Icma.az
close
up
RU
Füzulinin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında dönüş nöqtəsi oldu ŞƏRH

Füzulinin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında dönüş nöqtəsi oldu ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Vaxt var idi ki, xalqımız 30 ilə yaxın müddətdə şəhərlərimizin və kəndlərimizin Ermənistan tərəfindən işğalı günlərini böyük acı ilə qeyd edirdi. Artıq beş ildir ki, torpaqlarımızın işğaldan azad edilməsi günlərini qürurla qeyd edirik. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi Qarabağ probleminin həllində və ölkəmizin ərazi bütövlüyünün bərpasında dönüş nöqtəsi oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib. Deputat xatırladıb ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub: “Heç kəsə sirr deyil ki, 30 il ərzində Ermənistan silahlı qüvvələri təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin elə olmadı. Azərbaycan Ordusunun əsgər və zabitləri, igid Vətən oğulları Füzulini qısa müddətdə sahibinə qaytarmağı bacardı. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi əməliyyatla hədəfə irəlilədiyini, sözün əsl mənasında, XXI əsrin müharibəsini apardığını təsdiqləyir. Füzulinin azad olunması Azərbaycan Ordusunun, cəmiyyətimizin özünəinamını daha da artırdı. Bu hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin isterika vəziyyətinə düşməsinə səbəb oldu, işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin “yenilməzlik” mifini darmadağın etdi. Füzulinin azad edilməsi ilə həm də Azərbaycan Ordusunun Şuşaya və işğal altında olan digər torpaqlara doğru böyük zəfər yürüşünün yeni mərhələsi başlandı”.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığını yüksək qiymətləndirib: “Prezidentin sərəncamları ilə hərbçilərimiz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif ediliblər. Bundan başqa, dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan xalqının milli ruhu, birliyi və dövlətimizin güclü iqtisadi potensialı Füzulini yenidən dirçəldir, onu müasir və abad bir şəhərə çevirir: “Prezident İlham Əliyevin dəqiq planlaşdırılmış tapşırıq və göstərişləri əsasında Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış massivləri, sosial infrastruktur yaradılır, məktəblər, xəstəxanalar tikilir, yollar, sənaye parkları salınır. Ən əsası isə, uzun illər doğma torpaqlarından didərgin düşmüş füzulililərin yurd həsrətinə son qoyulur. İnsanlarımızın öz ata-baba yurdlarına qayıdışı təmin olunur. Bu proses davamlı xarakter daşıyır və əminliklə demək olar ki, yaxın illərdə Füzuli regionun ən inkişaf etmiş, ən gözəl şəhərlərindən birinə çevriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri