Füzuli Xocavənd yolu təmir olunur
Icma.az, Modern.az saytına istinadən bildirir.
19,2 kilometrlik Füzuli–Xocavənd avtomobil yolunda tikinti işləri davam edir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata əsasən, hazırda yolun müxtəlif hissələrində torpaq işləri, drenaj sistemlərinin qurulması və suötürücü qurğuların inşası həyata keçirilir. Layihə üzrə ümumi icra səviyyəsi 33,5 % təşkil edir.
Bildirilib ki, Füzuli və Xocavənd rayonlarını birləşdirən bu strateji yol nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesinə, təhlükəsiz yük və sərnişin daşımalarına, eləcə də Qarabağın sosial-iqtisadi və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:Füzuli Xocavənd avtomobil yolunda işlərin 34 % ə yaxını tamamlanıb
31 İyul 2026 12:27
Ağdam, Füzuli və Xocavənd rayonlarında görülən əsas infrastuktur işləri açıqlanıb
15 İyul 2025 12:30
Ağdam, Füzuli və Xocavənd üzrə Bərpa Xidmətində ciddi nöqsanlar aşkarlandı
22 Aprel 2026 15:26
Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə dağlıq ərazilərdəki yanğınlarla bağlı SON VƏZİYYƏT
25 İyul 2025 17:46
FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi davam etdirilir VİDEO
25 İyul 2025 17:37
Baxış sayı:101
Bu xəbər 31 İyul 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















