Icma.az
close
up
RU
Füzuli dağın ətəyində Bir rəsmin dedikləri

Füzuli dağın ətəyində Bir rəsmin dedikləri

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatimə Ağayevadır. Müsahibimizlə Xalq rəssamı Eldar Mikayılzadənin "Füzuli dağın ətəyində" əsəri haqqında danışmışıq.

Eldar Hidayət oğlu Mikayılzadə 18 yanvar 1956-cı ildə Bakının Əmircan kəndində anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin Rəngkarlıq fakültəsini, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstutunun (indiki ADMİU) Dekorativ Tətbiqi Sənət fakültəsini xalçaçılıq ixtisası üzrə başa vurub. Rəssamın sənətə yanaşması yaradıcı və təhlilyönümlüdür. Xalçaçı rəssam Azərbaycan təsviri sənətində və xalçaçılıq sahəsində öz dəsti-xətti ilə seçilir. O, əsərlərində klassik poeziyanı, milli ornamentlərdən istifadəni və fəlsəfi düşüncələri bir arada birləşdirən sənətkardır. Rəssamın üslubu milli boyaların çağdaş tərzdə ifadəsi ilə seçilir. E.Mikayılzadə həm monumental əsərlərin, həm də tematik tablo janrlı mühüm işlərin müəllifidir.

- Eldar Mikayılzadə yaradıcılığına xas hansı xüsusiyyətləri bu əsərdə görürük?

- "Füzuli dağın ətəyində" əsəri  Azərbaycan rəssamlıq və dekorativ sənətinin ən parlaq nümunələrindən biridir. Tabloda bir-birini qarşılıqlı şəkildə sintez etmiş poetik və fəlsəfi düşüncələri görmək mümkündür. Əsərin ideyası Klassik Azərbaycan poeziyasının nəhəng siması olan Məhəmməd Füzuli yaradıcılığına həsr olunub. Rəssam Eldar Mikayılzadə burada yalnız obraz yaratmaqla kifayətlənməyib, həm də yaddaşımızda xalça sənətini yaşatmaq istəyib. Rəssam Füzulinin iç dünyasını, poetikasını və yaşadığı dövrün ümumi məzmununu sanki bir araya gətirir. Eldar Mikayılzadənin digər əsərlərində - məsələn, "Qopuzun sədası", "Dədə Qorqudun sorağı ilə", "Musiqi ruhu" kimi tablolarında da musiqi, xalq yaddaşı, qocalıq və müdriklik mövzularına rast gəlinir. Lakin "Füzuli" bu motivləri bir kompozisiyada birləşdirərək, həm vizual, həm də semantik baxımdan daha dərin mənalar daşıyır. Bu tablo insan siması ilə təbiəti həmçinin fəlsəfi düşüncələri birləşdirərək onları ayrılmaz bir varlıq kimi təqdim edir. Həm də burada rəssamın ən güclü fəlsəfi-estetik yanaşması müşahidə olunur.

- Əsərin rəng həlli necədir?

- Bu işdə rəng palitrası olduqca zəngin və çoxşaxəlidir. Səmanın mavisi, qürubun narıncı və qırmızı tonları, torpağın isti rəngləri, ağacların yaşıl və çəhrayı çalarları, insan obrazlarının canlı və ifadəli rənglərlə təqdim olunması rəssamın koloristik ustalığını göstərir. Müdrik  dağın simasında təbiətin əsas tonları - torpaq və ağac rəngləri hakimdir. Saqqal və baş nahiyəsindəki ağ və gül rəngləri isə baharın, təzələnmənin və ruhani saflığın rəmzidir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Əsərin kompozisiyası mərkəzdə yerləşən nəhəng müdrik sima üzərində qurulub. Bu sima həm dağa, həm insana, həm də zamana aiddir. Çox hssəsi karotondandır, əsərin orta hissəsində isə yağlı boya ilə kətandan istifadə edilib. Həmçinin bu sima Məcnunun təbiətlə vəhdətini, insan dərdinin təbiətə hopmasını simvollaşdırır. Bu səhnə məhz Füzulinin poemasında Məcnunun tənhalaşması, insanlardan uzaqlaşması və heyvanlara, təbiətə qarışması ilə səsləşir.

Üst hissədəki qanadlı mələklər və şir motivləri Füzulinin əsərlərindəki sanki ilahi eşq anlayışını canlandırır. Həmçinin "Leyli və Məcnun" poemasında sevgi yalnız insani deyil, ilahidən gələn bir nemət kimi dəyərləndirilir. Tablonun aşağı hissəsində bir çox şair dərviş və musiqiçi təsvir olunub. Bu həm Füzulinin öz daxili aləminin, həm də "Leyli və Məcnun" hekayəsinin xalq içində yayılmasını göstərir. Əsərin kompozisiyasında sanki Səfəvi dövrü miniatürlərini xatırladan canlı geyimlər, realistik təbiət məkan perspektivliyini görmək mümkündür. Rəssam burada "Leyli və Məcnun" poemasını əsas sujet xətti kimi götürür, bununla yanaşı, şairin digər poemalarından səhnələrə də istinad edib. Həmçinin rəssam müdrik sima obrazının baş hissəsində ağac kötüyünü xatırladan və üzərində meyvələri təsvir edib. Burada hər bir meyvənin özünə xas simvolik mənası mövcuddur.

İslam və Şərq dünyasında nar birlik, çoxluq, eşq simvoludur. Qocanın başında narın olması da müdrikliyin və dolğun düşüncədə olmağına işarədir. Üzüm salxımı-Üzüm şərabla şərab isə ilahi eşqlə bağlıdır. Füzulinin "Bəngü Badə" əsərində də badə, içki motivləri öz əksini tapmaqdadır. Digər təsvir edilən meyvələr isə keçici gözəlliyin rəmzidir, sanki dünyayla ilahi həqiqət arasında keçid rolunu oynayır.

- Tablo hazırda harada saxlanılır?

- Bu iş rəssamın şəxsi qalereyasında qorunub saxlanılır. Ümumiyyətlə, Eldar Mikayılzadənin əsərlərinin bir çoxu şəxsi kolleksiyalarda, Dövlət Rəsm Qalereyasında və ya tematik sərgilərdə nümayiş etdirilir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Tablo xalqın tarixini, mənəviyyatını, müdrikliyini və təbiətlə vəhdətini əks etdirir. Burada çox dərin mənalalarla dolu fəlsəfi fikirlər və düşüncələr çatdırılır. Əsər eyni zamanda təbiətə ehtiram, musiqiyə sevgi və ruhani düşüncəyə çağırışdır.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri