Icma.az
close
up
RU
Füzuli: Zəfərin simvolu

Füzuli: Zəfərin simvolu

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bu il Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun doğma şəhərimiz Füzulini işğaldan azad etməsindən 5 il keçir. Füzulinin azad edilməsi xalqımızınyaddaşına qızıl hərflərlə yazılmış tarixi birqələbə, milli qürur və birliyimizin rəmzi kimiəbədi həkk olunub.

Doğma Füzulinin işğaldan azadolunmasından sonra Prezident İlham Əliyevçıxış edərək bildirmişdir: Bu gün tarixi birgündür, on yeddi oktyabr yalnız füzulililərindeyil, bütün Azərbaycan xalqının tarixindəəbədi qalacaqdır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü iltarixli “İşğaldan azad edilmiş şəhər günlərinintəsis edilməsi haqqında” imzaladığıSərəncama əsasən, 17 oktyabr Füzuli şəhərigünü kimi elan edilib. Hər il bu tarix, Azərbaycanın tarixi Zəfərinin simvolu kimiqeyd olunur, Füzulinin qəhrəmanmüdafiəçilərinin xatirəsi ehtiramla yad edilir.

1386 km² ərazisi olan Füzuli rayonu, Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələrlə əhatə olunur. Bu unikal coğrafi mövqe rayonun strateji əhəmiyyətini daha da artırır. Füzuli Qarabağın digər rayonları — Cəbrayıl, Xocavənd, eyni zamanda, Ağcabədi və Beyləqan şəhərləri ilə həmsərhəd olmaqla yanaşı Araz çayı boyunca İran İslam Respublikası ilə də sərhəddəyerləşir. Məhz bu yerləşmə xüsusiyyəti Füzulini həm iqtisadi, həm də hərbi-strateji baxımdan mühüm bölgəyə çevirib.

1827-ci ildə əsası qoyulmuş, ölkəmizin qədim və mədəni cəhətdən zəngin yaşayış məntəqələrindən biri olan Füzulidə işğaldan öncə 140 mindən çox əhali yaşayırdı. Rayon əvvəllər Qaryagin adlanırdı. 1959-cu ilin aprelində görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Qaryagin rayonunun adı Füzuli adlandırılmışdır.

Lakin bu qədim diyar 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə rayonun kəndləri, digər yaşayış məntəqələri, təhsil və mədəniyyət ocaqları, sənaye və infrastruktur obyektləri tamamilə dağıdılmış, təbiətə və maddi irsə ciddi zərər vurulmuşdur. Əhalinin böyük hissəsi doğma yurd-yuvasından didərgin düşərək ölkənin müxtəlif bölgələrinəköçkün kimi sığınmışdır.

Ermənistanın silahlı hücumu nəticəsində Füzuli rayonundan 663 nəfər şəhid olmuş, 400 nəfərədək müharibə əlili, 181 nəfər isə əsir və itkin düşmüşdür. Bütün bu itkilərə baxmayaraq, füzulililər heç vaxt doğma torpaqlarını unutmamış, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 2020-ci il Zəfər yürüşü nəticəsində doğma Füzuli 17 oktyabrda azad edilmişdir. Bu tarixi gün xalqımızın əyilməz iradəsinin və milli birliyinin təntənəsinə çevrilmişdir.

Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsinin gedişatına ciddi təsir göstərən və Azərbaycanın Zəfər yürüşünün istiqamətini müəyyən edən ən mühüm hərbi əməliyyatlardan biri olmuşdur. Şəhərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinə cəbhədə mühüm strateji üstünlüklər qazandıraraq növbəti əməliyyatların uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaratmışdır. Xüsusilə, Füzuli istiqamətində qazanılan qələbə nəticəsində Ermənistan ordusunun müdafiə xətti yarılmış, düşmən ciddi itkilərə məruz qalmış və ordumuzun irəliləməsi üçün yeni imkanlar açılmışdır.

Füzulinin azad edilməsi Qarabağın digər bölgələrinin, o cümlədən Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında həlledici rol oynamışdır. Bu döyüşlər zamanı Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan səmərəli istifadə bacarığı və yüksək döyüş ruhu bütün dünyaya nümayiş etdirilmişdir. Hərbi ekspertlərin qiymətləndirməsinə görə, Füzuli əməliyyatı Azərbaycan Ordusunun hərbi gücünün və taktiki hazırlığının yüksək səviyyədə olduğunu sübut edən ən parlaq nümunələrdən biridir.

Şəhid və qazilərimizə dövlət səviyyəsində göstərilən diqqət və ehtiram, onların qəhrəmanlığının ən yüksək dəyərlə qiymətləndirilməsinin göstəricisidir. 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə” medalı təsis edilmiş və 25.325 nəfər Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. 2022-ci il 27 sentyabr – Anım Günü münasibətilə cənab Prezident Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin əziz xatirəsinə ucaldılmış xatirə lövhəsinin açılışını etmişdir.

Füzuli, işğaldan azad edilmiş ərazilər arasında ən çox mina ilə çirklənmiş rayonlardan biridir. Ermənistanın məqsədyönlü təxribatı nəticəsində rayonda yüz mindən çox mina və partlayıcı qurğu basdırılmışdır. Bunun nəticəsində mülki əhali, dövlət əmlakı və infrastruktur obyektləri ciddi ziyan görmüşdür.Hazırda dövlət səviyyəsində mina təmizləmə, bərpa və yenidənqurma işləri geniş miqyasda həyata keçirilir.

Füzulinin işğaldan azad edilməsindənsonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rayonun bərpası və müasir inkişaf mərhələsinə qədəm qoyulub. 2020–2025-ci illər ərzində dövlət başçısının Füzuliyə çoxsaylı səfərləri bu bölgənin Qarabağın sosial-iqtisadi mərkəzlərindənbirinə çevrilməsini təmin edib.

İlk olaraq 16 noyabr 2020-ci ildə Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılmış və Zəfər yolunun təməli qoyulmuşdur. Ardınca qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun, Füzuli şəhərinin Baş planının, xəstəxana və “Ağıllı kənd” layihələrinin təməlləri atılmışdır.

2021–2023-cü illərdə Prezident İlham Əliyevin iştirakı ilə Zəfər yolunun, Füzuli-Hadrut və Füzuli-Ağdam avtomobil yollarının, Füzuli Rəqəmsal Yarımstansiyasının, Peşə Liseyinin, yaşayış komplekslərinin və məktəblərin inşasına başlanmışdır. Cəmi 8 ayda tikilən və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyəverilmişdir.

Füzuli şəhəri beynəlxalq əməkdaşlıq məkanına çevrilmişdir: Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunmuşdur. Eyni zamanda Qırğızıstan, Belarus və Türkmənistan liderləri də Füzuliyə səfər edərək şəhərin bərpa planı ilə tanış olmuşlar.

Son illərdə Füzuli-Hadrut avtomobil yolu, Köndələnçay su anbarı kompleksi, şəhərin daxili yol-küçə şəbəkəsi, su-kanalizasiya sistemi, idman və inzibati komplekslər istifadəyə verilmiş və yeni Qaraxanbəyli, Cuvarlı, Qoçəhmədli və Pirəhmədli kəndlərinin təməlləri qoyulmuşdur.

Bu çoxşaxəli fəaliyyət nəticəsində Füzuli bu gün Böyük Qayıdış proqramının aparıcı mərkəzlərindən birinə çevrilmiş, müasir və dayanıqlı şəhər kimi Azərbaycanın yenidənqurma modelini təcəssüm etdirmişdir.

Bu gün Füzuli həm Zəfərin simvolu, həm də yenidən doğulan Qarabağın dirçəliş nişanəsi kimi Azərbaycanın gələcək inkişafında mühüm yer tutur.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see664

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see330

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see300

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see290

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see279

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see253

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see235

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see231

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see229

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see225

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see191

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see176

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see167

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri