G20 də iştirak etməyəcəyini açıqlayan dövlət və hökumət başçılarının sayı artır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Berlin, 21 noyabr, AZƏRTAC
Dünyanın bir sıra ölkələrinin liderləri noyabrın 22-23-də Cənubi Afrika Respublikasında keçiriləcək G20 Sammitində iştirak etməyəcəklərini açıqlayıblar.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ABŞ, Rusiya və Çindən sonra Argentina və Meksika prezidentləri də Sammitdə iştirakdan imtina ediblər. Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin tədbirə qatılmayacaqlarını əvvəlcədən elan ediblər. Onların yerinə nümayəndə heyətləri göndəriləcək. ABŞ isə Prezident Donald Trampın qərarı ilə toplantını tam şəkildə boykot edir və ümumiyyətlə, heç bir nümayəndə göndərmir.
Beləliklə, G20-yə daxil olan 19 dövlət və hökumət başçısından yalnız 13-ü toplantıya qatılacaq. Avropalı liderlər Sammitdə iştirak edəcəklərini açıqlayıblar. Almaniya Kansleri Fridrix Mertsin də Sammitdə iştirakı təsdiqlənib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:23
Bu xəbər 21 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















