Futbolçular üçün ayrılmış avtobusuda 86,5 kq marixuana tapıldı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Braziliyanın “San-Paulu” futbol komandasının Cənubi Amerika Kuboku çərçivəsində Boliviyada istifadə etməli olduğu avtobusda 86,5 kq marixuana aşkarlanıb.
İdman.Biz xəbər verir ki, hadisə Koçabamba bölgəsində baş verib. Polis bölməsinin əməkdaşları avtobusa baxış zamanı dörd çantada gizlədilmiş narkotik maddə aşkar ediblər.
Əməliyyat nəticəsində nəqliyyat vasitəsinə cavabdeh olan üç sürücü saxlanılıb. Avtobus “San-Paulu”nun Boliviyadakı səfəri üçün nəqliyyat xidmətini həyata keçirən “Buses Cosmos” şirkətinə məxsus olub.
Hadisənin klubla birbaşa əlaqəsi olmayıb. “San-Paulu” nümayəndələri komandanın saxlanılan avtobusdan istifadə etmədiyini bildiriblər. Şirkət əvvəlcədən razılaşdırılmış vaxtda başqa avtobus təqdim edib və komandanın logistikasında problem yaranmayıb.
“San-Paulu” Boliviyaya Cənubi Amerika Kubokunun 1/8 finalında “Bolivar”la qarşılaşmaq üçün yollanıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 Avqust 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















