Gecə gələn zəngin arxasındakı TƏHLÜKƏ Çoxları bilmir…
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səhər tezdən və ya gecə saatlarında telefona gələn gözlənilməz zəng səs-küyü insanda dərhal təhlükə hissi yarada bilər. Bu zaman simpatik sinir sistemi işə düşür, ürək döyüntüsü artır, beyin və bədən gərginləşir. Xüsusilə vaxtsız gələn zənglər insan psixologiyasına ciddi təzyiq göstərir.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib. Onun sözlərinə görə, günün müəyyən saatlarında gələn mesajlarla zənglərin təsiri fərqlidir:
“Mesaj gəldikdə insan onu oxuyur, düşünür, özünə rahat olan vaxtda və diqqətlə cavab verir. Lakin zəng dərhal reaksiya tələb edir. Daim əlçatan olmaq və hər zəngə anında cavab vermək məcburiyyəti insanda emosional yorğunluq yaradır. Məhz bu səbəbdən son zamanlar insanların səsli ünsiyyətdən qaçması halı daha çox müşahidə olunur. Mesajlaşma isə insana prosesə nəzarət etmək hissi verir; instant cavab vermədikdə diqqətini tam toplayaraq fikrini daha aydın çatdıracağını düşünür. İnsanın mesaj və ya zəng gələrkən müəyyən gözləntiləri olur. Marağında olan tərəflərə dərhal reaksiya verdiyi halda, digər zənglər onun gözlənti ritmini aşağı salır. Əsas psixoloji məqamlardan biri odur ki, insan telefondan deyil, telefonun gətirə biləcəyi xəbərlərdən təşvişə düşür”. Məişət texnikası
Ekspert qeyd edib ki, rəqəmsal asılılıq, telefon və sosial şəbəkələr insanlarda ünsiyyət illüziyası yaradır:
“İnsanlar virtual aləmdə sıx əlaqədə olduqları şəxslərlə illərlə danışdıqlarını, hətta dərin dostluq qurduqlarını zənn edirlər. Yalnız üz-üzə gəldikdə bu münasibətin real mənzərəsi ortaya çıxır. Müasir dövrün tələblərinə uyğun olaraq yaşanan bu durumların hamısını psixoloji gərginlik kimi qiymətləndirmək olmaz, çünki bu, artıq dövrün bir reallığıdır. Digər tərəfdən, insanların canlı ünsiyyətdən qaçmasının əsas səbəblərindən biri sosial narahatlıqdır. İnsanlar başqalarının onları necə qiymətləndirəcəyindən, səhv danışacaqlarından və ya rədd ediləcəklərindən qorxurlar. "Çox danışsam, qarşı tərəf qıcıqlanar" düşüncəsi ilə canlı və ya telefonla ünsiyyətdən kənar durmağa, yalnız qısa mesajla kifayətlənməyə üstünlük verirlər.
Xüsusilə gənclərin zəngdən və üz-üzə görüşməkdən qaçaraq mesajlaşmaya üstünlük verməsinin arxasında intimlikdən, yəni mənəvi yakınlıqdan qorxmaq dayanır. Bəzi insanlar qarşı tərəfin onları həqiqətən tanımasını istəmirlər. Anlıq bir yakınlıqdan sonra "bizdə alınmadı" düşüncəsi ilə ayrılmağı seçirlər”.
“Yekun olaraq, bütün bu amillər toplanaraq insanda psixoloji yorğunluq, stres və depressiv əhval-ruhiyyə yaradır. İnsanlar gündəlik problemlərlə mübarizə aparmaqda çətinlik çəkdikləri üçün bu yorğunluğu yaşamamaq adına canlı ünsiyyətdən və zənglərdən uzaqlaşmağa çalışırlar”.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 09 Noyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















