Icma.az
close
up
RU
Gediş haqqını bank kartları ilə ödəyə biləcəyik?

Gediş haqqını bank kartları ilə ödəyə biləcəyik?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda ictimai nəqliyyatda onlayn ödənişlərlə bağlı çətinliklər sərnişinlərin narazılığına səbəb olub. Sərnişinlər bildirirlər ki, təmassız ödənişi dəstəkləyən NFC kartlardan istifadə imkanı yaradılmalıdır. Onların sözlərinə görə, bu sistem tətbiq olunsa, kartla ödəniş zamanı yaranan texniki problemlər azalacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı açıqlama verib. Qurumdan bildirilib ki, nağdsız ödəniş sisteminin genişləndirilməsi üçün işlər davam etdirilir. Paytaxtda sərnişindaşıma subyektlərində yeni ödəniş sisteminə keçid sürətləndirilir.

Qeyri-rəsmi məlumata görə, yaxın zamanda bu problemlərin həlli istiqamətində yeniliklər gözlənilir. Nağdsız ödənişlərin daha stabil və rahat işləməsi üçün texniki işlər aparılır. 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında qeyd edib ki, ödəniş sistemlərinin çeşidli olması yaxşı haldır: “Burada nə qədər çox çeşidimiz olarsa, o qədər minimum riskimiz olar. Bizdə hazırda Bakıkart və QR ödənişlərdir. Dünyanın fərqli ölkələrində NFC, üz tanıma kimi ödənişlər tətbiq olunur. Yəni burada bir yox bir neçə üsul tətbiq olunmalıdır. İndi zaman-zaman müzakirə olunan NFC-nin də üstünlükləri var. Bank kartları ilə təmassız ödənişlər tutulub. Bu da indiki vəziyyətdə hansısa hadisə olduqda ciddi alternativ formalaşdıracaq”.

Nəqliyyat ekperti Elməddin Muradlı isə deyir ki, NFC texnologiyaların tətbiqindən sonra sərnişin daşınmasında hər şeyin ideal olacağını deyə bilmərik: "Bu sadəcə ödəniş mexanizmidir. Metronun problemi bununla bitmir. Metronun qatarlarının sayı, interval və sıxlıq məsələsi insanları daha çox narahat edir. Bu problemlər həll olunandan sonra digər problemlərin həlli daha asandır".

O qeyd edib ki, texnologiyada problem qaçılmazdır, istənilən yenilik özü ilə müəyyən problemlər də gətirir:

“Bakıkart sisteminin özünə baxaq, nə qədər problem yaradıb?! Belə şeyləri əvvəlcədən proqnozlaşdırmaq çətin olur. Problemlərin olmasını istəmərik, amma texnologiyada belə hallar olur. Elə də ola bilər ki, heç bir problem olmasın. Bizim əsas problemimiz odur ki, bütün işləri xarici şirkətlər həyata keçirir. Bu boyda ödəniş sistemi qururuq amma Türkiyənin hansısa şirkəti qurur. Bakıkartın bu problemlə üzləşməsinin səbəbi də bu idi. Türkiyədə şirkət rəhbəri ilə şəriki arasında yaranan qalmaqal burada problemə səbəb oldu. Biz milyonların dövr etdiyi bir sistemi niyə bir yerdə cəmləşdiririk? Zəmanət yoxdur, qəflətən sıradan çıxır, insanlar problemlə üzləşir. Neçə gündür daşıyıcı şirkətlər deyir Bakıkart sistemdən çox pul çıxıb. Sistem işləmədiyi üçün təxmini pul çıxılıb. Daşıyıcı deyir Bakıkartın mənə borcu var, Bakıkart deyir daşıyıcının mənə borcu var. Hazırda daşıyıcılarla Bakıkart arasında mübahisə yaranıb”.

Ekspert bildirib ki, gələcəkdə bu cür sistemlər Azərbaycanın mütəxəssisləri tərəfindən qurulsa daha yaxşı olar:

“Bu məsələ elə tənzimlənməlidir ki, sistem Azərbaycanın öz əlində olsun. Eyni zamanda ictimai nəqliyyatın ödəniş sistemlərində də tənzimləmələr olmalıdır. Adam var avtobusla 10 kilometr yol gedir, o da eyni ödənişi verir, adam da var 2 dayanacaq gedir, o da eyni ödənişi edir. Gələcəkdə eyni zamanda əhalinin müxtəlif təbəqələri üçün güzəştlər nəzərdə tutulur. Bu məsələlər elə qaydada tənzimlənməlidir ki, dövlət ayın sonunda daşıyıcıya nə qədər ödəniş edəcəyini bilsin. Azərbaycanda bu işi bilənlər var, amma nədənsə xaricə qaçırıq. Məqsədin nə olduğun bilmirəm, amma bilirəm ki, o işi ölkəmizdə görə biləcək mütəxəsisslər var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri