Icma.az
close
up
RU
“Futbolçunun bu qədər dərinə getməsini düzgün saymıram”

“Futbolçunun bu qədər dərinə getməsini düzgün saymıram”

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Difai”nin futbolçusu Kristian Kamta 1-ci liqa oyunlarında irqçiliyə məruz qalmasıyla bağlı UEFA və FİFA-ya şikayət edib. Kamerunlu hücumçu aprelin 30-da Ombudsman Aparatına dəvət olunub.

Bu haqda aparatın mətbuat xidmətinin rəhbəri Araz Əsgərli məlumat verib. O bildirib ki, futbolçunun problemləri dinlənilib və araşdırma başlayıb:

“Futbolçunun müraciəti qeydə alınıb. Aidiyyətı tərəflərə də bununla bağlı tapşırıq verilib, rəsmi sorğular göndərilib. Futbolçuya da bundan sonra nə dəstək lazımdısa, göstərilib və göstəriləcək”.


Kamta özü də bu barədə açıqlama verib:

“Onlar məndən izahat aldılar. Əminəm ki, bu problem qısa müddət ərzində öz müsbət həllini tapacaq”.


Biz isə bu məsələ ilə bağlı “Difai”nin prezidenti Asəf Məlikovla əlaqə saxladıq:

“Nəsə etməyə ehtiyac yoxdu. Ombudsmanla yanaşı, AFFA da məsələni araşdırır. Mənim nəsə deməyim düzgün deyil. Nəsə olsa, məlumat veriləcək”.


Ümumiyyətlə, Azərbaycanda irqçilik varmı, futbolçunun dərisinin rənginə görə təzyiqə, ayrı-seçkiliyə məruz qalırmı? Ceyhun Sultanov bununla bağlı fikrini bölüşdü:

“Təkcə Azərbaycanda yox, bütün dünyada irqçiliyə məruz qalan futbolçular var. Düzdü, bu hal normal qarşılanmır. Hər bir azarkeşin şəxsi fikri var. Şikayət etməsi nə dərəcədə doğrudu - deyə bilmərəm. Futbolçusansa, bir qədər təmkinli olmalısan. Azarkeşlərin hamısı eyni psixologiyaya malik deyil. Futbolçunun bu qədər dərinə getməsini düzgün saymıram”.


MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 May 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri