Füzulidə həyat yoldaşını iş yerində qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Füzulidə xəstəxananın həyətində həyat yoldaşı Dilbər Namazovanı qətlə yetirməkdə təqsirləndirilən Elsevər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə bəraət verilib. Elsevər Bağırov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2024-cü il noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasının rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən binasının həyətində baş verib.
İttihama görə, Elsevər Bağırov Füzuli Rayon Mərkəzi Xəstəxanasının rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən binasının həyətinə gələrək xəstəxananın Laboratoriya şöbəsində laborant işləyən keçmiş həyat yoldaşı Dilbər Namazovanın işdən çıxmasını gözləyib.
E.Bağırov keçmiş həyat yoldaşı işdən çıxan zaman ona balta ilə xəsarətlər yetirməkdə təqsirləndirilib.
Dilbər Namazova 2024-cü ilin noyabr ayının 16-da Bakıda müalicə aldığı xəstəxanada vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Avqust 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















