Icma.az
close
up
RU
Gediş haqqı 60 qəpik oldu, vətəndaşlar hələ də narazıdır: “Qiymət artır, keyfiyyət dəyişmir” SORĞU

Gediş haqqı 60 qəpik oldu, vətəndaşlar hələ də narazıdır: “Qiymət artır, keyfiyyət dəyişmir” SORĞU

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Oktyabrın 1-dən etibarən Bakıda bəzi avtobuslarda və metroda gediş haqqı 20 faiz artırılaraq 60 qəpik olub. Artıq 3 gündür insanlar 60 (bəzi avtobuslarda isə 65, 70, 80, 90) qəpik ödəyərək gedib-gəlirlər.

Bəs qiymət artır, amma keyfiyyət necədir?

Redaktor.az olaraq ictimai nəqliyyatın qiymət artımı ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrəndik.

Orta yaşlı xanım sualmıza cavab olaraq bildirdi ki, pul artır, keyfiyyət isə dəyişmir: "Yenə eyni sıxlıq, eyni problemlər qalır”.

Şəhər sakini Rasim bəyin sözlərinə görə, ildə bir neçə dəfə 10 qəpik-10 qəpik artırırlar, amma hələ də basabasdır: "Avtobusları dəqiqələrlə gözləyirik. Heç olmasa intervalı azaltsınlar ki, camaat rahat gedib-gələ bilsin”.

"Bu tıxacların üzündən 6-dan işdən çıxıb 9-da evə çatırıq. Tıxacları düzəltmək əvəzinə gediş haqlarını artırırlar, vallah biabırçılıqdır”, - deyə Səlimə xanım fikirlərini bildirdi.

Vətəndaşlardan biri vurğuladı ki, qazanclarının yarısı yolpuluna gedir: “Evimizdən hər gün 3 nəfər işə gedir, 2 uşaq məktəbə gedir. Uşaqlar 1 avtobus, böyüklər isə 2-3 avtobus və metro dəyişirik. Qazandığımızı yollara veririk, onda biz nə yeyək, nə içək?”

Bakı Dövlət Universitetinin tələbəsi Əli isə "heç olmaya belə qiymət artımlarında ən azından tələbələri nəzərə alsınlar" deyə narazılığını bildirdi.

Səbuhi adlı paytaxt sakini də avtobusların gec-gec gəlməsindən gileyləndi: "Hər dəfə gediş haqqını qaldıranda yalandan deyirlər ki, keyfiyyət artacaq, xətdə avtobusların sayı artırılacaq. 205 saylı avtobusu səhərlər dayanacaqda bəzən 30-40 dəqiqə gözləyirik. Elə vaxt olur ki, sıxlıqdan avtobusa minmək olmur. Camaat işə, dərsə gecikir. Qiymət artırırlarsa, heç olmasa avtobus sayını çoxaltsınlar, intervalı azaltsınlar".

Göründüyü kimi, vətəndaşlar gediş haqqının artmasına narazıdır və əsas tələbləri keyfiyyətin yaxşılaşdırılması, avtobus və metro intervalının qısaldılmasıdır.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri