Gecə gündüz qorxu içində yaşayırlar Bu dəfə heyvanları hədəf aldılar
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qərbi Şəriədə fələstinlilərə məxsus heyvanlara əl qoyulub. Hadisə zamanı evlərə, avtomobillərə və digər əmlaka da ziyan vurulduğu bildirilir.
“Yeni Sabah” xəbər verir ki, işğal altındakı Qərbi Şəriənin Ramallah şəhəri yaxınlığındakı Silvad qəsəbəsinə İsrail hərbçilərinin müşayiəti ilə israillilər basqın edib. Məlumata görə, basqın zamanı 3 fələstinliyə məxsus onlarla heyvan aparılıb. Basqında iştirak edən şəxslərin qəsəbədəki bəzi evlərə, avtomobillərə və digər əmlaka ziyan vurduğu bildirilib.
Fələstinli yerli mənbələr hadisə zamanı ərazidə çox sayda İsrail hərbçisinin olduğunu açıqlayıb. İsrail ordusunun da basqınla eyni vaxtda Silvadda hərbi fəaliyyətini davam etdirdiyi qeyd olunub. pizza hut
İsrail hərbçilərinin Silvadın mərkəzində, eləcə də Ramallahın şərqində yerləşən Deyr Cərir kəndinin girişində nəzarət məntəqələri qurduğu bildirilib. Bu məntəqələr səbəbindən bölgə sakinlərinin hərəkət imkanlarının məhdudlaşdırıldığı qeyd olunub. İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına hücumlara başlamasından sonra Qərbi Şəriə və Şərqi Qüdsdə fələstinlilərə qarşı İsrail hərbçiləri və israillilər tərəfindən həyata keçirilən hücumların artdığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Sentyabr 2026 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















