Futbol üzrə dünya çempionu 94 yaşında vəfat edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 noyabr, AZƏRTAC
1958-ci ildə Braziliya millisinin heyətində dünya çempionu, 1963-cü ildə isə “Milan”la Avropa Çempionlar Kubokunun qalibi olmuş Dino Sani 94 yaşında dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.
Dino Sani Braziliyaya ilk dünya çempionluğu titulunu qazandıran komandanın üzvü olub və zəngin irs qoyub. Bildirilib ki, onun qazandığı uğurlar və futbol tarixindəki yeri hər zaman xatırlanacaq. Konfederasiya mərhumun ailəsinə, dostlarına və onu sevənlərə başsağlığı verib.
1932-ci il mayın 23-də San-Paulu şəhərində anadan olan Dino Sani 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında Braziliya millisinin heyətində yer alıb. O, turnirdə Avstriya (3:0) və İngiltərə (0:0) ilə qarşılaşmalarda iştirak edib. Lakin zədə səbəbindən yarışın qalan hissəsində meydana çıxa bilməyib.
Dino Sani 1950-ci ildə “Palmeyras” klubunda çıxış etməklə tanınmağa başlayıb və həmin il San-Paulu ştatının çempionu olub. Daha sonra “San-Paulu”, “Korintians” və “Milan” komandalarında forma geyinib.
O, 1962-ci ildə İtaliya çempionluğunu, 1963-cü ildə isə “Milan”la Avropa Çempionlar Kubokunu qazanıb. Bu, Milan təmsilçisinin həmin turnirdə ilk qələbəsi olub.
Braziliya millisində 24 oyun keçirən Sani 4 qol vurub. Futbolçu karyerasını 1968-ci ildə başa vurduqdan sonra məşqçiliyə başlayıb.
O, ölkəsinin “İnternasional”, “Palmeyras”, “Flamenqo”, “Fluminense”, Uruqvayın “Penyarol” və Argentinanın “Boka Xuniors” klublarına rəhbərlik edib. 1989-1990-cı illərdə isə Qətər milli komandasının baş məşqçisi olub.
Dino Sani “İnternasional”la 4, “Penyarol”la isə 2 dəfə ölkə çempionluğunu qazanıb. Məşqçilik karyerasını 1992-ci ildə “Qremio”da başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 16 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















