Füzulidə “Üzeyirli günlər” adlı konsert və sərgi olub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Füzuli, 18 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzulidə dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, dövlət mükafatı laureatı, akademik Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilən “Üzeyirli günlər” adlı konsert və sərgi keçirilib.
Qarabağ Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə,
Füzuli rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Horadiz şəhər Muğam Mərkəzində keçirilən konsertdə şəhid ailələrinin üzvləri, rayon ictimaiyyəti və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Konsert proqramında dahi bəstəkarın əsərləri səsləndirilib, musiqili komediyalarından fraqmentlər təqdim olunub. Sonda Milli Musiqi Günü münasibətilə fərqlənən bir qrup mədəniyyət işçisi və musiqi məktəbinin şagirdi Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Sentyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















