Icma.az
close
up
RU
Evdən çıxmadan sizə lazım olan xəstəxananı tapın Suallarınıza cavab bu saytdadır

Evdən çıxmadan sizə lazım olan xəstəxananı tapın Suallarınıza cavab bu saytdadır

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

İcbari tibbi sığorta hesabına xidmət almaq il-ildən asanlaşır. Ölkədə qısa müddətdir tətbiq olunmasına baxmayaraq, bütün əhali qrupları üçün əlçatan və şəffaf sistem qurulub. Ən əsası isə vətəndaş axtardığı suallara xəstəxanaya getmədən və ya zəng etmədən - elektron qaydada cavab tapa bilər.

“Qafqazinfo” xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin its.gov.az saytı və “e-Tabib” mobil tətbiqi bu işi asanlaşdırır.

Yenilənən saytda tibbi xidmətlərin axtarış sistemi və onlayn çat istifadəyə verilib. Xidmətlər Zərfinin axtarış sistemi təkmilləşdirilib, Zərfə yeni tibbi xidmətlərin əlavə edilməsi ilə bağlı vətəndaşların və tibb işçilərinin müraciətlərinin qəbulu üçün yeni bölmə yaradılıb.

Artıq bir ildən çoxdur ki, agentliyin saytında xəstəxana axtarış sistemi fəaliyyət göstərir. Həmçinin ötən aydan icbari tibbi sığorta hesabına göndəriş əsasında agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlər də sistemə inteqrasiya edilib. Bu dəyişikliklə vətəndaşlar lazımi tibbi xidmətin hansı dövlət müəssisəsində və ya icbari tibbi sığorta çərçivəsində göndəriş əsasında hansı özəl tibb müəssisəsində göstərildiyini sayt üzərindən müəyyən edə bilərlər.

Bəs proses necə həyata keçirilir?

“Tibb müəssisələrinin axtarışı” bölməsi vətəndaşlara bu baxımdan sərbəst şəkildə seçim etməkdə kömək edir. Sistemdən istifadə etmək üçün aşağıdakı mərhələlərdən keçmək lazımdır:

1. its.gov.az saytına daxil olun;

2. Ana səhifədə yerləşən “Tibb müəssisələrinin axtarışı” bölməsini seçin;

3. Filter vasitəsilə lazım olan tibbi xidməti “Xidmətlər” hissəsindən seçin;

4. Axtarış nəticəsində həmin xidmətin göstərildiyi dövlət və ya özəl tibb müəssisələrinin siyahısı ilə tanış olun.

Xəstəxana axtarış sisteminin faydası nədir?

Agentliyin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Salahovanın sözlərinə görə, xəstəxana axtarış sisteminin tətbiqində əsas məqsəd vətəndaşlara tibb

müəssisələri və burada göstərilən tibbi xidmətlər barədə məlumatları əlçatan etməkdir. Bundan əlavə, vətəndaşların zamanına qənaət etməklə məmnuniyyəti artırmaq da agentliyin məqsədləri sırasındadır.

“Bu sistem vasitəsilə vətəndaşlar yaşadıqları bölgədə icbari tibbi sığorta çərçivəsində xidmət göstərən tibb müəssisələrini rahatlıqla tapa bilərlər. Həmçinin sistem üzərindən lazım olan tibbi xidmətin hansı tibb müəssisəsində göstərildiyini müəyyənləşdirmək mümkündür. Səhifədə tibb müəssisələrinin əlaqə vasitələri, ünvanları, xəritə üzərində koordinatları əks olunur. Filterlərdən istifadə edərək vətəndaş ona lazım olan tibbi xidməti kateqoriyasına uyğun seçə bilər. Beləliklə, vaxt itirmədən, bir kliklə lazımi tibbi xidmət üzrə ən yaxın xəstəxana müəyyən oluna bilər”, - P.Salahova bildirib.

Bütün bu yeniliklər tətbiq edilərkən istifadəçi rəyləri, əvvəlki saytın statistik göstəriciləri və müasir rəqəmsal trendlər əsas götürülüb. Agentliyin saytında “Onlayn çat” bölməsi də vətəndaşlarla qarşılıqlı ünsiyyəti və agentliyə müraciət imkanlarını genişləndirir. Bu xidmət vasitəsilə vətəndaş müraciətləri, sorğular fasiləsiz (24/7) cavablandırılır.

Agentlik səhiyyə mütəxəssislərini bir araya gətirən biznes platforması - “Medinex 2025” - 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində stendlə çıxış edib. Səhiyyə sektorunda çox vacib platformaya çevrilən bu sərgi həm də agentliyin xidmətləri ilə vətəndaşları daha yaxından tanış edir. Agentliyin pavilyonuna yaxınlaşan şəxslər yeniliklərlə də əyani şəkildə tanış ola bilərlər. Məsələn, stenddə vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “mygov” platformasında olan yeni inteqrasiyalarla bağlı məlumatlar öz əksini tapıb. Ziyarətçilərin diqqətinə çatdırılıb ki, artıq “eTabib”də instrumental diaqnostik müayinə nəticələri və tibbi göndərişlər hazır sənəd formasında təqdim edilir və vətəndaşlar “mygov”a daxil olduqda təqdim edilmiş müvafiq sənədlərlə tanış ola və onları sistemdən yükləyə bilərlər.

P. Salahovanın sözlərinə görə, bu il də agentliyin əsas missiyası stend vasitəsilə sağlamlığın əhəmiyyətini, fiziki aktivliyi bir daha vurğulamaq, əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirmək və qurumun rəqəmsal innovativ həlləri ilə vətəndaşları tanış etməkdir: “Sərgidəki stendimiz bir neçə hissədən ibarətdir. “eTabib” mobil tətbiqi agentliyin rəqəmsal səhiyyə sahəsində ən önəmli layihələrindən biridir. Burada vətəndaşlar tətbiqi əyani şəkildə görürlər, tətbiqə əlavə olunmuş yeni xidmətlərlə tanış olurlar. Yeni xidmətlərdən biri də vətəndaşların icbari tibbi sığorta çərçivəsində xidmət aldıqları tibb müəssisəsinin, həkiminin, eyni zamanda tibbi xidmətin qiymətləndirilməsidir. Bu da öz növbəsində tibbi xidmət keyfiyyətinin artırılmasına dəstək olacaq”.

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Vətəndaşlar həmin tibbi xidmətlərdən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutu və mərkəzlərində istifadə edə bilərlər.

Gülnar Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri