Futbolçuların hərəkətinə böyük reaksiya
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Cənubi Koreya hökuməti idmançılara hərbi xidmətdən azad olunma imtiyazı ilə bağlı şərtləri yenidən nəzərdən keçirməyi planlaşdırır. Buna səbəb Asiya Oyunlarının finalında Yaponiya üzərində qazanılan qələbədən sonra milli komandanın futbolçularının nümayiş etdirdiyi qalmaqallı davranış olub.
Futbolpress.az xəbər verir ki, yığmanın kapitanı Li Gi Hyok və daha iki futbolçu hərbi çağırışdan yayınmalarını coşqu ilə qeyd etdiklərinə görə vətənlərində kəskin tənqid olunublar.
Li qızıl medalı qaldıraraq təntənəli şəkildə “artıq orduya getmirəm” deyərək cəmiyyətdə böyük narazılığa səbəb olub. Oyunçunun sonradan üzr istəməsinə baxmayaraq, insident hökumət səviyyəsində reaksiya doğurub. Mədəniyyət, İdman və Turizm naziri Çxve Hvi-yonq futbolçunun sözlərini qeyri-peşəkar adlandıraraq 50 ildir qüvvədə olan sistemin ixtisar edilməsinin vacib olduğunu bildirib.
Mövcud qanunvericiliyə əsasən, Cənubi Koreyada 28 yaşına çatmamış bütün kişilər 18 aydan 21 aya qədər müddətdə məcburi hərbi xidmətə cəlb olunmalıdırlar. Olimpiya mükafatçıları və Asiya Oyunlarının çempionları isə yalnız təqribən bir aylıq təməl hərbi təlimlə kifayətlənirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 07 Oktyabr 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















