Icma.az
close
up
RU
Füzuli Ələkbərovun milyonluq tender imperiyası : Bacısı oğlu bu nazirin müavinidir + Qalmaqallı keçmiş

Füzuli Ələkbərovun milyonluq tender imperiyası : Bacısı oğlu bu nazirin müavinidir + Qalmaqallı keçmiş

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

32gun.az sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” MMC və ona bağlı şirkətlərin cari il ərzində bağladığı dövlət müqavilələrini araşdırıb. Məlum olub ki, şirkətlər müxtəlif nazirliklər və dövlət qurumları ilə yüksək məbləğli müqavilələr imzalayıblar.

Araşdırmaya görə, “Improtex Motors” və “IMPROTEX TRUCKS AND BUSES” MMC-nin ümumi aldığı dövlət sifarişlərinin məbləği təxminən 8.5 milyon AZN-dən çoxdur.

Ən böyük məbləğli müqavilələrdən bəziləri:

Özüboşaldan yük avtomobillərinin satınalınması
Şirkət: IMPROTEX TRUCKS AND BUSES MMC
Müştəri: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Məbləğ: 6.952.560 AZN

“MAN TGS 33.400 6X4 BB CH” tullantı daşıyan avtomobillərin satın alınması
Şirkət: IMPROTEX TRUCKS AND BUSES MMC
Müştəri: Dövlət Radiotezliklər İdarəsi
Məbləğ: 1.083.000 AZN

Minik avtomobillərinin satınalınması
Şirkət: İmprotex Motors MMC
Müştəri: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
Məbləğ: 220.000 AZN

1 ədəd sedan tipli xidməti minik avtomobilinin satın alınması
Şirkət: İmprotex Motors MMC
Müştəri: Fövqəladə Hallar Nazirliyi
Məbləğ: 253.148 AZN

Qeyd edək ki, “IMPROTEX TRUCKS AND BUSES” MMC-nin nizamnamə kapitalı cəmi 220 manatdır. Şirkətin qanuni təmsilçisi Mühəmməd Fərid Abdullayev Azər oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir. Onun qanuni təmsilçisi olduğu “Improtex Motors” MMC də eyni ünvanda qeydiyyatdadır.

Araşdırmaya əsasən, sabiq nazirə məxsus şirkətlər dövlət büdcəsindən yüksək məbləğli sifarişlər almaqda davam edir, xüsusilə nəqliyyat vasitələrinin təmiri və satınalınması sahəsində aktiv fəaliyyət göstərirlər. 

Xüsusi qeyd: 8.5 milyon manatdan çox dəyərdə tenderlərin qalibi olmuş şirkətə Füzuli Ələkbərov rəhbərlik edir. Onun bacısı oğlu Fərid Cəfərov isə hazırda Mədəniyyət naziri Adil Kərimlinin müavinidir. Eyni zamanda, iddialara görə, Fərid Cəfərov və dayısı oğlu Vüqar Ələkbərov 2013-cü ildə baş verən İsmayıllı hadisələri zamanı həmin rayonda olub.

Əlavə məlumat üçün bildirək ki, nazir müavininin xidməti avtomobili – BMW markalı nəqliyyat vasitəsini öz dayısına məxsus “İmprotex Motors” şirkətindən aldığı iddia edilir.

Həmçinin bildirilir ki, nazir müavininin rəhbərlik etdiyi qurumun keçirdiyi tenderlərin bir qismi də dayısına məxsus şirkətlərin üzərinə ötürülüb.

Mətbuata sızan məlumatlarda vurğulanır ki, dayısının milyonlarla manatlıq dövriyyəsi və biznes imkanları hesabına nazir müavininin vəzifəyə gətirildiyi iddia olunur.

Qarşı tərəfin mövqeyi:

32gun.az olaraq Füzuli Ələkbərov, Fərid Cəfərov və əlaqədar şirkətlərin mövqeyini dərc etməyə hazırıq. Məqsədimiz balanslı və obyektiv məlumat verməkdir.

Ayaz Musaköylü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Noyabr 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri