Icma.az
close
up
RU
Gələcəyin səmasında Azərbaycan imzası

Gələcəyin səmasında Azərbaycan imzası

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və “EMEDIA GROUP” Media Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gələcəyin səmasında Azərbaycan imzası” adlı tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri, ictimai xadimlər, Azərbaycan Texniki Universitetinin rəhbərliyi, tələbələr və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini yad ediblər. Dövlət himni səsləndirilib, şəhidlərin və Ulu Öndərin ruhuna bir dəqiqəlik sükut elan olunub.

Tədbir çərçivəsində Azərbaycan Texniki Universitetinin tələbələri tərəfindən hazırlanmış “M.AERO H10” adlı innovativ dron layihəsinin təqdimatı keçirilib. Layihənin əsas xüsusiyyətləri haqqında məlumat verilib. Bildirilib ki, dron tam avtonom rejimdə fəaliyyət göstərə bilir, yüksək manevr qabiliyyətinə, kəşfiyyat kamerasına və kamikadze funksiyasına malikdir. Dronun bütün proqram təminatı tələbələrin öz intellekt məhsuludur.

Layihənin “H10” adlandırılması tələbələrin Ulu Öndərə olan sevgi və ehtiramını ifadə edir. Bu yenilik Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və etimadın bariz nümunəsi kimi qiymətləndirilib.

YAP Nərimanov Rayon Təşkilatının sədri Elçin Quliyev çıxışında bildirib ki, bu tədbir gənclərə olan inamın və onların inkişafına göstərilən qayğının göstəricisidir. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“EMEDIA GROUP”un sədri Elşən Əliyev isə təşkilatın gənclər sektorunun fəaliyyətindən danışaraq bildirib ki, bu təşəbbüslər dövlətin gənclər siyasətinə dəstək məqsədi daşıyır. O, tələbələrin texnoloji yenilikləri və dövlətçilik ideyalarını bir araya gətirməsini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən digər rəsmilər də gənclərin uğurunu alqışlayıb, layihənin əhəmiyyətini vurğulayıblar.

Sonda layihədə iştirak edən komanda üzvləri – Rəşvin Şirəlizadə, Anar Məmmədov, Adil Orucov, İsmayıl Rəhimli və Elmir Nəbiyev Fəxri fərmanlarla təltif olunublar.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://dogru.az
archiveBu xəbər 17 May 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri