Icma.az
close
up
RU
Gələcəyə qoyulan sərmayə...

Gələcəyə qoyulan sərmayə...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya Qoruqlar və Milli Parklar Günüdür

Bəzən iş yorğunluğundan, səs-küydən uzaq durmaq istədiyimiz zaman sakit, havası təmiz olan, əsas da yaşıllıq yerlərdə dincəlməyə üstünlük veririk. Təbiətin flora və faunanı qorumaq üçün mühafizə rejiminə ehtiyacı var. Bunun üçün qorunan təbii məkanlar mövcuddur. Belə məkanlar arasında milli parklar və qoruqlar üstünlük təşkil edir. Milli parklarda həm təbiət kompleks şəkildə qorunur, həm də insanların əraziyə girmələri, təbiətlə tanış olmaları, estetik zövq almalarına imkan yaradılır.

Yeri gəlmişkən, bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. 1997-ci ildən isə bu tarix Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il qeyd olunur.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Ümumiyyətlə, ölkəmizdə milli parkların yaradılma tarixi 2003-cü ilə təsadüf edir. 2003-cü ildən başlayaraq Azərbaycanda Milli Park statuslu təbiət əraziləri yaradılıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasında əsas məqsəd unikal təbiət komplekslərinin, landşaftın, Qırmızı kitaba düşmüş, nəsli kəsilməkdə olan fauna flora növlərinin mühafizəsindən ibarətdir.

Hazırda ölkəmizdə 893 min ərazini əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi mövcudur. Bu, ölkə ərazisinin ümumilikdə 10,3 faizini təşkil edir. Bunun da 3,7 faizi Milli parkların payına düşür. 1925-ci ildə Azərbaycanda ilk dəfə Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları, 1936-cı ildə Hirkan qoruğu təsis edilib. 1958-ci ildən, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilib və bir neçə ildən bir yeni qoruq təşkil edilib. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılıb. 2003-cü ildə Naxçıvanda Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə isə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulub. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilib. Onu da qeyd edək ki, ölkəmizdə 2003-cü ilə kimi Milli parklar mövcud olmayıb. 2003-cü ildən başlayaraq ETSN tərəfindən Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli parkları yaradılıb.

Milli parklarımızın hər birinin özünəməxsus zəngin bioloji müxtəlifliyi əhalinin ekoloji maariflənməsində böyük əhəmiyyət daşıyır. İnsanlar milli parklarımızın bioloji resurslarının, zəngin flora və faunasının ətraf mühitə müsbət təsir göstərdiyinin, əhalidə ruh yüksəkliyi yaratdığının, onlara müsbət enerji verdiklərinin şahidi olub, bu tarixi sərvətin, zənginliklərin qorunub saxlanılmasının həyati vacibliyini dərk edirlər.

Milli parklar və qoruqlar biomüxtəlifliyin qorunması, planetimizin ekosistemlərinin sağlamlıq və davamlılığının təmin olunmasında mühüm vasitədir. Onlar gələcəyə qoyulan sərmayədir. Milli parklar və qoruqlar həmçinin gələcək nəsillərin həyatın zənginliyi və müxtəlifliyindən faydalanmasını təmin edir...

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri