Futbolçu Dieqo Jotanın öldüyü qəzanın və yanmış maşınının görüntüləri yayılıb VİDEO
Icma.az bildirir, Apa.az portalına istinadən.
Portuqaliya yığmasının və “Liverpul”un 28 yaşlı futbolçusu Dieqo Jotanın həyatını itirdiyi yol qəzasının görüntüləri yayılıb.
APA xəbər verir ki, videoda qəza zamanı aşdıqdan sonra yanmış avtomobil də görünür.
Qeyd edək ki, qəza ötən gecə İspaniyanın Zamora əyalətində baş verib.
Dieqo Jotanın olduğu avtomobilin aşaraq alovlanması nəticəsində futbolçu ilə bərabər 26 yaşlı qardaşı Andre de Silva da həlak olub.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan avtomobil digər avtomobili ötmək istəyərkən təkəri partlayıb. Nəticədə yoldan çıxaraq aşan avtomobil alışıb. Dieqo Jota və qardaşı maşından çıxa bilməyib və həyatlarını itiriblər.
Qeyd edək ki, Jota bu il iyunun 22-də ailə həyatı qurub.
O, Portuqaliya yığması ilə ötən ay UEFA Millətlər Liqasının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 03 İyul 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















