Füzulinin işğaldan azad edilməsi
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Füzulinin işğaldan azad edilməsi uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdışına yol açdı. Məcburi köçkün həyatı yaşamış ailələr üçün öz evlərinə dönmək böyük mənəvi əhəmiyyət daşıyır. Doğma yurdun havasını duymaq, ata-baba torpağında yaşamaq hər bir insanın təbii arzusudur. Füzulinin azadlığı bu arzunun gerçəkləşməsi üçün tarixi şərait yaratdı. Lakin qayıdış prosesi təhlükəsizliyin təmin edilməsini və yaşayış infrastrukturunun bərpasını tələb edir. Mina təhlükəsinin aradan qaldırılması bu baxımdan əsas prioritetlərdən biridir. Yeni evlərin, məktəblərin və digər sosial obyektlərin tikilməsi insanların normal həyat şəraitinə qovuşmasına kömək edir. Doğma yurda qayıdış həm də ailə və icma bağlarının yenidən möhkəmlənməsi deməkdir. Füzulidə həyatın canlanması illərlə davam edən həsrətin tədricən sona çatdığını göstərir. Bu qayıdış Azərbaycan xalqının əzminin və tarixi ədalətin bərpasının mühüm təzahürüdür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlanmışdır. Bu gün qürur hissilə deyə bilərik ki, döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaətlər və qəhrəmanlıqlar göstərmişdir. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdu. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa müraciətində çatdırıb. Cənab Prezidentin müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib.
Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Oktyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















