Icma.az
close
up
RU
Gecə öskürəyi və xırıltı? Bu, astmanın ilk əlamətləri ola bilər

Gecə öskürəyi və xırıltı? Bu, astmanın ilk əlamətləri ola bilər

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Uşaqlarda təkrarlanan öskürək, xırıltılı nəfəsalma və nəfəsdarlığı kimi simptomlarla özünü göstərən astma, tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir.


Pravda.az bildirir ki, bu vəziyyət hava yollarının müxtəlif amillərə qarşı həssaslaşması nəticəsində ortaya çıxır və düzgün müdaxilə edilməzsə, uşağın sağlamlığına ciddi təsir göstərə bilər.


Astma simptomlarını necə anlamaq olar?


Uşaqlarda astmanın əsas əlamətləri gecə və ya aktiv hərəkət zamanı artan öskürək, nəfəsalma zamanı fitvari səslər (xırıltı), döş qəfəsində sıxılma hissi və tez-tez nəfəs darlığıdır. Bu simptomlar xüsusilə virus infeksiyaları, soyuq hava, fiziki aktivlik və allergenlərə məruz qaldıqda güclənə bilər.


Astmanın diaqnozu necə qoyulur?


Astmanın diaqnozu həkim tərəfindən klinik əlamətlər və tibbi müayinə əsasında qoyulur. Kiçik yaşlı uşaqlarda simptomlar həkimə gedilənə qədər keçə bildiyindən, valideynin verdiyi ətraflı məlumat xüsusi əhəmiyyət daşıyır. 6 yaşdan yuxarı uşaqlarda tətbiq olunan spirometr - yəni tənəffüs funksiyası analizi ilənağciyərlərin fəaliyyətinə dair məlumat almaq mümkündür.


Astmaya hansı faktorlar səbəb ola bilər?


Uşaqlarda astma üçün risk faktorları arasında ailədə astma və allergiyalı birinin olması, erkən yaşda allergik eqzema (atopik dermatit), doğuş çəkisinin az olması və siqaret tüstüsünə məruz qalma kimi amillər göstərilir. Eyni zamanda virus infeksiyaları, soyuq hava, toz, heyvan tükü də astma yarada bilər.


Nə zaman həkimə müraciət olunmalıdır?


Uşağınızda davamlı və ya gecə artan öskürək, nəfəsalma çətinliyi, oyun oynamaqdan imtina və ya tez yorulma halları müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir. Əgər uşaq nəfəs alarkən qarnını içəri çəkirsə, danışarkən tez-tez dayanırsa və ya dodaqlarında göyərmə müşahidə olunursa, bu təcili tibbi müdaxilə tələb edən vəziyyətdir.


Astmanın fəsadları nələr ola bilər?


Müalicə olunmayan və ya nəzarətsiz astma məktəb davamiyyətinin pozulması, yuxu problemləri, fiziki fəaliyyətin məhdudlaşması və uzunmüddətli ağciyər funksiyalarında azalmaya səbəb ola bilər.


Astma necə müalicə olunur?


Astmanın tam müalicəsi mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və artmasının qarşısını almaq mümkündür. Müalicədə bronx genişləndirici dərmanlar və iltihab əleyhinə spreylər istifadə olunur. Uşağın mütəmadi həkim nəzarətində olması, dərmanların düzgün istifadəsi mühüm rol oynayır.
Əminə Bayramova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri