Icma.az
close
up
RU
“Futbolçu vaxtı da qorxaq olmamışam”

“Futbolçu vaxtı da qorxaq olmamışam”

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında mövsümün qəhrəmanı “Şahdağ Qusar”dı.

Qusarlılar bu mövsüm heç kimə uduzmadılar. Onlar 23 qələbə qazandılar və yalnız üç dəfə heç-heçə ilə kifayətləndilər. Srağagün Binə qəsəbə stationunda komandaya çempionluq kuboku təqdim olundu. Biz isə baş məşqçisi Elnur Abdullayevlə söhbətləşdik.
- Mövsümdən əvvəl bu nəticəni gözləyirdizmi?
- İlk növbədə bu möhtəşəm çempionluq münasibətilə klub rəhbərliyinə, futbolçularıma, azarkeşlərimizə və bizə dəstək olan hər kəsə dərindən təşəkkürümü bildirirəm. Düzünü desəm, hələ mövsüm başlamamış qarşıya məqsəd qoymuşduq. İlk gündən uşaqlara da dedim ki, məqsədimiz yalnız 1-ci liqaya çıxmaq yox, çempion kimi çıxmaqdı. Allaha şükürlər olsun, bu yolda birlikdə mübarizə apardıq və nəticə də qazandıq. Heç vaxt liderliyi əldən vermədik. Bu özü-özlüyündə böyük uğurdu.
- Klub rəhbərliyinin və azarkeşlərin bu prosesdə dəstəyi necə oldu?
- Klub rəhbərliyi maddi və mənəvi baxımdan yanımızda oldu. Onlara söz verdim. Heç vaxt qorxmuram, çətin işləri çox sevirəm. Futbolçu vaxtı da qorxaq olmamışam. İşi öz öhdəmə götürdüm və sözümün arxasında durdum. Məğlubiyyətsiz çempion olduq. Bir daha rəhbərliyə təşəkkürümü bildirirəm. Azarkeşlərin bizi dəstəkləməsi möhtəşəm idi. Bəziləri normal şəkildə oyunlara izləyici kimi baxır. Bizim dəstəkçilər yaxşı və pis şeyləri unutmur. Onları ürəkdən təbrik edirəm. Dəstək olduqları üçün minnətdarlıqımı bildirirəm. Bir ailə olduq. Bu işdə ailə olmadınsa, uğur əldə etmək şansın da yoxdu. Futbolçularla azarkeşlər arasında sevgi oldu.
- Bəs növbəti mövsüm üçün əsas hədəfiniz nədi?
- Rəhbərliklə görüş olacaq. Həmin görüşdə yeni mövsümlə bağlı müzakirə aparılacaq. Onda sizə nəsə deyə bilərəm. Danışıqlardan sonra məlumat verəcəm.
- Bu mövsüm məşqçi kayeranızda hansı yeri tutacaq?
- Məşqçi karyeram uğurlu alındı. Axırıncı yox, axarıncı olsun. Mən bu uğurla kifayətlənmirəm. Daha çox çalışmaq, yenilikləri öyrənmək lazımdı. Faydalı məşqçi olmaq istəyirəm. Bunu zaman göstərəcək. Uğurları davam etdirmək lazımdı.
- “Şahdağ Qusar”ın uğuru Qusar futbolu üçün nə ifadə edir?
- “Şahdağ Qusar” tarixi olmuş komandadı. Səhv etmirəmsə, bu il 75 illiyidi. Tarixində ilk dəfə kubok qazandı. Azarkeşlər və biz xoşbəxtik. İnşallah, kubokların davamı gələr.
- Mövsümboyu komandanın motivasiyasının yüksək saxlamaq çətin olmadı ki? Xüsusən artıq çempionluq yaxınlaşanda?
- Mövsümün ilk yarısı təzyiq baxımından nisbətən rahat keçdi. Amma ikinci dövrədə təzyiq özünü göstərdi. Məşqçi üçün ən çətin şeylərdən biri budu - məğlub olmayan komandada futbolçuların arxayınlaşma mərhələsinə keçməsinin qarşısını almaq. Mən hər oyundan sonra futbolçularla danışdım, motivasiyanı yüksək tutmağa çalışdım. Dedim ki, rahatlaşmaq olmaz və çox şükür, bu mesajı qəbul etdilər. Rəqiblər də bizə qarşı çox fərqli oynayırdı. Lider komandaya qarşı çıxan hər futbolçu özünü göstərmək istəyir. Onların da məqsədi olur: “lideri büdrədək”. Amma biz büdrəmədik. Sonda çempion olduq. Deyə bilərəm ki, bu, layiqli çempionluqdu. Mənimlə bu yolda olan hər kəsə sonsuz təşəkkür edirəm.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 May 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri