Icma.az
close
up
RU
Gec də olsa, gerçəkləri danışırıq...

Gec də olsa, gerçəkləri danışırıq...

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hacı Zeynalabdin Tağıyev bizim sevimli qəhrəmanımız, cömərd milyonçumuz. Dünyaya qürurla təqdim etdiyimiz azərbaycanlıdır.

Onun adı gələndə içində az da olsa, sayğı duymayan bir azərbaycanlı tapmaq çətindir. Bunun çox səbəbi var. Qızlar üçün açdığı məktəblər, qadınlar da pul qazana bilsin deyə açdığı sex, sponsorluq etdiyi, Turan ideologiyasına xidmət edən qəzetlər, Yaponiyada, Uzaq Şərqdə ölkəmizi tanıdacaq həmlələr və sair. Və təbii ki, bəzi şəhər əfsanələri. Bir sözlə, biz Tağıyevi sevirik.

Maraqlıdır ki, biz kimi seviriksə, Sovetlər onu sevməyib. Biz kimə qəhrəman demişiksə, Sovetlər onu etibarsızlaşdırma propoqandası aparıb. Məsələn, bu gün azərbaycanlıların nəzərində xanlar, bəylər əbləh, qadın düşkünü, gicbəsər kimi təqdim olunur. Bu düşüncənin təməlinə endiyimizdə isə səbəbin Sovetlərin dərsliklərdə, kitablarda, kinolarda beynimizə həkk etdiyi ideologiya olduğunu görürük.

Yanlış informasiyalardır və bu yanlışları düzəltmək üçün isə heç bir səy göstərmirik.

Nə isə, sözü çox uzatmayım.

Noyabrın 7-də kinoteatrlarda "Tağıyev: Neft" filminin nümayişi başladı. Film haqqında sənətşünasların yazısını axtardım, amma internetdə bir-iki informasiya xarakterli yazı xaricində bir bilgi ala bilmədim. Bu da bir yetərsizliyimizdir.

Bu cür bir film çəkilib və tənqidçilər nədənsə susur. Yanlış anlaşılmasın, bizim yazımız qətiyyən tənqidçi ədası ilə yazılmadı. Sadəcə, hər Azərbaycanlı vətəndaş kimi, Tağıyevin adı gələndə sayğı duyan bir azərbaycanlı kimi izlədiyim film haqqında təəssüratlarımı bölüşmək istəyirəm.

Öncəsində etiraf edim ki, mən filmə sadəcə, yerli kino sektorumuza dəstək məqsədi ilə getdim.

Əvvəlcədən də sıxılıb bezəcəyimi gözə aldım. Lakin elə ilk dəqiqəsindən olduqca gözəl bir film izləyəcəyimi anladım. Bu da məni hədsiz sevindirdi. Nə yalan deyim, bir zamanlar kino sənətimizlə dünyaya meydan oxuya biləcək bir vəziyyətdə ikən, bir anda gülməli, keyfiyyətsiz filmlər çəkən ölkəyə dönüşmək bizi incidirdi. Yenə də ümidimizi üzmürdük, əlbəttə.

Bəli, "Tağıyev: Neft" filmi ilə anladım ki, bizdə nə aktyorluq ölüb, nə də kino çəkmək qabiliyyəti. Sadəcə, fürsət verilmirdi. İndi deyəcəksiniz ki, "Ali və Nino" kimi film də çəkilmişdi. Orda vəziyyət başqa idi. Əvvəla, o filmin çəkiliş heyətinin böyük hissəsi əcnəbi idi. Zatən hekayəni də yetərincə aça da bilməmişdilər, tamaşaçıya ötürə də bilməmişdilər. "Tağıyev: Neft" filminin isə, həm aktyor, həm də texniki komandası tamamilə yerlidir.

Film Bakı Media Mərkəzinin istehsalıdır. Həmçinin Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi dəstək olublar.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artyomov,, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir. Aktyorları Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və sair tamamilə Azərbaycanlılardan ibarətdir.

Qeyd edim ki, tarixi film çəkmək asan iş deyil. Bunun üçün öncəliklə hadisənin aid olduğu tarixin havasını içinə çəkməli, təəssüratları tam hiss etməli və tamaşaçıya ötürməyi bacarmalıdır. Buna görə komandanı təbrik edirəm.

Gerçək mənada tarixin qoxusunu ala bildik. Geyim tərzindən tutmuş, evlərin dizaynı, şəhərin küçələrinin nimdaşlığı, buruqların quruluşu və sair. Məni bir məqam narahat etdi, o da həmin dövrün danışıq tərzinin doğru ifadə edilməməsi idi. Görünür, ya bir dilçi filoloq ilə məsləhətləşilməyib, ya da elə dilçi filoloq doğru yönləndirməyib. Ancaq, ümumən, filmin hər addımında Hacı Zeynalabdin Tağıyev haqqında gerçəklərin ortaya çıxmasına hədsiz məmnunam. Hələ universitet zamanlarında Tağıyev haqqında gəzən şəhər əfsanələrindən birində onun şans əsəri aldığı torpaqlardan birində neft çıxdığı üçün milyonçu olduğunu dinləyəndə hekayənin yetərsiz qisimləri olduğunu düşünürdüm. Neft öz-özünə torpağın üstünə çıxmazdı. Bunda Tağıyevin misilsiz bir zəhməti olmalı idi. Ancaq niyə orta məktəb dərsliklərində belə Tağıyevin müftə, havayı milyonçu olduğunu yazırdılar, bizə onu belə təqdim edirdilər, bilmirəm. Əslində bəsit bir səbəbi var: bizim öz qəhrəmanlarımızı etibarsızlaşdırmağa çalışırdılar. İkinci tərəfdən isə əzmin, çalışqanlığın dəyərini öldürmək məqsədi güdülə bilər. Bu da bir gerçəkdir ki, Tağıyevi xalqın hafizəsi yaşadıb, günümüzədək gətirib. Yoxsa Sovetlərin qara siyahısında da qalacaqdı və unudulub gedəcəkdi. Biz özümüz ilə bağlı gerçəkləri deməkdən qorxduq, qorxduqca gizlətdik, gizlətdikcə üzüldük.

Bir sözlə, gerçəkləri o qədər çox qapalı saxladıq ki, artıq ortaya tökülməli, ağ qoç-qara qoç bilinməlidir. Bu bizlər üçün olduqca vacib məqamdır. Bəlkə belə-belə rus heyranlığımız azalar, özümüz olmaqdan qürur duya bilərik.

Hacı Zeynalabdin Tağıyevin filmdə əzmkar, inadkar, tələbkar bir obrazı canlandırılır. Ətrafında onu ruhdan düşürmək, ümidini qırmaq üçün kifayət qədər insan var, lakin o, öz ürəyinin göstərişindən kənara çıxmır. Sadəcə, qazandıqlarını deyil, həm də itirdiklərini də göstərərək, heç bir uğurun insana bir anda boşuna gəlmədiyini göstərir. 5 ilə yaxın bir müddət ərzində durmadan gecə-gündüz quyu qazıb neft axtarışına çıxan Tağıyev o quyudan o nefti çıxarır. Ancaq bu yolda ailəsini itirir...

Film 4 hissəlidir. Biz hələ birinci hissəsində Tağıyevin əzmkar, inadkar, xeyirxah tərəflərini gördük. Ancaq olduqca qarışıq, yerlibazlığın, danosbazlığın, zidd ideologiyaların qanad açdığı bir dövrdə yaşamış qəhrəmanımızın sonrakı taleyində nələr olacaq, bunları bilmək, görmək üçün həddindən artıq səbrsizlənirəm.

Yüksək keyfiyyət, maraqlı kadrlar, tamaşaçını əsla yormayacaq gözəl aktyorluq qabiliyyəti, yenə tamaşaçını yormayacaq operatorluq və rejissorluq qabiliyyəti.

Filmi izləyib zövq almamaq olmaz. Filmi izləyən ən kosmopolit Azərbaycanlının belə millətinin keçmişindən təsirlənməməsi mümkün deyil. Ancaq bir məqam da var. "Tağıyev: Neft" filminin nümayiş hüququ, sadəcə, "Park Cinema"ya aiddir. Bu cür filmi şəhərin bütün kinoteatrlarında nümayiş etdirilməsi şərtdir.

Sonda onu da qeyd edim ki, Tağıyev yaxşısı ilə, pisi ilə, günahı ilə, savabı ilə bir ömür yaşayıb, ancaq onun yaşadığı ömrün bəhrəsini Azərbaycan xalqı kifayət qədər görüb. Məqamı uca olsun!

Film isə, düşünürəm, hələ birinci hissədən öz missiyasını yerinə yetirib. Xalqımız gecikmiş də olsa, öz gerçəklərindən danışa bilir artıq...

Dosent Aynur Qəzənfərqızı, folklorşünas

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri