Icma.az
close
up
RU
Gedən bizlər yox, o bayrağa layiq olmayanlar olacaq

Gedən bizlər yox, o bayrağa layiq olmayanlar olacaq

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Millimizin azarkeş qrupu “Göyqurdlar” bəyanat yayıb.

"Football-plus.az" xəbər verir ki, fanatlar yığmanın uğursuz nəticələrinə narazılığını bildirib və bir sıra tələblər irəli sürüb:

“Əziz Azərbaycan azarkeşləri, millimizin son rəsmi oyunlardakı qələbəsindən artıq 1 il ötüb (16 noyabr, 2023-cü il: Azərbaycan 3:0 İsveç). İki gün əvvəl İsveçə qarşı əldə olunan 0:6-lıq rüsvayedici məğlubiyyət sonrası vacib qərarlar almağa məcbur olduq. 0:6-lıq oyuna baxdıqdan sonra oyunçuların meydançada döyüşmədiyini gördük. Bu da o deməkdi ki, onlar artıq arxayanlaşıblar və meydançada tam potensiallarını ortaya qoymurlar. Bu arxayınlıq hər kəsin özünə gəlməsi üçün müəyyən tədbirlərin görülməsini labüd qılır. Yaxşı və pis gündə də daim dəstək olmağımıza rəğmən milli futbolçularımız ve AFFA bəzən etiraz və tələblərimizi qulaq ardına vurdular. Milli komandanın illərdi boş qalan tribunaları yalnız onların işinə yaradı. Heç bir etiraz və təzyiqə məruz qalmadan istədiklərini edib at oynatdılar. Hamısı matç sonrası duşlarını qəbul edərək evlərinə rahat şəkildə getdilər və qeyri-peşəkar komandalara qarşı qazanılmalı olan qələbələr sonrası belə dolğun mükafatlarını aldılar. Ancaq artıq buradayıq, 11-ci sektordakı yerimizi tərk etməyəcəyik. Gedən bizlər yox, o bayrağa layiq olmayanlar olacaq. Siz qələbələri sıralayana kimi heç kimə rahat yoxdu. Qəzəbimizi də, sevincimizi də sizinlə bölüşəcəyik. Hər məğlubiyyət sonrası meydançadan qaçıb getmək yoxdu, hər kəs ölkənin adını rəzil duruma düşürdüyü hər əmələ görə hesabat verməlidir. Biz bu bayrağı sevirik və bayrağımız eşqinə daim öz tribunamızda olacağıq. Yaxşı gündə də, pis gündə də!
Tələblər:
•⁠ ⁠Dövlət himninin bütün futbolçular tərəfindən ürəkdən oxunması
•⁠ ⁠Milli komandada qələbə mükafatının UEFA Millətlər Liqasında “D” liqasının (və ya rəqibin) səviyyəsinə uyğun azaldılması
•⁠ ⁠Uyğunsuz(Bacarıqsız) milliləşdirilmiş futbolçuların mərhələləli şəkildə göndərilməsi
•⁠ ⁠Ürəyində bayraq və vətən sevgisi olmayan futbolçuların qonorar qarşılığında milli komandaya çağrılmaması. Həmin futbolçulardan nə nəticə tələb etmək, nə də onları oyuna görə qınamaq mümkündü.
•⁠ ⁠Hər məğlubiyyət sonrası meydançanı belə də olmalı imiş kimi tərk etmək adətinə son qoyulmalı, hər kəs oynadığı formanın və millinin haqqını dərk etməlidir. Uğurlu nəticələrə görə mükafat verildiyi kimi, uğursuz nəticəyə görə də oyunçular və məsul şəxslər hesabat verməlidirlər.
İdarə heyəti”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri