Icma.az
close
up
RU
“Futbolçuları günahlandıra bilmərəm, elə Vaqif Cavadovun da günahı yoxdu” günahkar mənəm?

“Futbolçuları günahlandıra bilmərəm, elə Vaqif Cavadovun da günahı yoxdu” günahkar mənəm?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sumqayıt” uğursuz seriyadan Misli premyer-liqasının 23-cü turu çərçivəsində “Zirə”ni qəbul etdiyi oyunda da xilas ola bilmədi. Evdə 0:3 hesabıyla uduzan “kimyaçılar” bununla ardıcıl həm qola vura, həm də qələbə qazana bilmədiyi oyunların sayını 8-ə (7 premyer-liqa, 1 kubok matçı) çatdırdı.

“Gənclik şəhəri”nin təmsilçisi niyə belə çətin vəziyyətə düşüb? Təbii ki, belə xoşagəlməz durum azarkeşləri qane edə bilməz. Bəs, onlar bu haqda nə düşünür?
“Football-plus.az”ın suallarını “UltraSumqayıt” fanklubunun rəhbəri Qüdrət Allahverdiyev cavabladı:

“Səbəbin nədən ibarət olduğunu demək çətindi. Fakt odu ki, komanda yaxşı oyun göstərə bilmir. Bir var mübarizə aparasan, amma məqsədə çata bilməyəsən. Bir də var belə ruhsuz çıxış edəsən. Futobl komanda oyunudu. Bu üzdən hansısa futbolçuları günahlandıra bilmərəm. Məncə, elə Vaqif Cavadovun da günahı yoxdu. Ona daha uzun müddət şans verilməlidi. İnanıram ki, növbəti oyunlarda fərqli “Sumqayıt” görəcəyik. Komandanın premyer-liqanı tərk etmək təhlükəsiylə üz-üzə qalacağını düşünmürəm. Baş məşqçimiz ilk dəfə premyer-liqada çalışır. Yeni gəlib. İndidən onun haqda mənfi fikir səsləndirmək məqsədəuyğun olmaz. Ümid edirəm ki, növbəti mövsüm daha inamlı təsir bağışlayacaq. Bundan sonrakı şanslara gəlincə, komandanın avrokuboklara yollanmasını istəyirik. Bunu kubok yoluyla bacarmaq olar. Ümidimiz var”.


Xatırlayırsızsa, Vaqif Cavadov “Şamaxı” ilə oyundan sonra azarkeşləri “Mehdi Hüseynzadə”nin tribunalarını doldurmağa səslədi. Buna rəğmən, “Zirə”ylə matçda cəmi 1300 tərəfdar var idi. Bunu sumqayıtlıların Cavadova inamsızlığıyla izah etmək olarmı?
Qüdrət bəyin cavabı:

“Oyunlara gələn hər kəs azarkeş deyil. Elə futbolsevərlər var ki, sadəcə, oyunu izləməyə, istirahət etməyə gəlir. Amma komandanın 8 oyundu qələbə qazanmadığını görəndə gəlmək istəmir. Belədə tribunada az adam olur. Komanda ən pis halda qol sevinci yaşatmalıdı ki, stadiona gələn futbolsevərin sevgisini qazansın, o da hər matçda tribunaya ümidli gəlsin”.


Xatırladaq ki, “Sumqayıt” 22 xalla 7-ci pillədədi.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri