Icma.az
close
up
RU
Futbolçular üçün təhsil və hərbi xidmət problemi Vaqif Cavadovdan AÇIQLAMA

Futbolçular üçün təhsil və hərbi xidmət problemi Vaqif Cavadovdan AÇIQLAMA

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Azərbaycan futbolunun yaxşı vəziyyətə gəlməsi üçün iki amil vacibdir. Bunlar uşaq futbolu və təhsildir”.

Bunu sportnet.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

Hazırda “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasında baş məşqçi postunu tutan keçmiş hücumçu bildirib ki, futbolçular üçün klubu, təhsil aldığı orta məktəb və ali məktəb arasında çox böyük dilemma yaranıb: “Futbolçularımdan 5-i ikinci növbə, digərləri birinci növbə təhsil alırlar. Mən 5 futbolçunu necə məşq elətdirim? Məcburam ki, onları U-17 komandanın heyətində məşqlərə göndərim. Çünki dərsə gecikirlər, çatdırmırlar”.

Cavadovun sözlərinə görə, belə hal təkcə “Sumqayıt”da deyil, digər klublarımıza da aiddir. O, çıxış yolunu internat tipli məktəblərin yaradılmasında və klublar arasında dialoqda görüb: “Biz bazar ertəsi gününə oyun sala bilmirik. Çünki futbolçular dərsdə olurlar. Tutaq ki, uşaq futbolçular klub akademiyalarında təhsil aldılar. Bəs ali məktəbə girdikdən sonra necə olmalıdır? Azərbaycan İdman Akademiyası ilə əməkdaşlığı klublar yox, AFFA etməlidir. Aqil Nəbiyev də dedi ki, U-17 yığmasına 5 futbolçu gəlsəydi, onlar Avropa çempionatının final mərhələsinə yüksələcəkdilər. Amma onları öz təhsil müəssisələri buraxmadı”.

Baş məşqçi əsgərlik probleminə də diqqət çəkib: “Biz 17-18 yaşınadək futbolçu yetişdiriririk. Sonra isə 1,5 il müddətinə əsgərliyə gedirlər. Nəticədə 10 il çəkdiyin əziyyət yox olur. Halbuki onun istedadı da var, futbolçu bacarığı da. Amma əsgərlikdə hamısı batır. Axı klubu ona 10 il ərzində maddi və digər aspektlərdə dəstək olub. U-19 yığmasına düşsən belə, orada daimi qalacağına təminat yoxdur. Çünki futbolçu bu gün milliyə layiq oyun göstərə bilər, sabah isə yox. Həm də ki, futbolçuların hamısı milliyə düşə bilməz”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Sentyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri