Icma.az
close
up
RU
Gələn ay Rusiya və İranla bu sazişi imzalayırıq

Gələn ay Rusiya və İranla bu sazişi imzalayırıq

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya, İran və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirliklərinin və gömrük xidmətlərinin rəhbərləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmiryol qolunun tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib: “Yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, energetika nazirləri və gömrük xidmətləri rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq”.

Səfirin sözlərinə görə, bu layihənin həyata keçirilməsinə dair sazişin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin aparıcı seqmenti olan Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Həmin il Azərbaycanla İran arasında Rəşt-Astara hissəsinin tikintisi üzrə saziş imzalanıb. Sazişə əsasən Azərbaycan xəttin tikintisi üçün İrana 500 milyon dollar kredit ayırmalı idi. Lakin ABŞ prezidenti Donald Trampın qərarı ilə İrana qarşı tətbiq olunan genişmiqyaslı sanksiyalar bu sazişin reallaşdırılmasına imkan vermədi.

Məsələ bir də gündəmə Ukraynadakı işğalçı müharibəyə görə Qərbin ağır sanksiyalarına məruz qalan Rusiyanın Hindistanla ticarətini ABŞ və müttəfiqlərinin nəzarətindən kənar ərazilərdən qurmaq ehtiyacı yarananda gətirildi. Belə ki, Qərb mallarının Rusiyaya tədarükü qadağan olunduqdan sonra ölkə özünə lazım olan məhsulları Çin və Hindistandan almağa başlayıb. Bu, Hindistandan başlayan Şimal-Cənub marşrutunun işlək hala gətirilməsini zərurətə çevirib. Ona qədər dəhliz Hindistandan yüklərin Avropaya çatdırılması məqsədilə irəli sürülən layihə idi: Asiyadan Avropaya daşınan yüklərin İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınması nəzərdə tutulurdu. Lakin Rusiyanın Qərbə yolu bağlandıqdan sonra diqqət daha çox Hindistan mallarının bu ölkəyə çatdırılması imkanlarına yönəldildi.

Rəşt-Astara dəmir yolu İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirən bir layihədir. Astaraçay üzərində İranla Azərbaycanın birgə yeni dəmir yolu körpüsü tikərək istifadəyə verməsi ilə İranla dəmir yolu əlaqəsi yarandı. Hələlik Rəştdən Astaraya yük maşınları ilə gətirilən yüklər oradan dəmir yolu və avtomobillərlə Rusiya sərhədinə dövr edilir. Rəşt-Astara dəmir yolu xətti istifadəyə verildikdən sonra isə yük qatarları Rusiyadan İran və əks istiqamətə Azərbaycan ərazisindən tranzit olaraq keçəcək. Sözügedən layihə yekunlaşandan sonra Hindistan və İrandan, o cümlədən digər istiqamətlərdən gələn yüklər Azərbaycan ərazisindən keçməklə “Qoca qitə”yə də daha sürətlə daşınacaq.

İran ərazisində marşrutun ən zəif həlqəsi Rəştdən Astaraya dəmiryol xəttinin olmamasıdır. 2023-cü ildə Rusiya bu yolun tikintisi üçün İrana 1,3 milyard avro kredit ayırmağa razılaşıb. Layihənin ümumi dəyəri 1.6 milyard avro hesablanır. Beləliklə, Rusiya layihədə 85 faiz paya malik olur. Razılaşmaya əsasən İran Astarasından Azərbaycan Astarasına dəmiryol xəttinin Rusiya, Azərbaycan və İranın birgə inşa edəcəyi deyilir.

2023-cü ildə kredit sazişi imzalansa da, indiyədək İran tərəfi üzərinə düşən işləri başa çatdırmayıb deyə yolun tikintisinə başlamaq mümkün olmayıb. Ötən ilin dekabrında Rusiya baş nazirinin müavini Vitali Savelyevin rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Əsas müzakirə mövzularından biri məhz Rəşt-Astara dəmiryol xətti olub. Rusiya rəsmisi bildirib ki, xəttin tikintisi başa çatdıqdan sonra Rusiya ilə İran arasında yükdaşımanın potensial həcmi ildə 15 milyon ton təşkil edəcək. Şavelyev qeyd edib ki, İran hakimiyyəti ilə Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi ilə bağlı 4 bəndi müzakirə ediblər: “Biz indi dörd məsələ haqqında danışdıq, onların yerinə yetirilməsi üçün hər iki tərəfə öhdəlik götürmüşük. Danışıqlarımızda ən həssas məsələ torpaq idi. İnfrastruktur layihələrinin həyata keçirilməsində bütün bizim böyük təcrübəmiz var və biz başa düşürük ki, İranla birgə müqaviləmizdə nəzərdə tutulduğu kimi, torpağın tam alınması olmadan torpağın qiyməti kəskin şəkildə arta bilər. İndi sual bu qərarların icrası ilə bağlı qalır”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) açıqladığı məlumata görə, 2024-cü ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 28  faiz artaraq 814 min ton təşkil edib. Dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Bu saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq və daşıma həcmlərinin artım və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.

Paralel olaraq dekabr ayında ADY rəhbərliyi İrana səfər edərək bu ölkənin dəmiryol rəsmiləri ilə görüşüb və İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planlarını müzakirə edib. Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin ən perspektivli qolu olan Qərb qolunun yükötürmə gücünün artırılması istiqamətində işlər sütətlənir. Lakin həm də tarix təkrarlanır sanki: ikinci dəfə ABŞ prezidenti kürsüsünə gələn Donald Tramp İrana qarşı sərt sanksiya siyasətinə qayıdılmasına dair memorandum imzalayıb. Memoranduma əsasən, ABŞ Maliyyə Nazirliyi İranın Yaxın Şərqdə proksi hərbi qrupları, həmçinin nüvə proqramını maliyyələşdirməsinin qarşısını almaq üçün onun neft ixracını sıfıra endirmək məqsədilə ən sərt tədbirlər görməlidir. Birinci prezidentliyi dövründə Tramp artıq bir dəfə buna çox böyük ölçüdə nail olub: Onun tətbiq etdiyi qadağalar sayəsində İranın neft ixracı gündəlik 3 milyon bareldən 600 min barelə qədər azalıb. Nəticədə 2019-2020-ci illərdə neft ixracından kəskin asılı olan İranın iqtisadiyyatında tənəzzül qeydə alınıb. İndi isə ABŞ yenidən İran neftini hədəf alıb.

Əgər 2018-ci ildə Avropa İttifaqı və Böyük Britaniya ABŞ-ın kampaniyasına qoşulmadılarsa, indi bunun tamam əksi olacaq. Çünki İran uranı nüvə silahı əldə etməyə imkan verən səviyyəyə qədər zənginləşdirməyin bir addımlığındadır. MAQATE-nin rəhbəri Rafael Qrossi ötən ay Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib ki, İranın nüvə sənayesi uranın zənginləşdirilməsinin silah gücü səviyyəsinə yaxınlaşır.

Ötən ilin dekabrında Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasında İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım gələrsə, ona qarşı bütün beynəlxalq sanksiyaları bərpa etməyə hazır olduqlarını bildiriblər. Bu il oktyabrın 18-də BMT-nin İrana qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tutulan 2015-ci il qətnaməsinin müddəti bitir. Bu, ABŞ və müttəfiqlərinin İrana qarşı sərt qətnamənin qəbuluna çalışacaqları gözlənilir. Lakin buna nail olunması real hesab olunmur: Rusiya və Çin Tehrana qarşı BMT səviyyəsində sanksiyaların tətbiqinə səs versələr, özləri də ona əməl etməli olacaqlar. Buna görə də hər iki TŞ üzvünün fərqli mövqe sərgiləyəcəyi gözlənilir.

Analitiklərə görə, hətta BMT qətnaməsi olmadan belə ABŞ və müttəfiqlərinin İranın neft ixracının qarşısını böyük ölçüdə almaq imkanları var. Xüsusilə Trampın sərt yanaşması burada mühüm rol oynayacaq. Digər tərəfdən, İran neftinin 90 faizdən çoxunu alan Çin Rusiya ilə əlaqələrə görə onsuz da ciddi təzyiq altındadır. İranla bağlı əlavə təzyiqlər iqtisadiyyatında artım sürəti zəifləyən Pekinin ABŞ və Avropa İttifaqı ilə yeni konfliktlə razılaşmasını xeyli çətinləşdirəcək.Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Rusiya və İran prezidentlərinin yanvarın 17-də Moskvada imzaladıqları sazişdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafından bəhs edilib: “Rəşt-Astara dəmir yolunun tikintisi nəqliyyat dəhlizinin imkanlarını genişləndirməlidir. Ancaq ABŞ-ın həm Rusiyaya, həm də İrana qarşı sərt sanksiyaları mövcuddur. Ötən il hələ Co Bayden hakimiyyəti Hindistana Çabahar limanına yatırımlara görə xəbərdarlıq etmişdi. Mümkündür ki, Donald Tramp adminisitrasiyası Şimal-Cənub nəqliyyat dəhlizinə qarşı sanksiya tətbiqi ilə bağlı qərar qəbul etsin. Bu zaman Azərbaycan üçün də müəyyən çətinliklər yarana bilər. Biz məhz ABŞ sanksiyaları ilə üzləşməmək üçün vaxtilə Rəşt-Astara dəmiryolunun tikintisinə ayırmağı planlaşdırdığımız 500 milyon dollar kreditin İrana verilməsindən imtina etdik”.

Politoloq bildirir ki, digər məsələ Rusiyanın İrana qaz nəqli ilə bağlıdır: “Bu məsələdə də ciddi suallar var. Rusiyanın energetika naziri bəyan edib ki, Rusiya İrana ilkin mərhələdə 2 milyard kubmetr nəql edəcək, növbəti mərhələdə bunun həcmi 55 milyard kubmetrə çatdırılacaq. Nazir bu zaman nəqlin Azərbaycan ərazisindən həyata keçiriləcəyini bildirib. Moskva və Tehran rəsmi Bakının bu məsələdə mövqeyini öyrənmədən Azərbaycanın yerinə qərar veriblər. Halbuki Azərbaycan rəsmiləri bu barədə heç bir açıqlama verməyiblər. Bunun özü göstərir ki, rəsmi Bakı haqlı olaraq Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli məsələsində ehtiyatlı mövqe tutub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Fevral 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri