Icma.az
close
up
RU
Futbolumuzun bir həftəsi…

Futbolumuzun bir həftəsi…

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan klubları avrokuboklarda növbəti oyunlarına çıxdılar.

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”nı darmadağın (5:1, ilk oyun 1:0) məğlub edərək pley-offlara yüksəldi.

Konfrans Liqasında yarışan “Sabah” və “Araz-Naxçıvan” isə acı məğlubiyyətlərlə turnirlə vidalaşdı.

Yenə tək “Qarabağ”

Azərbaycan futbolunun yükünü uzun illərdir çiyinlərində daşıyan çempion yenə Avropa arenasında yalnız qaldı. Çempionlar Liqasında II təsnifatdan mübarizəyə başlayan “atlılar” pillə-pillə irəliləməkdir. Komanda sayəsində Bakıda Çempionlar Liqasının himni səslənəcək. “Qarabağ”ın Liqa mərhələsi yolundakı son əngəli “Ferentsvaroş”dur. İlk oyunun Macarıstanda olması Azərbaycan çempionu üçün üstünlük sayıla bilər. Cavab matçını Bakıda oynayacaq “Qarabağ” güclü azarkeş dəstəyini də arxasına alaraq, mərhələ adlamağa çalışacaq.

Ümidləri puç edən

Baş məşqçi postuna Valdas Dambrauskası gətirən “Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanda “Levski”yə son saniyə qolu ilə uduzmasına baxmayaraq, mərhələ keçmək şansları yüksək hesab edilirdi. “Bank Respublika” arenada baş tutan oyuna maraq böyük idi və hər kəs “Sabah”dan yaxşı nəticə gözləyirdi. Lakin proqnozlar doğrulmadı. “Sabah” rəqibindən çəkindi və bu, komandaya baha başa gəldi. 2:0 hesablı qələbə qazanan bolqarlar mərhələ adlayan tərəf oldu.

Fiasko

Azərbaycanın avrokuboklardakı ən ağır məğlubiyyətlərindən birini də “Araz-Naxçıvan” tarixə yazdı. Bakıda Kiprin “Omoniya” kollektivinə 0:4 hesabıyla uduzan naxçıvanlılar cavab görüşündə 5 cavabsız qola üzüldü. Müdafiədəki boşluqlar, komadanın ruhsuz, dişsiz görünməsi fiasko sayılacaq məğlubiyyəti yaşatdı. “Araz-Naxçıvan” Avropada debüt etdiyi mövsümü neqativ notlarla başa vurdu.

Limitin ləğvi və gözləntilər

Azərbaycan Premyer Liqasında bu mövsümdən legioner limiti ləğv edilib. Transfer dönəmində heyətini daha çox legionerlərlə gücləndirən klublardan çempionatda rəqabəti artırması gözlənilir. Bu, eyni zamanda avrokuboklarda mübarizə aparan klubların daha güclənməsi yönündə proqnozların yaranmasına səbəb olmuşdu. Lakin təmsilçilərimizin uğursuz çıxışı indidən neqativ fikirlər formalaşdırıb.

Premyer Liqa başladı

Premyer Liqada 2025/26 mövsümünə start verilib. Artıq bu turda 4 oyun baş tutub və komandaların ifasında kifayət qədər yaxşı deyə biləcəyimiz oyun şahidi olmamışıq. Avrokuboklara iddiaçı “Turan Tovuz” debütant “İmişli”ni son dəqiqə qolu ilə məğlub etdi, çempionluğa namizədlərdən sayılan “Neftçi” isə “Şamaxı” ilə heç-heçəyə razılaşdı. Avrokuboklara namizəd göstərilən klubların ilk turdakı performansları gələcək adına ciddi ümid vermədi. Qarşıda uzun marafon var və kimlərin bu yerlərə layiq olduğunu zaman göstərəcək.

Yerli oyunçular kənarda qaldı

Klubların ilk turlardan meydana buraxdığı start heyətdə daha çox legionerlərə üstünlük verməsi diqqətdən qaçmadı. U-21 yığması üçün baza rolunu oynayacaq “Şamaxı” belə “Neftçi” ilə oyuna 9 əcnəbi ilə çıxdı. Düzdür, klublarçün prioritet əsas komandanın nəticələridir. Lakin yerlilərə şans tanımaq, onların hansı formada olduğunu görmək də vacib məqamlardandır.

Azərbaycan futbolunda yeni mövsüm xüsusi nəyləsə diqqət çəkmir. Fərqli qaydalar olmasına baxmayaraq, gedişat eynidir. Avropa arenasında tək qalan “Qarabağ”, iddialı “Neftçi”nin itkiylə başlaması, “Kəpəz”də qeyri-müəyyənlik…

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Avqust 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see432

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see219

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see207

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see194

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see185

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see182

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see178

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see174

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri