Gecə içilən qəhvə düşünülməmiş qərarların sayını artıra bilər
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alimlər müəyyən ediblər ki, gecə saatlarında qəhvə içmək impulsiv davranışların artmasına və riskli qərarlar vermə ehtimalının yüksəlməsinə səbəb ola bilər.
ABŞ-nin Texas Universitetində aparılan yeni araşdırmaya əsasən, gecə oyaq qalmaq üçün qəhvə qəbul etmək gözlənilməz təsirlər yarada bilər. Tədqiqat müəllifləri bildirirlər ki, qəhvə dünyada ən çox istifadə olunan psixoaktiv maddələrdən biridir və onun davranışa təsirinin günün vaxtından asılı olaraq dəyişə biləcəyini araşdırıblar.
Araşdırma meyvə milçəkləri üzərində aparılıb. Təcrübə zamanı onlara müxtəlif dozalarda və fərqli vaxtlarda kofein verilib. Nəticələr göstərib ki, gündüz kofein qəbul edən milçəklərin davranışında ciddi dəyişiklik qeydə alınmayıb. Ancaq gecə kofein qəbul edənlər daha ehtiyatsız və impulsiv davranışlar nümayiş etdiriblər.
Tədqiqatçılar həmçinin qadınlar və kişilərin kofeinə eyni səviyyədə reaksiya vermədiyini bildiriblər. Onların fikrincə, qadınların gün ərzində qəbul etdiyi kofein miqdarı kişilərlə müqayisədə daha az olmalıdır.
Alimlər vurğulayırlar ki, bu nəticələr heyvan modeli üzərində aparılan araşdırmaya əsaslanır və onların insanlar üçün də eyni dərəcədə keçərli olub-olmadığını müəyyənləşdirmək məqsədilə əlavə tədqiqatlara ehtiyac var.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ən çox qəhvə içilən ölkələr
01 Oktyabr 2026 03:04
Kardioloqdan xəbərdarlıq: Axşam içilən içki təzyiqi artıra bilər
17 Avqust 2026 16:15
Bu saatlarda içilən qəhvə daha FAYDALIDIR
10 Yanvar 2025 14:22
Gecə qəhvə içməyin təsiri
01 Avqust 2026 17:15
Gecə işığı ürək xəstəliyi riskini artıra bilər
29 Oktyabr 2025 10:18
Baxış sayı:91
Bu xəbər 01 Avqust 2026 18:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları