Icma.az
close
up
RU
Zəfərə aparan yol

Zəfərə aparan yol

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Tariximizin ən möhtəşəm hadisələrindən biri olan Qarabağ Zəfərinin 5-ci ildönümü tamam olur. Beş il əvvəl Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın bir yumruq kimi birləşməsi uzun illər erməni işğalı altında qalmış torpaqlarımızın azad olunmasına gətirdi. Suverenliyimiz bütün ərazilərimizdə bərpa olundu. Biz bu Zəfəri 44 günlük savaşda əldə etdik, lakin Zəfərə gedən yol kifayət qədər uzun oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı

Bəxtiyar Paşayevin və bu fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini

Məhəmməd Məhərrəmovun “Zəfərə aparan yol” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Dünyada ağalıq iddiasından əl çəkmək istəməyən qüvvələr tərəfindən qızışdırılan mənfur qonşularımızın nankorcasına torpaqlarımıza göz dikməsi, həmin güclərin hərtərəfli dəstəyi ilə təzəcə müstəqillik qazanmış Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal etməsi ilə nəticələnmişdi. Dünyanın amansız siyasətini anlamayanlar tərəfindən romantik xəyallarla ölkədə hakimiyyət davasının aparılması çox ağır siyasi şərait yaratmışdı - ölkəmiz parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir zamanda Azərbaycan xalqının təkidli çağırışlarına cavab olaraq Ulu Öndər Heydər Əliyev ölkəni bu ağır vəziyyətdən çıxarmaq missiyasını öz üzərinə götürdü. Bu gün 5 illiyini qeyd etdiyimiz böyük Zəfərə doğru yol başladı. Bu yolu getmək asan olmadı, qarşımıza çox maneələr qoyuldu. Bu Zəfərə çatmaq üçün nəhəng işlər görüldü.

Birincisi, yüksək döyüş hazırlığına və döyüş qabiliyyətinə malik, hər hansı bir siyasi təsirdən uzaq olan peşəkar nizami ordu yaradıldı;

İkincisi, dünyada baş verən hər cür iqtisadi təlatümlərə davamlı, istənilən böhran vəziyyətində ölkənin bütün ehtiyaclarını tam təmin edə bilən iqtisadiyyat formalaşdırıldı;

Üçüncüsü, Azərbaycanın beynəlxalq imicinin artırılması üçün düşünülmüş, ardıcıl və məqsədyönlü xarici siyasət aparıldı. Azərbaycanın süni yaradılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqsızlığa məruz qalan tərəf olması, Ermənistanın işğalçı olması dünya dövlətlərinin diqqətinə çatdırıldı və haqlı mövqeyimiz bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edildi. Bu iş asan olmadı, çünki uzun illər boyu ermənilər və onların havadarları tərəfindən aparılan informasiya təbliğatı insanlarda ermənilərin təcavüzə, haqsızlığa məruz qalması kimi təsəvvürlər formalaşdırmışdı. Məhz əsası Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu xarici siyasət nəticəsində bu tilsim qırıldı – artıq dünyada əksəriyyət ermənilərin danışdıqlarının onların xəstə təxəyyülünün məhsulu olduğunu qəbul etməyə, erməni yalanlarına inanmamağa başladı;

Dördüncüsü, yenə də əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası ətrafında ölkədə və xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyi yaradıldı. Bəlkə də tariximiz bütün soydaşlarımızın bir yumruq kimi belə birliyini görməmişdi. Dünyanın hər yerində bütün azərbaycanlıların ürəyi vətənimizlə döyünür, hər gün insanlar Prezident İlham Əliyevin verəcəyi müjdəli xəbərləri səbirsizliklə gözləyirdi.

Əlbəttə, yuxarıda sadalananlara əlavə olaraq Zəfərə gedən yolda ölkədaxili siyasi sabitliyin yaradılmasını, ictimai və dövlət təhlükəsizliyini ən yüksək səviyyədə təmin olunmasını, bütün dövlət institutlarının bir amal uğrunda çalışmasını da qeyd etməliyik. Daxili siyasi sabitliyi olmayan ölkələrin böyük məqsədlərə çatması mümkün deyil. Bütün bu işlərin başında əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə onun siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev durdu. Belə böyük, möhtəşəm Zəfər ancaq ağıllı və müdrik siyasətçinin, sərkərdənin rəhbərliyi altında qazanıla bilərdi ki, bu da baş verdi.

Beşinci ildönümünü qeyd etdiyimiz bu böyük Zəfər öz tarixi əhəmiyyətinə görə bütün türk tarixində xüsusi yer tutur. Bu, təkcə bizim torpaqlarımızın azad edilməsi ilə məhdudlanmır. Bu Zəfərin mənəvi, maddi-iqtisadi, mədəni, siyasi əhəmiyyətlərini saymaqla bitməz. Zəfərimizin mənəvi əhəmiyyəti ən başlıca olaraq ondadır ki, artıq biz bir azərbaycanlı kimi dünyanın hər bir yerində başımızı dik tutaraq gəzə bilirik. Otuz il çiynimizdə daşıdığımız ağır yük - namus ləkəsi üstümüzdən qaldırılıb. Həsrətini çəkdiyimiz müqəddəs torpaqlarımız əsirlikdən azad olunub.

Eyni zamanda, bu Zəfər, istər ölkə daxilində, istər xaricdə yaşayan hər bir azərbaycanlıda Qələbəyə layiq olmaq istəyi, məsuliyyəti yaratdı. Zəfərə layiq olma məsuliyyəti – bu çox böyük mənəvi hissdir. Artıq hər kəs “mən nə edə bilərəm, hansı töhfəni verə bilərəm” deyə özünə sual verir, daha çox məsuliyyətli olmağa çalışır, hər kəs özünü böyük Zəfərimiz, şəhidlərimiz qarşısında borclu hesab edir, məsuliyyətli hesab edir. Təbii ki, hər kəs öz öhdəliklərinə məsuliyyətlə yanaşsa, şəhidlərimiz kimi can-dildən vətənimiz naminə şəxsi maraqlarını qurban verərək vətənimizin maraqlarını üstün tutsa, bu həmin məsuliyyətin dərk edilməsi deməkdir. Tələbə öyrənməli, özü də bugünkü dünyanın reallıqlarına cavab verən müasir bilikli mütəxəssis kimi yetişmək üçün yorulmadan öyrənməlidir, müəllim isə həmin biliklərin mənimsənilməsi üçün öz üzərində çalışaraq ən innovativ öyrətmə metodlarına yiyələnməlidir. Bu, bütün peşə sahiblərinə də aiddir. O zaman biz Zəfərimiz qarşısında, şəhidlərimiz qarşısında borcumuzu yerinə yetirmiş sayıla bilərik.

Bizim böyük Zəfərimiz son illər müxtəlif sahələrdə əldə edilən uğurların ilham mənbəyi oldu. İstər elmdə olsun, istər idmanda, sənətdə, həyatımızın bütün sahələrində qazanılan uğurlarda böyük Zəfərimizin əks-sədası var. Bu, Zəfərimizin insanlarımıza bəxş etdiyi ruh yüksəkliyinin təzahürüdür.

Qazandığımız bu böyük Zəfər dünyadakı proseslərə də təsirini göstərib. Mübaliğəsiz deyə bilərik ki, türk dövlətləri birliyinin formalaşması prosesi məhz böyük Zəfərimizdən sonra sürətlənib. Bu Zəfər bütün dünya türkləri üçün bir ilham mənbəyinə, cəsarət mənbəyinə çevrildi, tarixini unutmuş, hardasa başqalaşmış insanları ayıltdı, öz tarixi mənliyinə qaytardı və artıq kiçik uşaqlardan tutmuş yaşlılara kimi hər kəs “Mən türkəm” deyə hayqırmağa başladı. Bu Zəfər bizi bizə qaytardı.

Zəfərimizin maddi-iqtisadi əhəmiyyətindən danışarkən 30 illik işğalın ağır nəticəsi olan dağıdılmış şəhər və kəndlərimizin sürətlə bərpasını və Azərbaycan iqtisadiyyatına inteqrasiyasını deyə bilərik. Bəli, erməni vəhşiliyinin bariz nümayişi olan viran qoyulmuş yurdlarımız daha müasir və gözəl şəkildə bərpa olunur, bir çoxu yenidən qurulur. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz evlərinə qayıdır və böyük həvəslə Qarabağın dirçəldilməsində iştirak edirlər. Hər bərpa olunan şəhər, qəsəbə, kənd böyük Zəfərimizin təntənəsini göstərir. Azad olunan torpaqlarımız zülmətdən çıxmış kimi çiçəklənməyə başlayıb. Otuz ildir Azərbaycan iqtisadiyyatından qopardılmış bərəkətli Qarabağ torpaqları bu gün ölkə iqtisadiyyatına önəmli töhfələr verməkdədir, kənd təsərrüfatı dirçəldilir, sənaye müəssisələri salınır.

Musiqi mədəniyyətimizin beşiyi olan Şuşamız azaddır. Sanki musiqimiz də nisgilli idi. İndi Bayatı-Şirazımız, Qarabağ şikəstəmiz, bütün muğamlarımız daha gur və əzəmətli səslənir. Musiqimiz də sevinməyə başlayıb. Mədəniyyət abidələrimiz, məscidlərimiz öz əzəmətli görkəmlərinə qayıdır.

Qazandığımız Zəfərin siyasi əhəmiyyəti haqda istənilən qədər danışmaq olar. Ən böyük siyasi əhəmiyyəti odur ki, bu gün Azərbaycan dövləti bir mötəbərlik simvoludur. Bu gün Azərbaycan dünya dövlətləri arasında öz sözünü deyə bilən, sayılan bir dövlətdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün mötəbər beynəlxalq tədbirlərin ən arzuolunan iştirakçısıdır, dünya siyasətçilərinin sayqı ilə görüşdüyü dövlət başçısı, dünya mətbuat orqanlarının həvəslə müsahibə aldığı həmsöhbətdir. Bu gün Azərbaycan qarşısına şərtlər qoyulan deyil, özü şərtləri müəyyən edən dövlətdir. Böyük Zəfərimizin sayəsində. Bu Zəfər bizə böyük ümidlər verdi, böyük arzular meydana çıxdı. Tarix boyu yad dövlətlər tərəfindən parçalanaraq bizdən qoparılan torpaqlarımız, başımıza gətirilən müsibətlər xatırlandı, zatən heç vaxt unutmadıq ki. İndi bu Zəfər bizi daha böyük yollara, daha böyük amal uğrunda yaşamağa və çalışmağa səslədi.

Bu gün Azərbaycanı dünya okeanında inamla irəliləyən bir gəmiyə bənzədə bilərik. Bu okeanda daim baş verən fırtınalara baxmayaraq bəzən yavaş, bəzən də sürətlə gedirik. Qarşımıza çıxarılan maneələri dəf edərək, yolumuza döşənmiş “dənizaltı” minaları aşkarlayıb zərərsizləşdirərək yalnız irəli gedirik. 44 günlük savaşda qazandığımız və hazırda 5 illiyini qeyd etdiyimiz böyük Zəfərin bizə verdiyi ilhamla, inşallah, ölkəmiz, xalqımızın ürəyində saxladığı arzularına çatdıracaq bu yolu uğurla gedəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see250

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see247

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see242

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see232

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see231

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see231

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see223

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see222

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see219

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see209

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see185

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see179

Madiboya ağır cəza Koneyə kobud müdaxilə baha başa gəldi

25 İyun 2026 00:10see172

Qabaqlayıcı hərəkət etmək əmri verilib Zelenski

25 İyun 2026 00:52see171

Dərmanların qəbul edilməsi üçün ən uyğun vaxtı açıqlanıb

24 İyun 2026 22:35see167

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see162

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see161

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see158

Futbol üzrə 2026 cı il dünya çempionatında artıq on avtoqol var

25 İyun 2026 03:06see158

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri