Icma.az
close
up
RU
Gələcəkdə işsiz qoyacaq ixtisaslar HANSILARDIR? AÇIQLANDI

Gələcəkdə işsiz qoyacaq ixtisaslar HANSILARDIR? AÇIQLANDI

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda ali təhsil sistemində ixtisasların siyahısı dövri olaraq yenilənir və əmək bazarının tələblərinə uyğunlaşdırılır.

Son dəyişikliklərdən birinə əsasən, Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərarla "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na yeni, 6.46-cı bənd əlavə olunub. Bu dəyişiklik nəticəsində bakalavriat səviyyəsində "Daşınmaz əmlakın idarə olunması" ixtisası da rəsmi şəkildə ixtisaslar siyahısına daxil edilib.

Milli.Az xəbər verir ki, bu barədə təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlama verib. O deyib ki, müasir dövrün tələbinə uyğun olaraq yeni ixtisasların açılması, eləcə də artıq əmək bazarında müəyyən məhdudiyyətləri olan və yaxud əmək bazarında artıq tələb olunmayan ixtisasların da çıxarılması həyata keçirilir:

"Bizdə də, əlbəttə ki, müasir dövrlə ayaqlaşaraq yeni ixtisasların təsnifat mərhələsində müəyyən dəyişiklik olunması zəruridir. Hazırda "Daşınmaz əmlakın idarə olunması" ixtisasının formalaşması hesab edirəm ki, daşınmaz əmlak sahəsində həqiqətən də Azərbaycanda çox böyük işlər görülür və bu istiqamətdə müəyyən qədər töhfə verəcək.

Əslində bizdə "Yerquruluşu və daşınmaz əmlakın kadastrı" ixtisasları var idi. Bu ixtisasların istiqaməti bir qədər fərqli idi. Yəni burada əsasən daşınmaz əmlak qurumlarında fəaliyyət göstərənlər, xüsusilə torpaqşünaslıq, yerlərin müəyyən olunması və təyinatının həyata keçirilməsi istiqamətinə uyğun idi. Amma "Daşınmaz əmlakın idarə olunması" ixtisası da yerində və doğru bir addımdır. Bu, çox gözəl bir təşəbbüsdür.

Artıq bəzi ixtisaslarda müəyyən dəyişikliklərə ehtiyac var. Bəzi ixtisasların ümumilikdə tədris proqramından çıxarılması, bəzi ixtisasların isə əlavə olunması lazımdır". O bildirib ki, məsələn, kənd təsərrüfatına aid ixtisaslar yaxın gələcəkdə çox böyük perspektiv qazanacaq: "Çünki süni intellekt bir çox sahələri əhatə etdikcə, kənd təsərrüfatı sahəsinə tələbat artacaq. Süni intellekt bir çox ixtisasa təsir edəcək və bəzi mütəxəssislər ixtisara düşə bilər. Bu halda insanlar alternativ fəaliyyət sahəsi kimi kənd təsərrüfatına yönələ bilərlər. Növbəti 10 il ərzində süni intellektin inkişafı ilə paralel olaraq bu sahəyə tələbat artacaq. Bu səbəbdən də kənd təsərrüfatı üzrə yeni ixtisasların açılması məqsədəuyğundur və artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Qida sənayesi istiqamətində də dünyada ciddi tələbat mövcuddur. Məsələn, Türkiyədə bu sahə çox uğurla inkişaf edib. Bizdə də yaxın gələcəkdə qida sektoruna böyük ehtiyac yaranacaq. Ona görə də "Qida sənayesinin idarə olunması" ixtisasını uyğun hesab edirəm. Düzdür, "Qida mühəndisliyi" ixtisası var, lakin bu sahə daha çox istehsal yönümlüdür, "Qida sənayesinin idarə olunması" isə ümumi idarəetmə aspektini əhatə edir.

"Yazılım mühəndisliyi" də hazırda ən çox tələb olunan ixtisaslardan biridir. Bu sahə xüsusilə müdafiə sənayesi üçün önəmlidir. Məsələn, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı artıq həyata keçirilir və bu sahədə proqram təminatı əsas rol oynayır. "Yazılım mühəndisliyi" uçuş aparatlarının, raketlərin və digər texnologiyaların "beyni"nin yazılmasını təmin edir. Bu sahə Türkiyə, Avropa, Amerika və Yaponiyada ciddi inkişaf edib və bizdə də bu istiqamətə diqqət artırılmalıdır".

O diqqətə çatdırıb ki, "Süni intellekt" ixtisası artıq dövrün tələbidir və bu ixtisasın açılması zəruridir:

"Eyni zamanda "Tibbi diaqnostika" ixtisasının da ayrıca tədrisi vacibdir. Çünki UZİ, MRT kimi müayinələri həyata keçirən ayrıca ixtisaslaşmış mütəxəssislərə ehtiyac var. Həkimlər bu prosedurları yerinə yetirmir, yalnız nəticələri qiymətləndirirlər. Ona görə də bu sahədə ixtisaslaşma vacibdir. Bəzi ixtisaslara gəldikdə isə, məsələn "Meşəçilik" ixtisasını artıq o qədər də perspektivli hesab etmirəm. Çünki "Ekologiya mühəndisliyi" kimi daha geniş sahə mövcuddur və bu ixtisasın sayını azaltmaq olar.

"Genetika" isə mütləq ayrıca ixtisas kimi tədris olunmalıdır. Bu sahə artıq dünyada geniş inkişaf edib və qida sənayesindən tutmuş tibbi sahəyə qədər geniş tətbiq olunur. Genetik dəyişikliklər və digər proseslər bu sahənin əhəmiyyətini artırır. Eyni zamanda, əgər süni intellekt orta ümumtəhsil məktəblərində tədris olunacaqsa, bu sahə üzrə müəllimlərə də ehtiyac olacaq. Bu baxımdan "Süni intellekt müəllimliyi" ixtisasının yaradılması məqsədəuyğun ola bilər. Bu, informatika müəllimliyindən fərqli və daha spesifik sahədir.

Digər tərəfdən, ali təhsil müəssisələrində "Tibb bacısı" ixtisasının bakalavriat səviyyəsində tədrisini o qədər də perspektivli hesab etmirəm. Çünki bu ixtisas artıq kolleclərdə mövcuddur. Dörd illik ali təhsil səviyyəsində bu ixtisasın saxlanılması əvəzinə, onun yerinə "Genetika" kimi daha perspektivli sahənin əlavə olunmasını daha məqsədəuyğun hesab edirəm.

Eyni zamanda, üçüncü ixtisas qrupunda bakalavriat səviyyəsində "Fəlsəfə" ixtisasını da o qədər perspektivli hesab etmirəm. Bu ixtisas daha çox magistratura səviyyəsində tədris oluna bilər və bakalavriat səviyyəsindən çıxarılması daha doğru olar". 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Aprel 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri