Icma.az
close
up
RU
Gələcəyin yeməkləri ət və böcək əsaslı proteinlər olacaq?

Gələcəyin yeməkləri ət və böcək əsaslı proteinlər olacaq?

Icma.az, Sia Az saytına istinadən bildirir.

Dünya əhalisinin sürətlə artması və resursların tükənməsi gələcəyin qida tədarükünə yeni yanaşmalar tələb edir. Ənənəvi heyvandarlıq və əkinçilik metodları həm ətraf mühitə mənfi təsir göstərir, həm də qlobal qida çatışmazlığı təhlükəsini aradan qaldırmaqda kifayət etmir. Bu kontekstdə, laboratoriyada yetişdirilən ət və böcək əsaslı proteinlər müasir qida sistemlərinin gələcəyində mühüm yer tutmağa başlayır. Bəs bunun səbəbləri nələrdir?

Mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyev SİA-ya açıqlamasında deyib: "Dünya əhalisinin artması, ərzaq tələbatının sürətlə yüksəlməsi və ətraf mühitin qorunması ehtiyacı yeni qida alternativlərinin inkişafını vacib edir. Laboratoriyada yetişdirilən ət və böcək əsaslı proteinlər, gələcəyin ərzaq təminatında əhəmiyyətli rol oynaya bilər. BMT-nin məlumatlarına əsasən dünya əhalisinin 2050-ci ilə qədər 10 milyardı keçəcəyi proqnozlaşdırılır ki, bu da ərzaq istehsalında ciddi təzyiq yaradır. Ancaq burada əsas məsələ yalnız ərzaq çatışmazlığı deyil. Dünya səviyyəsində ərzağın ədalətsiz bölgüsü və qida israfı ərzaq çatışmazlığı qədər mühüm bir problem olaraq qalır. Statistikaya görə, dünyada istehsal olunan bütün ərzağın təxminən üçdə biri ya israf edilir, ya da istehlaka yararlı vəziyyətdə zibilə atılır. Bu, qlobal ərzaq təhlükəsizliyinə və ətraf mühitə böyük zərbə vurur. Laboratoriyada yetişdirilən ət və böcək əsaslı proteinlər mövcud problemlərin həllində bir çox üstünlüklər təqdim edir. Ənənəvi heyvandarlıq yüksək miqdarda torpaq, su və enerji tələb edir. Bunun əksinə olaraq, alternativ protein istehsalı bu resursların istifadəsini minimuma endirir. Məsələn, böcək əsaslı proteinlər ənənəvi ətdən 50 dəfə az su və torpaq tələb edir.

Dünyada qida çatışmazlığı məsələsi əslində istehsal azlığından deyil, ərzağın qeyri-bərabər paylanmasından və israfdan qaynaqlanır. İldə təxminən 1.3 milyard ton qida israf edilir. Bunun 60%-i inkişaf etmiş ölkələrdə baş verir, burada ərzaq tədarük zəncirində düzgün idarə edilmədiyi üçün zibilə atılır. İnkişaf etməkdə olan ölkələrdə isə itki əsasən məhsulun yığımı və saxlanması zamanı baş verir. Həmçinin inkişaf etmiş ölkələrdə bir nəfər ildə 95-115 kq qida israf edərkən, inkişaf etməkdə olan ölkələrdə bu göstərici cəmi 6-11 kiloqramdır. Halbuki, israf edilən qidanın cüzi hissəsi belə aclıq çəkən milyonlarla insana çatdırılsa, bu problem əhəmiyyətli dərəcədə azaldıla bilər.

Laboratoriyada yetişdirilən ətlər və böcək əsaslı proteinlər bu qlobal problemlərin həlli üçün yeni bir yanaşma təqdim edir. Alternativ protein istehsalı yalnız daha az resurs tələb etmir, həm də mövcud ərzaq tullantılarının protein mənbəyinə çevrilməsi potensialına malikdir. Bu qidaların istehsalı planetin məhdud resurslarını qorumağa kömək edir və gələcək nəsillərə daha yaxşı bir dünya miras qoymağa imkan yaradır. Ancaq alternativ qidaların gələcəkdə geniş yayılması bəzi çətinliklərlə müşayiət edilə bilər. Mədəniyyətlərdə böcəklərin qida kimi qəbul edilməsi çətin ola bilər. Laboratoriya şəraitində qida istehsalı hələ də yüksək xərclidir və kütləvi bazara uyğun hala gətirilməsi zaman tələb edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri