“Gələcəyimizi qoruyaq: qeyri formal məşğulluğa son qoyaq!” adlı maarifləndirici buklet hazırlanıb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Gələcəyimizi qoruyaq: qeyri-formal məşğulluğa son qoyaq!” adlı maarifləndirici buklet hazırlanaraq qurumun rəsmi internet səhifəsində yerləşdirilib. Bukletin hazırlanmasında məqsəd qeyri-formal məşğulluğun mənfi nəticələri və rəsmi məşğulluğun üstünlükləri barədə vətəndaşlara geniş məlumat verməkdir.
Bukletdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması zamanı işçinin əldə etdiyi hüquqlar, əmək müqaviləsi olmadan muzdlu işə cəlb edilmiş işçilərə görə məsuliyyət tədbirləri, qeyri-formal məşğulluq və onunla mübarizə yolları, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarətin həyata keçirilməsi və qanun pozuntusu halları zamanı Dövlət Vergi Xidmətinə şikayət etmə qaydaları və s. haqqında məlumat verilir.
Bukletlə aşağıdakı link vasitəsilə ətraflı tanış olmaq mümkündür:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 21 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















