G7 ölkələri: Rusiya atəşkəslə razılaşmasa ona qarşı yeni sanksiyalar hazırlanır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
G7 ölkələrinin (Kanada, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını Ukrayna ilə atəşkəslə razılaşmayacağı təqdirdə yeni sanksiyalarla hədələyiblər.
APA xəbər verir ki, bu barədə G7-nin XİN rəhbərlərinin görüşdən sonra dərc olunan birgə bəyanatında deyilir.
“Biz Rusiyanı bərabər şərtlərlə atəşkəslə razılaşaraq, onu tam şəkildə yerinə yetirməklə qarşılıqlı addım atmağa çağırdıq”, - bəyanatda deyilir.
XİN rəhbərləri atəşkəslə razılaşmadığı təqdirdə Rusiyaya qarşı əlavə tədbirlərin tətbiqi imkanlarını müzakirə ediblər.
Qeyd olunub ki, bura yeni sanksiyalar, neftin qiymətinə məhdudiyyətlər, həmçinin Ukraynaya əlavə dəstək və digər tədbirlər daxildir.
"Bura Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi də daxildir.", - bəyanatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 14 Mart 2025 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















