçuların olmaması “Neftçi”nin və ya “Sabah”ın inkişafının qarşısını alır? Bütün bunlar “istedadlı dələduzlar”ın mənimsədikləri milyonların hesabını vermək üçün uydurduqları alibidir. Limit ləğv edilsə də, nə “Neftçi”, nə “Sabah”, nə “Səbail” inkişaf edəcək. Onların məqsədi yenə də pul “yumaq” olacaq. Limitin ləğvindən sonra “istedadlı dələduzlar”ın əl-qolu açılacaq. Artıq legionerləri beş-beş yox, on-on gətirəcəklər. Ona görə də, limiti kor-koranə ləğv etmək olmaz. İştirak ərizəsinə mütləq limit tətbiq edilməlidir. Məsələn, hər komanda mövsüm ərzində yalnız 12 legioneri sifariş edə bilər. İstəyirsən meydana 11 legionerlə çıx, amma iştirak ərizəndə 12 legioner olmalıdır. Belə olsa, deyək ki, “Neftçi”, “Sabah”dakı “isedadlı dələduzlar” 20 legioner gətirib iştirak ərizəsinə sala bilməyəcəklər.

– Bu təşəbbüs sizdən gəldi. Ümidiniz varmı bunun gerçəkləşməsinə?

– Güman etmirəm. Çünki AFFA rəhbərliyi bu klublardakı “istedadlı dələduzlar”la yaxındırlar, dostdurlar. Deməli, maraqlar təmin olunacaq. Həm onların, həm də, özlərinin. Bir sözlə, idarəetmə bərbaddırsa, limitin dəyişməsinin əhəmiyyəti olmayacaq. Amma mən yenə də limitin ləğvini dəstəkləyirəm. Çünki ən azı “Qarabağ”ın qarşısındakı maneə götürüləcək və ən azı bu klub Avropada rəqabət aparmaq üçün rıçaq əldə edəcək. Qurban Qurbanov bu yaxınlarda etiraf etmişdi ki, Azərbaycanla Avropa futbolu arasındakı fərq getdikcə böyüyür. Qurban Qurbanovun bu amansız rəqabət mühitində əl-qolunu bağlayan amillərdən biri də limitdir. Bir maneənin aradan qaldırılması da yaxşı əlamət sayılmalıdır. Limit ləğv edilməlidir. Qoy azərbaycanlı futbolçular zəhmət çəksinlər, rəqabət aparsınlar, güclü olduqlarını sübut edib heyətdə yer alsınlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Yanvar 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri