Futbolun İnkişaf Fondunun iclası keçirildi
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, iclasda Himayəçilər Şurasının sədri Yunis Hüseynov və üzvləri Anar Həsənov, Asim Xudiyev, Fəxrəddin Manafov, Sona Abbasova, Şaiq Qəribzadə, Vəli Qasımov iştirak edib.
Tədbiri giriş sözü ilə açan Himayəçilər Şurasının sədri Yunis Hüseynov fondun 2024-cü il ərzində imzaladığı sponsorluqlar, baş tutan tədbirlər və layihələr haqda qısa məlumat verib.
Daha sonra Himayəçilər Şurası Rüstəm Əfsərlinin “Neftçi” futbol klubunda fəaliyyəti ilə əlaqədar öz razılığı ilə üzvlükdən ayrılmasını təsdiq edib.
Tədbirin davamında fondun icraçı direktoru Tural Piriyev FİF-in 2024-cü il üzrə fəaliyyəti, Biznesin İnkişafı şöbəsinin müdiri Babək Sarıvəlili region futbol klubları ilə imzalanan tərəfdaşlıq müqavilələri, oyun günü təcrübəsinin artırılması ilə bağlı görülən işlər, data analitika üzrə baş mütəxəssis Günel Şərifova isə futbol və idman idarəetməsi sahəsində çalışan mütəxəssislərin ixtisaslarının artırılması və bu sahə üzrə yerli kadrların hazırlanması məqsədilə FİF-in “Futbol idarəetməsi” təhsil proqramı barədə geniş hesabatla çıxış ediblər.
İclas Himayəçilər Şurası üzvlərinin fikirləri və təkliflərinin müzakirəsi formatında davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:214
Bu xəbər 30 İyun 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















