Icma.az
close
up
RU
Gecə yarı arvadına şillə vurmaq 1000 manata başa gəldi

Gecə yarı arvadına şillə vurmaq 1000 manata başa gəldi

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakının Nərimanov rayonunda 1992-ci il təvəllüdlü Əhəd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İlhaməyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 5-də baş verib. Füzuli rayon sakini Əhəd həmin gün, gecə saat 02:00-da yaşadıqları evin yataq otağında olarkən arvadı İlhamə ilə mübahisə edib. Bu zaman sifətinin sol tərəfindən üç dəfə şillə vurub, ona xəsarətlər yetirib. 
Əhədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əhəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, İlhamə ilə 2013-cü ildə rəsmi ailə qurub, bu evlilikdən 2 qız övladları dünyaya gəlib: “Hər bir ailədə olduğu kimi bizim də ailəmizdə söz-söhbətlər olub. Lakin son zamanlar aramızda tez-tez mübahisə və münaqişələrimiz yaranıb. Bunun əsas səbəbi İlhamə mənə hörmət göstərməməsi, mənimlə kobud rəftar etməsi olub”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 5-də, gecə saat 02:00-da yaşadıqları evin qonaq otağında yemək yediyi zaman İlhaməyə sual versə də, o, onunla soyuq danışaraq suallarına cavab verməyib:
“İlhamədən mənə  niyə cavab verməməsini soruşdum. O, isə masadan qalxaraq cavab vermədən yataq otağına getdi. Mən də onun arxasınca yataq otağına yollandım. İrada olarkən İlhamədən nə üçün belə soyuq münasibət göstərməsini soruşdum. Bu zaman mənimlə uca səslə danışaraq mübahisə etməyə başladı. Mən İlhaməyə asta səslə danışmalı olduğunu və mənə hörmət etməli olduğunu izah etsəm də, kobud cavablar verməyə davam etdi. İlhamənin bu hərəkətlərindən sonra əsəblərimi cilovlaya bilmədim, 3 dəfə sifətinin sol tərəfinə şillə zərbəsi endirdim. Daha sonra yenə də sözlü mübahisə etsək də, mən yatdım. Səhər İlhamənin məndən polisə şikayət etməsini bildim. Daha sonra 17-ci polis şöbəsinə dəvət edildim”.
Zərərçəkmiş İlhamə isə ifadəsində ərindən fərqli danışıb, ərinin ona hörmət qoymadığını deyib: “Hər bir ailədə olduğu kimi ailəmizdə söz söhbətlərimiz olub. Lakin son zamanlar aralarında tez-tez mübahisə və münaqişələr etmişik. Bunun əsas səbəbkarı isə Əhədin mənimlə kobud rəftarı və mənə xəyanət etməsi ilə bağlı olub. Hadisə vaxtı, gecə saat 02:00-da yaşadığımız evin qonaq otağında yemək yediyimiz zaman Əhəd mənə yersiz suallar verməyə və sözlər deməyə başladı. Əhədin bu yersiz sual və sözlərinə əhəmiyyət vermədim. O, daha da qəzəblənməyə başladı. Əhədin qəzəbləndiyini gördüyüm üçün masadan duraraq yataq otağına getdim. O, da arxamca yataq otağına gəldi və yataq otağında sözlə mübahisə edən zaman gözləmədiyim anda 3 dəfə sifətimin sol tərəfinə şillə vurdu”. 
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Əhəd 1000 manat miqdarında cərimə edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri