Icma.az
close
up
RU
Futbolumuzun yeni qoleadoru?..

Futbolumuzun yeni qoleadoru?..

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vensan Abubakarın "Neftçi" ilə müqavilə bağlamasının bu gün 10-cu günü tamam olur. Geridə qalan bu 10 gündə 33 yaşlı məşhur kamerunlu hücumçu, Türkiyə türklərinin təbirincə ifadə etsək, "aslan həmişə aslandır" deyimini təsdiq etmək yolunda inamla addım atır.

O, Azərbaycanda meydana çıxdığı 2 oyuna artıq 3 qol vurmağı bacarıb. Birini Premyer Liqada "Qəbələ"yə, digər ikisini isə ölkə kubokunda 1-ci liqa təmsilçisi MOİK-ə. İstənilən futbolçu üçün bunlar möhtəşəm bir start sayıla bilər. Amma bir fakt da unudulmamalıdır ki, əgər söhbət Kamerun millisinin canlı əfsanəsindən (115 oyunda 45 qol!) gedirsə, deməli, onun bu inamlı göstəricisi də təəccüblü olmamalıdır. 

Abubakar o Abubakardır ki, 3 dəfə dünya çempionatının final mərhələsində oynayıb! Azərbaycana indiyədək CV-si belə yüksək olan legioner gəlibmi? Yox, əlbəttə. 

İllərdir "Neftçi"nin rəhbərliyinə onu izah etməyə çalışırıq ki, transfer edilən əcnəbinin oyun səviyyəsi klubun ad-sanına uyğun olmalıdır. Aldığı yüzminlərin qarşılığını "Neftçi"də kef çəkməklə yox, öz oyunu, yaxud vurduğu qollarla verməlidir. Hələlik Abubakar startda bunu bacarır. Bir də axı niyə bacarmasın? 

Abubakar həm də o Abubakardır ki, dünya çempionatında futbolun əjdahası Braziliyanın qapısına qol vurub! Bəli, Braziliyanın! İndi deyirsiniz, Braziliyaya qol vuran bu oğlan "Qəbələ"yə, MOİK, lap elə sabah "Qarabağ"a qol vura bilməsin? 

Və Abubakar həm də o Abubakardır ki, "Neftçi"yə məhz hücumların usta bitiricisi kimi gətirilib və o, Azərbaycanda ilk iki matçda işinin öhdəsindən məharətlə gəlməyi bacarır. 

Xüsusən "Qəbələ" ilə vacib görüşdə 70-ci dəqiqədə meydana girməklə Azərbaycanda debüt edən kamerunlu cəmi 1 dəqiqə sonra və yanılmıramsa, topa ilk toxunuşundaca komanda yoldaşı İfanyi Metyuya qol ötürməsi verdi. 10 dəqiqə sonra isə artıq tabloda hesab 2:0 "Neftçi"nin xeyrinə göstərirdi. Bu dəfə isə qolun müəllifi artıq Abubakarın özü idi! "Neftçi" xal itirməyə, hətta uduzmağa yaxın olduğu oyunda Abubakarın sayəsində vacib qələbə qazandı. 

Bəlkə də "Neftçi"ni yenidən dirildə biləcək qələbə...

Abubakar bu debüt matçında qol sevincini və qələbəni tribunaya toplaşan "Neftçi"nin azarkeşləri ilə qeyd etməsi isə həm də sanki onlara ünvanlanan qətiyyətli bir mesaj idi: sizin sevimli oyunçunuz olacağam!

O, ilk iki matçdan sonra bunu bacara biləcəyini göstərir. Karyerasında Fransa ("Valenyen", "Loryan), Portuqaliya ("Portu), Türkiyə ("Beşiktaş", "Hatayspor") kimi tanınmış liqalarda oynayan, milli komandasında dünya çempionatı ilə yanaşı Afrikanın az qala bütün turnirlərində çıxış edən Abubakar Azərbaycan çempionatına rəng qata, "Neftçi"yə təzə bir nəfəs gətirə bilər. 

Yeni bir qoleador kimi...

Buna ehtiyac var. "Neftçi"də də, Azərbaycan liqasında da.

Amma necə deyərlər, eyforiyaya düşmək də erkən olar. Çünki hər nə qədər 2 oyuna 3 qol əla statistika olsa da, unutmayaq ki, o qollar Premyer Liqanın ən zəiflərindən "Qəbələ"yə (turnir cədvəlində 10-cu yer) və birinci liqa təmsilçisi MOİK-ə (8-ci yer) vurulub. Odur ki, daha çətin sınaqlar qabaqdadır və Abubakarın Azərbaycanda futbolunda yaxşı başlanğıcı rəqib məşqçi və müdafiəçiləri ona qarşı daha diqqətli olmağa məcbur edəcək.

Bəli, qarşıda çətin sınaqlar gəlir. Təsadüfdən onlardan biri də 11-ci turda, yəni 10 gün sonra "Neftçi"nin əzəli rəqibi "Qarabağ"a qarşı olacaq...

Oyuna hazırsan Abubakar?

Aydın Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Oktyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri