Balakəndə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Balakəndə bacısını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Adil Sayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Adil Sayılovun cinayəti sübuta yetirilib və o, 7 il 10 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin mart ayında Balakən rayonunda baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Adil Sayılov ailə münaqişəsi zəminində özündən 12 yaş böyük olan bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovanı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Həlimət Məmmədova xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 07 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















