Futbolçularımda yüksək motivasiya var Santuş Macarıstanla oyundan nə gözləyir?
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssis belə danışıb:
"Macarıstan yaxşı futbolçulardan qurulmuş komandadır. Hər oyundan əvvəl rəqiblərimizi təhlil edirik. Macarıstanı da yaxşı təhlil etmişik. Onların müdafiədə və hücumda necə oynadıqlarını bilirik. Futbolçularımda yaxşı motivasiya var və inanıram ki, bu məqam komandaya müsbət təsir edəcək. Azərbaycan yığmasına qələbə lazımdır. Sabah maraqlı görüşə şahidlik edəcəyik".
Qeyd edək ki, Azərbaycan - Macarıstan qarşılaşması sabah "Liv Bona Dea Arena"da reallaşacaq. Matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 İyun 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















