Icma.az
close
up
RU
Füzulinin azad edilməsi tarixi zəfərin mühüm simvollarından biridir.

Füzulinin azad edilməsi tarixi zəfərin mühüm simvollarından biridir.

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beş il əvvəl 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazanan Azərbaycan nəinki müvəqqəti işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytardı, həm də gələcəyə haqqı olduğunu sübut etdi. Bu tarixi zəfərin ən parlaq nümunələrindən biri də Füzulidir.  Ümumiyyətlə qeyd etmək lazımdır ki, qazanılan qələbə təkcə hərbi deyil, həm də mənəvi zəfər – yeni dövrün simvolu idi. Bu tarixi nailiyyət  uzun, düşünülmüş və mərhələli siyasətin nəticəsidir. Prezident İlham Əliyev ordunu tədricən gücləndirdi, iqtisadi əsaslar qurdu, diplomatiyanı inkişaf etdirdi, Azərbaycanın öz müqəddəratını müstəqil şəkildə təyin etməyə qadir olan müasir və inamlı dövlət imicini formalaşdırdı. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev   bu çətin olduğu qədər şərəfli və məsuliyyətli  vəzifəni  həyata keçirə bildi.  İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi qəhrəmanlıq və xalqımızın birliyi sayəsində 30 ilə yaxın  işğal altında olan ərazilər, o cümlədən Füzuli şəhəri düşmən tapdağından azad edildi.  

Bu gün, 17 oktyabr, Füzuli şəhərinin işğaldan azad edildiyi gündür. 1993-cü ilin siyasi və hərbi xaosu nəticəsində düşmən tapdağı altına düşən Füzuli rayonu, təkcə füsunkar təbiəti ilə deyil, qədim tariximizin, mədəniyyətimizin izi olan abidələri ilə də məşhur idi. Lakin düşmən bu gözəllikləri də viran qoydu, talan etdi. Amma 30 ilə yaxın davam edən erməni işğalı 44 günlük Vətən müharibəsi ilə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycan Ordusunun qətiyyətli iradəsi ilə qazanılan bu qələbə, Füzuli kimi strateji əhəmiyyətli torpaqları düşmən tapdağından azad etdi. Hər gününü qələbə ilə tarixə yazan, qəhrəmanlıq dastanı yaradan ordumuz, 2020-ci il oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini və nəhayət, Füzuli şəhərini azad etdi. Bu zəfər təkcə Füzulinin deyil, bütöv Azərbaycanın zəfəri oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə sağlıq versin! Onların qəhrəmanlığı bizim qəlbimizdə əbədi yaşayacaq!  

Torpaqlarımızın 20 faizinin 30 ilə yaxın davam edən işğalı, Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının 4 qətnaməsinə məhəl qoyulmaması və digər cinayətlərə görə Ermənistanı heç vaxt qınamayıblar, heç bir sanksiya tətbiq etməyiblər. Hətta Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarından xeyli uzaqda yerləşən şəhər və kəndlərimiz raket atəşlərinə tutuldu, dinc insanlar, o cümlədən qadın və uşaqlar həlak oldu, yaralandı. Ancaq yenə də dünya susdu, insan hüquq və azadlıqlarından danışan beynəlxalq təşkilatlar susdular. 17 oktyabr 2020-ci il tarixində Ermənistanın dinc sakinlərə qarşı törətdiyi amansız hücum, insanlıq adına ləkə olan bir hərbi cinayət idi. Bu hücum, Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüququ açıq şəkildə pozaraq, azərbaycanlıların iradəsini qırmaq cəhdinin sonuncu nümunəsi idi. Lakin düşmənin bu məkrli planı bir daha sübut etdi ki, Ermənistanın cinayətkar rəhbərliyi müharibə meydanında deyil, yalnız günahsız insanların qanını tökməklə  gücünü göstərir. Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qaldı. Raket zərbələri nəticəsində 26 dinc sakin həlak oldu, 175 nəfər yaralandı, evlər və mülki obyektlər dağıldı. Lakin bu itkilər xalqımızın ruhunu sarsıda bilmədi. Azərbaycan xalqı bu çətin anlarda daha da birləşdi, yüksək vətənpərvərlik, qətiyyət və mübarizə əzmi nümayiş etdirərək, ordumuza dəstəyini əsirgəmədi. Terror qurbanlarının ruhu həmişə bizim ürəklərimizdə yaşayacaq! Biz heç vaxt düşmənin hərbi cinayətlərinə cavab olaraq eyni yolla getmədik – biz müharibəni ləyaqətlə, döyüş meydanında apardıq və ədalətli qələbəmizi təmin etdik. Gəncəyə atılan hər bir raket Ermənistanın məğlubiyyətini, mənəvi iflasını simvolizə edirdi. Ermənistanın bu vəhşiliklərinə göz yuman beynəlxalq ictimaiyyət bu cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Qəddarlıq və zorakılığa səssiz qalmaq ədalətin susdurulması deməkdir. Azərbaycan öz tarixi vəzifəsini yerinə yetirdi. Dünyanın heç bir dövləti hələlik hərbi-siyasi vasitələrlə beynəlxalq hüququn təntənəli qələbəsinə nail olmaq qabiliyyəti ilə öyünə bilməz. Qələbəmizdən cəmi 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı şanlı Azərbaycan bayrağını Füzuli şəhərində dalğalandırdı. 

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olması naminə Ermənistana sülh təklif etdi. Lakin Ermənistan Azərbaycanın uzadılmış sülh əlini rədd edərək, ərazimizdə təxribat və terror aktları törətməkdə davam etdi. Buna cavab olaraq Azərbaycan lokallaşdırılmış antiterror tədbirləri həyata keçirdi və 24 saat keçməmiş erməni separatçıları təslim  oldular. Ermənistan silahlı qüvvələrinin bölmələri və qanunsuz erməni silahlı birləşmələri silahı yerə qoyub, döyüş mövqelərini tərk edərək, tamamilə tərksilah edildi. Qarabağda xunta rejimi aradan qaldırıldı, separatçıların liderləri həbs olundu. Azərbaycan bütün ərazisində öz suverenliyini tam bərpa etdi. Avqust ayında ABŞ-də Ağ evdə ölkəmizin başçısı İlham Əliyev, Ermənistanın Baş naziri və prezident Tramp tərəfindən imzalanan Bəyannamə, sentyabr ayında ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı qərarın verilməsi  bütün bunlar Azərbaycan Prezidentinin siyasi iradəsinin, qətiyyətinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini nəinki qoruyub saxladı, hətta onu danılmaz etdi. Onilliklər ərzində “dondurulmuş” hesab edilən Qarabağ məsələsi qətiyyətlə, strateji, milli iradə və beynəlxalq hüquq ruhunda həll olundu.

Bu gün Füzuli şəhəri günüdür. Bu əlamətdar günün təsis edilməsi Füzuli şəhərinin erməni işğalından azad edilməsinin tarixi ilə bağlıdır. Füzuli, digər işğal altında olan torpaqlarımız kimi, 30 il ərzində dağıdılıb, viran qoyulub. Lakin müharibədən sonra artıq qürurla deyə bilərik ki, Füzuli dirçəlir, həyat qayıdır. Bu gün Füzulidə və işğaldan azad edilən digər torpaqlarımızda geniş miqyaslı infrastruktur layihələri həyata keçirilir. Qısa müddətdə inşa edilən və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın gücünü, iqtisadi qüdrətini bir daha sübut edir. Bütün bu layihələr, bir məqsədə xidmət edir: torpaqların əzəli sahibləri geri dönür, Qarabağ və Şərqi Zəngəzur əvvəlki əzəmətini yenidən bərpa edir.

Azərbaycan Prezidenti  Cənubi Qafqazda  dünya dövlətləri tərəfindən qəbul edilən yeni siyasi və iqtisadi vəziyyət yaratdı. Onun  “sözümüz imzamız  qədər dəyərlidir” postulatı bu gün və gələcək üçün vacib amildir. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Qarabağ yenidən canlanır, ölkəmiz inkişaf edir.  Və bu yolun hər bir addımı Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinin, uzaqgörənliyinin və əzmkarlığının izlərini daşıyır.

Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri