Icma.az
close
up
RU
Zelenskidən GÖZLƏNİLMƏZ ADDIM Gec də olsa anladı ki...

Zelenskidən GÖZLƏNİLMƏZ ADDIM Gec də olsa anladı ki...

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Görünən qədərilə, ABŞ Prezidenti Trampın Zelenski barədə kəskin ifadələrinə cavab olaraq ikincinin də kəskin mövqe sərgiləməsi cəmi bir neçə gün çəkdi. Belə ki, Ukrayna Prezidenti ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşdə ABŞ Prezidentilə faydalı razılaşmaya hazır olduğunu bəyan edib.
“Mən ABŞ-a Ukraynaya göstərilən bütün yardımlara və ikitərəfli dəstəyə görə minnətdaram. Amerika gücünün hiss olunması bizim üçün və bütün azad dünya üçün vacibdir. Döyüş meydanındakı vəziyyəti və əsirlərimizi necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik”, deyə Zelenski vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Zelenskiyə qarşı çevriliş HAZIRLANIR?


Zelenski bildirib ki, Ukrayna bu müharibənin ilk saniyəsindən sülhə can atır və bu sülh etibarlı və uzunmüddətli olmalıdır:
“Ukrayna investisiya və təhlükəsizliklə bağlı ABŞ Prezidenti ilə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 24/7 işləməyə hazırdır. Uğur birləşdirir. Dünyada hər kəsin ABŞ-la münasibətlərdə uğura ehtiyacı var”, - deyə Zelenski vurğulayıb.
Zelenski Trampla münasibətləri yumşaldır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Ukrayna Prezidenti Tramp adminstrasiyasının Kiyevə münasibətdə kəskin mövqe tutacacağının fərqindədir:
“Trampın Zelenskini diktator adlandırması, Ukraynadakı hakimiyyətin siyasi legitimliyinə şübhə ilə baxması vəziyyətin ciddiliyindən xəbər verir. Tramp hələ prezident seçkisindən əvvəlki dövrdə qeyd etmişdi ki, hakimiyyətə gələcəyi halda Amerika vergi ödəyicilərinin pullarının Ukraynaya göndərilməsinin əleyhinə gedəcək. Proses onu göstərir ki, ABŞ adminstrasiyasının hazırda Ukrayna ilə bağlı ciddi hədəf və planları yoxdur. Vaşinqton artıq Kiyevə yardım ayırmaq istəmir”.
Ekspertə görə, Trampın Zelenskinin reytinqinin 4 faiz olması, İlon Maskın Prezident seçkilərinin keçirilməsi labüdlüyü ilə bağlı açıqlamalar həm də ona xidmət edir ki, Ukraynadan sərt fikirlər səslənsin:
“Belədə Ağ Ev adminstrasiyası Ukraynanı bundan sonra maliyyələşdirməmək üçün yeni bir bəhanə əldə etməyə çalışır. Görünür, Zelenski də gec də olsa fərqindədir ki, Tramp ziddiyyətlərin dərinləşməsində maraqlıdır. Bu baxımdan da Zelenski Amerika ilə bağlı ritorikasında yumşaq nitq söyləmək məcburiyyətindədir. Çünki başa düşür ki, ABŞ əleyhinə hər bir sərt ritorika Ukraynaya yardımların sona çatmasına səbəb ola bilər”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Fevral 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri